Menyu
Ana Sayfa Islam Ordan Burdan Chat Forum Eylence Sevgi Dunyasi Foto Albom
Опрос
Saytımızın Dizaynı
Всего ответов: 152
Главная » 2009 » Sentyabr » 25 » Daha bir sevgi əhvalati
Daha bir sevgi əhvalati
17:48

Sizin üçün daha bir sevgi əhvalatı təqdim edirəm.
Xüsusilə "Sevgisi için mücadele etmeyenler" oxusunlar bunu...


Bir zamanlar bir-birini çox sevən bir cütlük varmış.
Lakin lap əvvəldən qızın valideynləri qızın oğlanla görüşməsinə qəti şəkildə etiraz edirdilər.Deyərək ki,əgər qız onunla olsa ömrünün qalan bütün hissəsini əzab çəkməli olacaq.
Ailəsinin təzyiqi nəticəsində bu cütlük çox tez-tez dalaşarmış.Baxmayaraq ki,qız oğlanı dərindən sevirdi,ama hər zaman oğlana sorardı: "Sənin mənə olan sevgin nə qədər dərindi?"
Oğlan öz sözlərini ifadə etməkdə yaxşı olmadığı üçün (As the guy is not good with his words) bu,tez-tez qızın qanının qaralmasına səbəb olardı.Bu və ailəsinin təzyiqi nəticəsində qız həmişə öz hirsini onun üstünə tökərdi.Oğlansa bunlara sakitcə tab gətirərdi.
İki il keçdikdən sonra oğlan nəhayət ki ali məktəbi bitirir və təhsilini xaricdə davam etdirmək qərarına gəlir.Ölkəni tərk etməzdən qabaq o qıza evlənmə təklifi edir: "Bilirsən,mən öz sözlərimlə çox da yaxşı deyiləm.Ama bildiyim bircə şey səni sevməyimdi.Əgər icazə verirsənsə ömrümün bütün qalan hissəsini sənin qayğını mən çəkim.Ailənə gəldikdə isə inan ki onları razı salmaq üçün əlimdən gələni etməyə hazıram.Mənimlə evlənərsən???"

Qız heç gözləmədiyi halda bu sözləri eşidib çox xoşbəxt oldu ve təbii ki,təklifi qəbul etdi.Və oğlanın da planlaşdırdıgı kimi ailə sonunda inadından vaz keçdi və onların evlənməsinə razılıq verdi.Beləliklə,oğlan getməzdən qabaq onlar nişanlandılar.
Qiz artıq işləməyə başladı,eyni zamanda isə oğlan okeanların digər tərəfində təhsilini davam etdirirdi.Onlar öz sevgilərini bir-birinə e-mail və telefon zəngləri vasitəsilə göndərirdilər.Baxmayaraq ki,bu çox çətin idi,ama heç biri əl çəkmək barədə heç düşünmürdü belə.
Günlərin bir günü işə getdiyi yolda qız sürdüyü maşının idarəsini itirir və qəzaya uğrayır.Gözlərini açdıgında valideynlərini öz çarpayısının yanında görür.Həmin an anlayır ki,pis yaralanıb.Anasının ağladıginı görüb onu sakitləşdirmek isteyir,ama o an dərk edir ki,ağzından çıxa biləcək yeganə bir şey nəfəsdir.O,səsini itirmişdi...

Həkimlər dedilər ki,onun beyninden aldiği zərbə səs tellərinə çox güclü təsir edib və nəticədə o bir daha danişa bilməyəcək.Ailəsinin qızı sakitləşdirməsinə baxmayaraq,biləndə ki,artıq ondan ömrünün sonunadək heç bir səs çıxmayacaq qız həyata bütün ümidlərini qırdı.
Xəstəxanada olduğu müddətdə ona həmdərd olan yeganə şey sakit axan göz yaşları idi.Muəyyən müddet sonra yenidən evə döndüyündə hər şey əvvəlki tək görsənirdi,bircə telefonunun zəng səsindən başqa,hansı ki,hər çaldığında qızın ürəyinə iynələr sancırdı.O,oğlanın bu barədə xəbər tutmasını istəmirdi.Və ona ömürlük yük olmağı istəməyən qız oğlana məktub göndərir,hansında ki daha onu gözləmək istəmədiyini yazmışdı.Məktubla birgə nişan üzüyünü də geri göndərir.Cavabında isə oğlan milyonlarla məktub yazır,və saysız-hesabsız zənglər edir...Qızınsa edə biləcəyi yeganə şey yalnız öz içində ağlamaq və yenə də ağlamaq idi.
Valideynləri köçüb uzaqlara getməyi qərara alırlar,ümid edərək ki,o nəhayət hər şeyi unudar və xoşbəxt olar.Yeni mühitdə qız işarə dilini (Lal dili - Sign language) öyrənir və hər gün özünə 'onu untumalıyam!!!' deyərək yeni həyata baslayir.Bir gun qizin rəfiqesi gəlir və deyir ki,oğlan artıq qayıdıb,ölkededir.Qız dostundan ona nələr olduğunu oğlana deməməyi xahiş edir.O vaxtdan bəri oğlan barəsinde heç bir xəbər yox idi...

Üstünden 1 il keçir və qızın rəfiqəsi yenə gəlir,ama bu dəfə əlində bir zərfliklə,hansının ki içində oğlanın toyuna dəvətnamə.Dünya sanki həmin an qızın başına yıxıldı.Məktubu açdığında qız əksinə öz adını görür.Dostundan burda nə baş verdiyini soruşmaq istəyir ki,elə bu an qarşısında oğlanı görür.Oğlan işarə dilindən istifadə edərək qıza deyir: "Mən bu işarə dilini öyrənməyə 1 il vaxt sərf etmişəm.Yalnız ona görə ki,biləsən ki mən bizim bir-birimizə verdiyimiz vədimizi unutmamışam! İcazə ver mən sənin səsin olum.Səni çox sevirəm! ".Bunu deyib üzüyü yenidən qızın barmağına taxır.Və yenidən qıznı gözlərindən yenidən yaş axmağa başlayır.Ama bu dəfəki göz yaşları həmişəki kimi kədər yaşları deyildi,uzuuun bir zamandan sonra axmış olan sevinc göz yaşları idi...

Baxmaq: 607 | Yerləşib: ViP-BoY
Bütün şərhlər: 0
Qeydiyyatdan keçən istifadəçilər şərh yaza bilər.
[ Qeydiyyat | Giriş ]
Mənim İnfom
Hörmətli qonaq sizi saytımızda görmək xoşdur. Xahiş edirik saytımızda qeyduyyatdan keçin və ya istifadəçi kimi daxil olun!

Sayt üzrə Axtarış
Faydalı Programlar
Dost Saytlar
    WwW.Azeri-Islam.Net

      WwW.AzeriMedia.Az

        WwW.Can.Az

Statistika



WwW.World-Az.Net!
Copyright © 2009 | Создать бесплатный сайт с uCoz |Xayal Muazzin