Menyu
Ana Sayfa Islam Ordan Burdan Chat Forum Eylence Sevgi Dunyasi Foto Albom
Опрос
Saytımızın Dizaynı
Всего ответов: 152
Главная » 2009 » Sentyabr » 16 » Roya
Roya
12:40
Müğənni Röya həmkarlarının cavabını konsertində verəcək
ƏnXəbər
 
Bu gün «Trend» İnformasiya Agentliyində populyar müğənni Röya 1,2,3,4,5,6 oktyabr tarixində verəcəyi «Ulduz nağılı» adlı konserti ilə bağlı mətbuat konfransı keçirdi.

Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Röya media əhlini salamlayan kimi özünü sığortalamağa çalışıb: «Mümkünsə vəziyyətimi nəzərə alıb əsəbləşdirici suallar verməyin. Öncə bildirim ki, konsertin geyimləri ilə Sabina Hüseyn məşğul olur. 2005-ci ildə verdiyim sola konsertimdə olduğu kimi, bu konsertimin də geyimləri məhz ona aiddir. Konsertin adını «Ulduz nağılı» olduğu üçün konsertdə uşaqlardan ibarət kiçik səhnəciklər hazırlamışıq və həmin uşaqlar da həmin səhnəcikləri iştirak edəcəklər. Bizimlə səhnədə «Səbinə» rəqs qrupu, Kukla Teatrının personajları da olacaq. Kuklalarla da bir-iki tamaşamız var. Konsertdə Nailə Məmmədzadənin rəqs qrupu da iştirak edəcək. Onu da nəzərinizə çatdırım ki, həmin rəqs qrupu ilə işbirliyimiz birinci dəfədir. Səhnə Hande bey tərəfindən qurulub və çox maraqlıdır. Səhnəni elə tərtib etdirmişəm ki, mən özümü orda çox rahat hiss edim. Bu konserti həyatımın dönüş nöqtəsi sandığım üçün, nə qədər gücümüz var hamısı səfərbər olunub bu konsertə. Ola bilsin, səhnədə uzun müddət ola bilməyim. Buna görə də konsertin vaxtını saat yarım, uzaq başı 2 saat nəzərdə tutmuşuq. Bu 2 saat ərzində istəyirəm, səhnədə elə hadisələr baş versin ki, oturan adamlar darıxmasınlar. Çalışacayam ki, zalda əyləşən tamaşaçıları ağlatmayım. Konsertin adına «Ulduz nağılı» seçməyimə səbəb isə budur. Mən bütün mahnılarımı həyatımdakı baş vermiş hadisələrdən qabaq oxumuşam. İndi həmin mahnıları dinləyirəm və başa düşürəm ki, indi mən o anları yaşayıram. Mən özümcün bu günü nağıl kimi sayıram. Məhz konsertin də adı elə bundan yarandı. Konsertimdən 1 həftə sonra dünyaya gələcək körpəmçün danışacam. Başqa körpə balalar üçün danışacam. Onu da deyim ki, bu il uşaq ili olduğu üçün istədim ki, konsertimə uşağı ilə gələnlər də olsun. Konsertimdə ən çox uşaqlara yer ayırmışam. Çünki onların auraları çox təmizdir. Səhnəni balaca mələklərlə açacayıq. Onu da sizlərə deyim ki, mən oğlum üçün də mahnı oxuyacağam. Mahnını Tunar yazıb, adı da «Bəbələr»dir. Bu mahnını içində mənim bəbəm olmaq şərti ilə bütün bəbələrə həsr edəcəyəm.».

Röya onu da bildirdi ki, Opera və Balet Teatrının səhnəsini seçməyində məqsədi olub: «Opera və Balet Teatrının səhnəsi sanki müqqədəs bir məkandır. Ona görə, istədim konsert bu aurada, təmiz bir məkanda olsun. Düzdür, «Yaşıl teatr»da konsert vermək istəyirdim. Havalardan qorxdum. Məncə, teatr səhnəsində daha maraqlı olacaq. Başqa teatr məkanlarına da baxmışdıq, amma orada 300-400 nəfərlik olduğu üçün Opera və Balet teatrı daha məqsədə uyğun oldu. Bu konserti keçirməkdə məqsədim odur ki, əlimizdə çoxlu çəkiliş məkanlarımız olsun. Bunları montaj edəndə bir il evimdə əyiləşib ona baxanda ləzzət alım. Heydər Əliyev Sarayında konsert versəydim, o konsert cəmi 2 gün olacaqdır. 6-cı günkü konsertdə dostlar, müğənnilər və media əhli ilə olacağam. Media əhli 6 gün qonaq qismində olacaq. Konsertə müğənillər və hətta yaşlı aktyorlarımız da dəvət olunublar.

Mən bir il susmuşam, amma bu konsertimlə bəzi həmkarlarıma öz sözümü deyəcəyəm. Özü də ki, mənim konsertimə gələn müğənnilər sadəcə oturmayacaqlar, onlar rəqs də edəcəklər» .

Röya bu sözlərlə nə demək istəyir? Bax bunu, yalnız konsert baş tutandan sonra biləcəyik
 
 
Baxmaq: 653 | Yerləşib: Admin_Perviz
Bütün şərhlər: 0
Qeydiyyatdan keçən istifadəçilər şərh yaza bilər.
[ Qeydiyyat | Giriş ]
Mənim İnfom
Hörmətli qonaq sizi saytımızda görmək xoşdur. Xahiş edirik saytımızda qeyduyyatdan keçin və ya istifadəçi kimi daxil olun!

Sayt üzrə Axtarış
Faydalı Programlar
Dost Saytlar
    WwW.Azeri-Islam.Net

      WwW.AzeriMedia.Az

        WwW.Can.Az

Statistika



WwW.World-Az.Net!
Copyright © 2009 | Создать бесплатный сайт с uCoz |Xayal Muazzin