Onlar səbirsizliklə övladlarının gəlişini gözləyirlər. Nəhayət, Allah ata-analıq hissini keçirməyi onlara da nəsib edir. Ailə ojağında bir qız dünyaya göz açır. Bir il sonra bir oğlan uşağı da doğulur. Cütlük həyatlarının ən xoşbəxt anlarını yaşayır... Aylar keçir, illər ötür, günlərin bir günü Allah yenə də onlara övlad payı yetirir. Ancaq qayğılar, iş-güc, vaxt qıtlığı, maddi vəziyyət bu uşağın gəlişini ata-ana üçün sevindirici etmir. Valideynlər balalarından “yaxa qurtarmaq” qərarına gəlir. “Ana” adlanan məxluq bətnindəki kiçik sakinin halını əsla düşünmür. Böyüdüb, boya-başa çatdırdıqları övladlarının burnu belə qanayanda özlərinə əl qatan ata-ana, kiçicik varlığı öz əlləri ilə necə məhv edə bilirlər? Axı o da onların balasıdır?! Qorxu, məsuliyyətsizlik, tənbəllik, çətinliklərdən boyun qaçırma övlad sevgisinə qalib gəlir...
Hələ istəmirəm...
Ümumiyyətlə, İslam şəriətinə görə, ər-arvad istədiyi zaman uşaq dünyaya gətirə bilər. Əgər kişi və ya qadın müəyyən vaxt uşaq istəmirsə, dinimizə görə bu məsələdə də bir problem yoxdur. Ər-arvad bir-biri ilə razılışıb bir qərara gələ bilərlər. Əgər qadın hələ uşaq dünyaya gətirmək istəmirsə, əri onu məcbur edə bilməz. Lakin bu zaman ailə planlaşdırmasının məqbul vasitələrindən istifadə edilməlidir. Ailə həyatı sürən ər-arvad cinsi münasibətlərini nəzarət altına almalı, elə etməlidirlər ki, ata sülbü ana bətninə düşməsin. Diqqətli olmaq lazımdır, belə ki, “iş-işdən keçərsə”, İslama görə, artıq ana bətninə düşən körpəni “saldırmaq” olmaz!..
Qətl
Günümüzdə bir çox valideynlər körpələrinin dünyaya gəlməsini istəmədikdə, qadın abort etdirib “başağrısı”ndan özünü xilas edir. Ən acınacaqlısı odur ki, “ana” hamiləliyinin 4, 5, hətta 6-cı ayında da abort etdirir. Ruhu olan insanın kiçicik əlləri, ayaqları, bədəninin digər üzvləri doğranıb çıxarılır. Körpə öz ata-anasının təşəbbüsüylə QƏTLƏ YETİRİLİR! Bundan böyük cinayət ola bilərmi? Ata-ana öz balasının necə qatili ola bilər axı? İslam abortu ən böyük günahlardan hesab edir. Qurani-Kərimin “İsra” surəsinin 31-ci ayəsində Allah-Təala buyurur: “Yoxsulluqdan qorxub övladlarınızı öldürməyin. Biz onların da, sizin də ruzinizi veririk. Onları öldürmək, həqiqətən, böyük günahdır!”. Valideynlər, abortu icra edən həkimlər, bəlkə də bunu bilmirlər, əslində, insan qatilləridirlər. Qurana nəzər salaq:
“...Hər kəs bir kimsəni öldürməmiş və yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürsə, o, bütün insanları öldürmüş kimi olur” (“Maidə” surəsi, ayə 32).
Abort edilən uşaq da həm insan sayılır, həm də günahsızdır!
Dünyanı görməyən diri insanlar
Qurani-Kərimin «Əraf» surəsinin 46-cı ayəsində «Əraf» adlı məkan qeyd olunur. Qiyamətdə bir qism adam cənnətə, bir qism cəhənnəmə, bir qismiisə həmin Ərafda olacaq. Bir sıra İslam alimlərinə görə, Əraf əhlinin bir qismi də həddi-büluğa çatmadan ölən uşaqlardır. Söhbət həm abort olunan körpələrdən, həm də dünyaya gəlib, sonra ölən uşaqlardan gedir. Məhəmməd Peyğəmbərdən bizə çatan hədislərdə qeyd olunur ki, dünyaya gəlmədən ana bətnində ölən körpələr Cənnətə düşəjəklər. Belə çıxır ki, əgər təbii yolla məhv olan körpələr cənnətə düşəcəklərsə, onda abort olunan uşaqlar da Cənnətə düşəcək. Çünki hər iki halda bu körpələr günahsız varlıqlardırlar. Abort olunan uşaqlar canlıdırlar və həm cismləri var, həm də ruhları və hissiyyatları. Sadəcə, qışqırıb hay-həşir salmaq qabiliyyətləri yoxdur. Dilləri olsaydı, mütləq fəryad edərdilər! Buna görə, İslam dinində ruhu olan körpəni abort etdirən şəxs «diyə», yəni cərimə ödəməlidir. Yəni adam digər şəxsi öldürəndə İslama görə nejə «diyə» ödəyirsə, abort etdirərək körpəni məhv edən şəxs də QATİL sayılır və mütləq «diyə» ödəməlidir. Yəni əgər uşaq onun cisminə ruh girəndən sonra abort edilsə, diyə və kəffarə tam miqdarıyla ödənilməlidir. Ana bətnində körpəyə ruh, təqribən, 4 ayında gəlir. Ana öz bətnində janlı bir İNSAN daşıyır! Həyata gəlməyə hazırlaşan, bütün körpələr kimi ata-ana qayğısı uman, digərləri kimi oynayıb-gülmək istəyən kiçicik bir insan... İmam Əli (ə) belə deyib: «Dünyaya gəlməmiş ana bətnində ölüb-düşən uşaq Qiyamətdə atasına deyəcək: «Nə üçün mənə ad qoymadın, halbuki Peyğəmbər (s.ə.s) Möhsünə dünyaya gəlməmiş ad qoymuşdu?». Beləliklə, nəzərə alsaq ki, həmin uşaq atasına ad qoymamağa görə etiraz edirsə, onda atanın onu öldürməsinə nə deyər? Xüsusilə də, əgər nəzərə alsaq ki, bu işdə təkcə bir uşaq öldürülmür, nəsil kəsilir. Bir nəfərin ölümü ondan əmələ gələcək minlərlə insanın kökünü kəsmək deməkdir. İndi nəzərə alsaq ki, onların içində alimlər, cəmiyyətə xeyir verən kimlər ola bilərdi, məsələ daha da böyüyür. Həzrət Məhəmməd Peyğəmbər (s.ə.s) belə deyib: “Evlənin! Mən Qiyamət günü sizin digər ümmətlərdən çoxluğunuzla fəxr edəcəyəm. (Övladın valideynə xeyiri) odur ki, ana bətnində məhv olub özü düşən körpə (abort olunan yox!) qəzəbli halda gəlib Cənnətin qapısında dayanacaq. Ona «daxil ol!» deyiləjək. Körpə isə belə deyəjək: «Məndən qabaq ata-anam daxil olmasa, mən Cənnətə girmərəm!».
İslam hansı qorunma vasitələrindən istifadə etməyə icazə verir?
Cütlük uşaq istəmirsə, İslam qanunları onlara hansı vasitələrlə özlərini qorumağa icazə verir? Qorunma vasitələri arasında etibarlı olanları da var, olmayanları da. Məsələn, sterilizasiya, hormonal dərmanlar, “spiral”, prezervativ, müxtəlif kremlər və s. Onların arasında ən etibarlı vasitə sterilizasiyadır. Eldə buna “boruları (trubaları) bağlatdırmaq” deyilir. Bu, ən etibarlı qorunma vasitəsidir. Bunu, əsasən, qadınlar üzərində edirlər. Ancaq kişilər üzərində də nadir hallarda sterilizasiya əməliyyatı aparılır. Sterilizasiya, əsasən, “Qeysər kəsiyi” əməliyyatı keçirən qadınlar arasında yayılıb. Çünki bu əməliyyat yoluyla 3 dəfədən artıq uşaq dünyaya gətirmək bu qadınların həyatı üçün təhlükəlidir. Sterilizasiya olunduqda qadın artıq uşağa qalmır. İslam qadına sterilizasiya etdirməyə icazə verir. Bunun heç bir günahı yoxdur. Onu da qeyd edək ki, uşaq dünyaya gətirməyin qarşısının alınması üçün ananın yumurtalığının çıxarılması yolverilməzdir! Hormonal həblərin qəbulu, “spiral” qoydurmaq qadınlar arasında çox yayılıb. İslama görə, qadın hamilə qalmamaq üçün həblərdən, “spiral”dan istifadə edə bilər. Bu vasitələr çox etibarlı olmasa da, dinimizdə qadınlar onlardan yararlana bilərlər. Əlbəttə, bu vasitələrin qadına zərər yetirməməsi şərtilə!
Hansı hallarda abort etdirmək olar?
Qeyd etdiyimiz kimi, İslam dini abort etdirməyə qarşı çıxır. Lakin bu məsələdə istisnalar var. Əgər uşağı dünyaya gətirmək ananın ölümünə səbəb ola bilərsə, anaya böyük ziyan yetirərsə, belə olan halda abort etdirmək olar. Anjaq bu halda da ana bətnində olan uşağın ruhu gəlinjəyədək bunu etmək lazımdır. Uşağın ruhu gələndən sonra abort etdirmək olmaz. Yalnız o halda bunu etmək olar ki, abort edilməsə ana ölə bilər və onun ölümüylə bətnindəki uşaq da tələf ola bilər. Bu zaman çıxılmaz vəziyyətdə aborta yol verilir ki, ən azından, ananı xilas etmək mümkün olsun. Qeyd edək ki, İslam şəriətinə görə, qadın o halda abort etdirə bilər ki, onun ölə biləjəyini və ya çox böyük ziyan alacağını 1 həkim deyil, ən azı 2 həkim təsdiqləmiş olsun.
Süni mayalanma
Dinimiz süni mayalanmaya ijazə verir. Ərin spermasını süni yolla ananın toxumuyla ana bətnində mayalandırıb, uşağa qalmaq olar. Qadının toxumunu öz ərinin sperması ilə süni bir rəhimdə böyüdüb də uşaq halına salmaq İslama görə halaldır. Belə olduqda, dünyaya gələn uşaq həmin ər-arvadın doğma övladı sayılacaq. Elə olur ki, ər patoloci problemlərlə üzləşir və nəslini davam etdirmək imkanından məhrum olur. Bu halda bir sıra din alimləri qadının hamilə qalması məqsədilə qadın toxumunu yad kişinin - donorun, yəni əri olmayan başqa birisinin sperması ilə də süni yolla mayalandırılmasını məqbul hesab edirlər. Belə ki, nə Quran, nə də səhih hədislərdə bunun qadağan olunduğu göstərilməyib. Lakin şəriət baxımından bu yolla dünyaya gələn uşağın anası həmin qadın sayılsa belə, atası o qadının əri deyil, sperma sahibi olan şəxs hesab edilir.
Qəssablar
Ata-anadan başqa bu çirkin işi, yəni abortu həyata keçirən əsas qəhrəmanlardan biri də həkimdir. Xatırladaq ki, “həkim” sözü, əslində, hikmət sahibi, müdrik deməkdir. Zərurət olmadan ana bətnindəki canlı insanı kəsib-doğrayaraq, məhv edən şəxsi heç hikmət sahibi adlandırmaq düzgündürmü? Onlara “qəssab” deyilsə, daha düzgün olar. Kiçicik, aciz körpənin əllərini, ayaqlarını doğramağa, balaca bir varlığın həyatına son qoymağa nejə razı ola bilirlər? Bu işi edənlər arasında analar da var. Diri insanın canına necə qıymaq olar? Onlar saysız-hesabsız məsum körpələrin qətlinə görə Allah qarşısında cavab verəjəkləri barədə heç düşünmürlərmi? Gejə yatanda həmin uşaqlar onların göz önünə gəlmirmi? Dinimizdə bu iş böyük günah sayılır və bu “həkim”lərin Axirətdə cavab verəcəyi bəyan edilir. Çünki onlar insan qatilləridirlər: “Haqsız yerə bir insanı öldürmək, bütün dünyanın insanlarını öldürmək deməkdir!”.
Niyə qız istəmirsən?
Qədim zamanlarda dünyaya gələn qız uşaqlarını suda boğardılar, diri-diri torpağa basdırardılar. Qızı olan “kişi” el arasına çıxmağa utanardı. Sevimli Peyğəmbərimiz Həzrət Məhəmməd (s.ə.s) İslam dinini insanlar arasında yaydıqdan sonra, bir çox jəmiyyətlər, nəhayət ki, qızların da insan olduğunu qəbul etdilər. İslam dini qızların da haqqı-hüququ olduğunu bəyan edən ilk qanunverijilik sistemi ortaya qoydu. Lakin təəssüflər olsun ki, qızlara olan mənfi münasibət bu günə kimi də bir çox ailələrdə davam edir. Məsələn, biləndə ki qadının qızı olacaq, onu abort etdirməyə məcbur edən nə qədər ərlər, qayınanalar var?! Özü də artıq ürək döyüntüləri eşidilən, əməlli-başlı uşaq şəklini alan, ruhu olan bir varlığı qızdır deyə, dəhşətli şəkildə məhv edirlər. Halbuki ailə səadəti dünyaya gələn uşağın cinsindən asılı deyil. Elə oğlanlar var, ailəsinin bədbəxt olmasına səbəb olur, valideynlərini göz yaşları içində buraxır, Qocalar evinə atırlar. Bir çox qızlar isə ailə ocağının çırağını yandırıb, valideynlərinə layiqincə qayğı göstərirlər. Məhəmməd Peyğəmbər deyib ki, 3 qız övladını layiqincə tərbiyə edib, ər evinə köçürən valideynlər jənnətlə mücdələnirlər. Allah Rəsulunun qızı Fatimeyi-Zəhraya (ə) olan ülvi münasibəti bizlərə qız uşağına verilən dəyəri aşılamırmı? Unutmayaq ki, Sevimli Peyğəmbərimizin nəsli də elə sevimli qızı, xanımlar xanımı Həzrət Fatimə (ə) vasitəsilə davam etmişdir.
Uşaq ruzini artırır
Bəziləri abortu maddi çətinliklə əlaqələndirməyə çalışır. Lakin Uca Allah buna qarşı çıxır: “Yoxsulluqdan qorxub övladlarınızı öldürməyin. Biz onların da, sizin də ruzinizi veririk!”. Özü də bir çox hədislər qeyd edir ki, dünyaya gələn uşaqlar valideynlərinin ruzisini artırır. Ailədə nə qədər çox uşaq olsa, həmin evin bərəkəti bir o qədər çox olar. Övladı da, onun ruzisini də yetirən Allahdır! Yoxsulluqdan qorxub övlad qatili olmayaq! Allaha sığınaq, həyatımızda özümüz də öldürməyə deyil, həyat verməyə çalışaq!..