Yeni çərçivəli eynəklər yaşından asılı olmayaraq bütün qadınlara yaraşar, əgər düzgün seçilərsə
3 qayda ilə çərçivəli eynək seçin
1. Eynəklərin kənarlarına diqqət yetirin. Üz quruluşunuz uzunsovdur? Onda kənarları daha nəzərə çarpan və parıltılı rəngdə olan eynək seçin. Əgər sifət quruluşunuz enlidirsə, onda çərçivə gözün iç tərəfindən kənarlara doğru daralmış formada olmalıdır. Belə çərçivəli eynəklər üzünüzü uzunsov göstərər.
2. Dərinizin rəngini nəzərə alın. Əgər sarışınsınızsa, onda qəhvəyi, qara rəngli çərçivələrə üstünlük verin. Orta və ya tündrəngli dəriyə sahibsiniz? Onda parıltılı, qızılı çalarlı çərçivələr seçin. Qara rəngli eynək isə ən ideal variantdır. Dərinizin və paltarınızın rəngindən asılı olmayaraq ondan hər zaman istifadə edə bilərsiniz.
3. Eynəyi də ayaqqabılar kimi seçin. Gündəlik və ziyafət üçün fərqli eynəklər alın. Ziyafət üçün indi nazık metal və plastik çərçivələr dəbdədir. Çərçivənin üzdə az nəzərə çarpması üçün onun rəngi açıq olmalıdır. Eynəyi ilin fəsillərinə görə də seçmək olar. Yayda əsasən tündrəngli eynəklərdən istifadə edilir. Onlar gözü həm də zərərli günəş şüalarından qoruyur.
Eynəyə görə edilən düzgün makiyaj Uzağı zəif görən və yaxını zəif görən xanımlar göz makiyajını fərqli etməlidirlər
Birinci halda: gözlərin kənarına qəhvəyi, qara və ya bənövşəyi karandaş çəkin, gözün iç tərəfini açıq, sonunu isə tünd göz kölgəsi ilə əhatələyin, kirpiklərə qara və ya qəhvəyi tuş vurun.Gözün ətrafına bir balaca ənlik çəkin. Yanaqlarınıza isə ənliyi aşağı hissədən başlayaraq çərçivənin bitdiyi yerə qədər vurun.
İkinci halda: gözün uc tərəfini açıq, orta və kənarlarını isə tünd kölgə ilə boyayın. Gözün həm alt, həm də üst tərəfinə mütləq karandaş vurun. Kirpiklərə isə tuşu çox zəif sürtün.