Меню сайта
Ana Sayfa Islam Ordan Burdan Chat Forum Eylence Sevgi Dunyasi Foto Albom
Категории
Qadın Dünyası [35]
Programlar [26]
Sevgi Dünyası [47]
Ordan Burdan [60]
Şou Biznes [53]
Sağıamlıq [15]
Mentiq [16]
Oyunlar [11]
Incesenet [9]
İslam Dünyası [16]
Mobil [4]
video [0]
Опрос
Saytımızın Dizaynı
Всего ответов: 152
Главная » Файлы » Qadın Dünyası

Sağ ol, var ol
[ ] 18.08.2008, 12:17

Sağ ol, var ol


Aysel
Nahardan 15 dəqiqə əvvəl yeyilən alma artıq kalorini yandırır, brokkol orqanizmi dəri xərçəngindən, gündə beş stəkan tünd çay isə infarktdan qoruyur. Bir sözlə, qida sağlığımızın böyük dostu ola bilər. Əlbəttə ki, qida zamanı bu və ya digər məhsulun onlarla xüsusiyyətini yadda saxlamaq yorucu olur. Amma bir neçə qayda var ki, onlara əməl etməklə siz naharınızı həm dadlı, həm də faydalı edə bilərsiniz.


Tərəvəzxana

Sağlam qidalanma sənətinin 3 qaydası var: birincisi, gündə 5 dəfə az porsiyada yemək; ikincisi, asta və çox çeynəyərək yemək; üçüncüsü, qəbul olunan sellülozun (bitki hüceyrələrinin qabığını təşkil edən maddə) miqdarına baxmaq, gündəlik norma 500 qramdır. Bu qaydalar öz pəhrizinizi seçməyə imkan verəcək. Pəhrizə bir neçə universal məsləhət də əlavə edərək həyat keyfiyyətinizi qaldıran və onun davamlı olmasına təsir edən qidalanma sistemi alacaqsınız.


Qərbdən-Şərqə

Qədim hind elmi aürved sağlamlaşdırıcı qidalanma sahəsində bir neçə yaxşı məsləhət verir: xörək hazırlanandan 3 saat ərzində yeyilməlidir, əks təqdirdə o, zəhərə dönəcək, qızardılmış, konservləşdirilmiş, bayat və yenidən qızdırılmış xörək də zəhərdir. Bundan başqa, qidaya bəzi məhsulları ayrılıqda, yəni heç nə ilə qarışdırmadan qatmaq lazımdır: süd, banan, yemiş. Həmçinin, yağlı ətdən (yağlı zülallar pis həzm olunur) və çörəklə pendirin birləşməsindən (zülal və nişasta orqanizm tərəfindən eyni anda həzm edilmir) uzaq durmaq gərəkdir. Əks halda mədədə qeyri-sağlam ağırlıq hissindən qaçmaq olmaz. Aürvedə əsasən, şirniyyat heç də orqanizmə zərərli deyil. Sadəcə, onun tərkibindəki karbohidratların 80%-i ağızda, tüpürcəklə bərabər parçalanmalıdır. Yaxşı desert ağızda əriməlidir, nəinki iki saat mədədə həzm olunmalıdır.

Orqanikliyə yol

Qidalanmada təkcə rejim yox, qidanın keyfiyyəti də önəmlidir. Ekoloci cəhətdən təmiz məhsullar sağlamlığa və uzunömürlülüyə gedən yoldur. Onsuz da ətraf mühitdən orqanizmimizə çoxlu sayda toksinlər daxil olur ki, nəticədə ksenobiotiklər artır. Onların kənarlaşdırılması ilə orqanizm tək məşğul ola bilməz. Buna görə də xaricdən daxil olan toksinlərin sayını azaltmaq lazımdır. Problemi orqanik məhsullar həll edəcək - onlar təkcə "kimyəvilik" əlavə etməyəcək, eyni zamanda sizə xarici mühitlə mübarizə aparmağa kömək edəcək. Həqiqətən bioməhsullarda 50% çox vitamin, mineral və qida maddələri var. Bundan başqa, belə məhsullarda antioksidantların səviyyəsi yüksəkdir ki, bu da vaxtsız qocalmanı aradan qaldırır. Birdəfəlik ekoloji təmiz məhsullara keçmək mümkün deyil: onların qiyməti daha bahadır və xüsusi mağazalarda satılır.
Категория: Qadın Dünyası | Добавил: ZehrayiNur
Просмотров: 424 | Загрузок: 0 |
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Мини-профиль
Гость, мы рады вас видеть. Пожалуйста зарегистрируйтесь или авторизуйтесь!

Поиск по сайту
Faydali Programlar
Друзья сайта
    WwW.Azeri-Islam.Net

      WwW.AzeriMedia.Az

        WwW.Can.Az

Статистика сайта



При копировании материала с сайта, ссылка на сайт обязательна!
Copyright © 2009 | Создать бесплатный сайт с uCoz |Xayal Muazzin