Onları qarışdırın! Dodaq boyanızın rəngini dəyişmək istəyirsiniz? Bunun ən asan və ucuz başa gələn yolu əlinin altında olan boyaların rəngini qarışdıraraq, daha parlaq və cəlbedici dodaq rəng çaları əldə etməkdir. Əvvəlcə tünd dodaq boyasını çəkin, üzərindən nisbətən açıq- rəngli boya əlavə edin və cəlbedici olun.
Çəhrayı-bənövşəyi+çəhrayı=giləmeyvə rəngi Çəhrayı-bənövşəyi rəng parlaq çəhrayı rəngə qırmızı çalar əlavə edir. Yaranmış yeni dodaq boyası parlaq və qırmızı geyimlərlə şahanə görünür. Kərpic+bədən rəngi=narıncı İstənilən vaxt dəri rəngini daha tünd rıngin üzərinə çəkməklə siz yumşaq və gündəlik istifadə olunan rəng çaları əldə edəcəksiniz. Qırmızı+koral=al-qırmızı Sürpriz! İki qırmızı rəngin qarışığı səhv nəticə vermir: nəticədə cəlbedici tropik qırmızı-çəhrayı rəng əldə edəcəksiniz.
Səhər yeməyi, yoxsa gözəllik məhsulu? Qərar verin
Payız gəldi, uçdu getdi quşlar...
Bəli, məhz payız gəldi. Günyanması, yanmış saçlar, döyənəkli və bərkimiş ayaq dərisi... yay istirahətinin izburaxan təzahürləridir. Payızda onları yox etmək lazımdır.
Quru və qabıqverən dəri Yaşıl çaydan kompres hazırlayın və dərinizə qoyun: o, dərini nəmləndirir və sakitləşdirir. Qızarmış yanaqlarınızı təravətlən- dirmək üçün skrabdan istifadə edin. Tərəvəzlərdən müxtəlif nəmləndiri- ci maskalar hazırlayın.
Gün ləkələri Bir sözlə, əsl dəhşətdir! Xiyar və ya günəbaxandan ağardıcı losyon və kremlər hazırlayın. Hər səhər və axşam dərinizi losyonla silin, axşamlar isə ağardıcı maskanı ləkə olan yerə çəkin.
Kobud və çatlamış ayaq dərisi Ayaqlarınızı müntəzəm vanna edin və nəmləndirici krem çəkin. Vanna edərkən daban daşı ilə kobud dərini qaşıyıb kənarlaşdırmağı unutmayın.
Yanmış saçlar Saçlarınızı nəmləndirici maskalarla əzizləyin. Hər dəfə yuduqdan sonra balzam və ya kondisionerdən istifadə edin.Bayıra çıxmazdan əvvəl saçlarınıza qoruyucu krem çəkməyi unutmayın.
Artıq tüklər Artıq tüklərin asan və ağrısız çıxması üçün onları çıxarmazdan əvvəl həmin nahiyəyə isti və nəm dəsmal qoyun. Tükləri təmizlədikdən sonra infeksiya düşməsin deyə, həmin hissəyə aloye cövhərli krem çəkin.
Hər dərdin dərmanı qatıq Qatıq dadlı və xeyirli ərzaq olmaqdan əlavə, ən rahat və ucuz gözəllik məhsuludur. Dərinizi nəmləndirmək və qidalandırmaq, qıcıqlanma və allergiyanı aradan qaldırmaq üçün qatığı üzünüzün dərisinə çəkin, 20 dəqiqə saxladıqdan sonra yuyun. Qatıq dəri ilə bərabər saçlar üçün çox xeyirlidir. Saçlarınızı yumazdan əvvəl onlara qatıq çəkin. Yarım saat saxladıqdan sonra yuyun. Saçlarınız hamar və axıcı olacaq.
Dodaqlarınızı nəmləndirin Gündəlik dodaq balzamından istifadə etmək hər dəfə yadınızdan çıxır?Ən yaxşısı, hər səhər və axşam sifətinizə nəmləndirici krem çəkərkən dodaqlarınızı unutmayın. Onlar dodaqları daha yaxşı qidalandırır və yumşaq edir.