|
Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Xalq artisti Faiq Ağayevin keçmiş həyat yoldaşı Nigar Topçubaşova, qaynı Rüfət İsmayılov və qaynanası Dilbər İsmayılovanın mətbuatda və internet şəbəkəsində şərəf və ləyaqətlərini alçaldan məlumatlar yayması, şantaj edilmələri və hədələmələri ilə bağlı qanunusuz əməllər barədə tədbirlər görməsi üçün oktyabr ayının 3-də ünvanladığı ərizə araşdırılıb.
Aldığımız məlumatına görə, araşdırma zamanı adıçəkilən şəxslər ərizə ilə müraciət edərək bundan sonra Faiq Ağayev barəsində mətbuatda əsassız məlumatların yayılmasına yol verməyəcəklərini bildiriblər. Bundan sonra Faiq Ağayev DİN-in BMCMİ-yə Rüfət İsmayılov və onun ailə üzvlərinin ondan və valideynlərindən yazılı şəkildə üzr istədikləri və səhvlərini etiraf etdikləri bildirərək, aparılan araşdırmanın dayandırılmasını istəyib.
Qeyd edək ki, Nigar Topçubaşova, qaynı Rüfət İsmayılov və qaynanası Dilbər İsmayılova ərizələrində sentyabr və oktyabr aylarında etdikləri hərəkətlərdən heyfsləndiklərini, səsələndirdikləri ittihamların böyük səhv olduğunu etiraf ediblər. Onlar Xalq artisti Faiq Ağayevdən üzr istəyiblər və bildiriblər ki, bu xoşagəlməz olay onların ətraflarında olan bədxah insanların təhrikləri sayəsində yaşanıb: «Bu səbəbədən baş verən hadisələri əsassız, addımılarımızın yanlış olduğunu analayaraq, ailəmiz adından Faiq Ağayev və onun valideynlərindən bağışlanmağımızı rica edirik. Əminik ki, gözəl sənətkar və xeyirxah insan, Azərbaycanın xalq artisti Faiq Ağayev üzrxahlığımızı səmimiyyətlə qəbul edəcək. Bəyan edirik ki, Ağayev və İsmayılov-Topçubaşovlar ailələri arasında yaşanan bu mübahisə çözülüb və bir də heç vaxt təkraralanmayacaq».
Fikirlərinizi bildirməyi unutmayın....
|