Меню сайта
Ana Sayfa Islam Ordan Burdan Chat Forum Eylence Sevgi Dunyasi Foto Albom
Категории
Qadın Dünyası [35]
Programlar [26]
Sevgi Dünyası [47]
Ordan Burdan [60]
Şou Biznes [53]
Sağıamlıq [15]
Mentiq [16]
Oyunlar [11]
Incesenet [9]
İslam Dünyası [16]
Mobil [4]
video [0]
Опрос
Saytımızın Dizaynı
Всего ответов: 152
Главная » Файлы » Şou Biznes

Elikram Bayramov: “İslandiyanın baş nazirinin homoseksual olması barede fikrimi gözümle görenden sonra açıqlayaram”
[ ] 11.02.2009, 23:07
“Əsgərlikdə gözəl xidmətlər göstərmişəm...”

Müğənni Əlikram Bayramova telefon açıb müsahibə götürmək istədiyimizi deyəndə gözləmədiyimiz bir cavab aldıq: “Zəng edin prodüserimə, o cavab versin. Onun işi odur”. Müğənni əzbərdən 2 mobil telefon nömrəsi söyləyərək prodüseri Samirə zəng vurmağımızın vacibliyindən danışdı. Vururuq, nömrələrin heç birinə zəng çatmır. Yenidən Əlikram Bayramova üz tutmalı oluruq. Müğənninin dediyindən məlum olur ki, prodüserinin “Zəngimcell”i “Bu nömrəyə zəng çatmır” sözlərilə başlayır. Yenidən prodüserə zəng vururuq. Özümü təqdim edəndən sonra qısa da olsa, maraqlı bir dialoq olur:

- Biz Əlikram Bayramovdan Lent.az saytı üçün müsahibə götürmək istəyirik.

- Sualları yazıb göndərin, baxaq.

- Qardaş, xarici işlər nazirindən götürmürük e, Əlikram Bayramovu deyirəm.

- Mən bilmirəm axı necə müsahibə olacaq, sizinki şou-proqramdı, nədi, bilmirəm.

- Nə şou-proqram, televiziya deyil. Dedim axı saytdı, Lent.az...

- Belə denən də. Sabah zəng vurun, gün təyin edək.

Nə isə, prodüseri vasitəsilə olmasa da, Əlikram Bayramovdan Lent.az-ın “Ciddi-Ciddi” rubrikasına müsahibə götürə bildik...

- Siyasətlə nə dərəcədə maraqlanırsınız?

- Qardaş, mən siyasətlə o qədər də maraqlanmıram. Ancaq özüm neçə illərdir Yeni Azərbaycan Partiyasının üzvüyəm. Deputat olmaq arzusunda da deyiləm. Ancaq bütün seçkilərin hamısında iştirak etmişəm, konsertlərdə də olmuşam.

- Hər halda, KİV vasitəsilə siyasi prosesləri izləmək imkanınız var...

- Beynəlxalq aləmdə baş verənlərin hamısına baxıram, niyə baxmıram? Baş verənlərin hamısını hər vaxt “Xəbərlər”dən, qəzetlərdən izləyirəm.

- Onda zəhmət olmasa, İsrail-Fələstin münasibətləri barədə fikirlərinizi bölüşün.

- İsrail-Fələstin münasibətlərini qəzetdən də oxumuşam, televizyondan da izləmişəm.

- (dərhal müğənninin “dərin biliklərini” hiss edib, ənənəvi olmayan bir sual veririk) Fələstin-HƏMAS münasibətləri barədə nə deyə bilərsiniz?

- Vallah, o barədə çox dərin bilmirəm. Mənim üçün maraqlı olan odur ki, biz tezliklə Qarabağı azad edək. Qaldı o Fələstində müharibə nə vaxt qurtaracaq, nətəhər olacaq, o İsrailin günahıdır. Bu barədə mən nə deyə bilərəm?

- Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün yaradılan Minsk qrupundan yəqin ki, xəbəriniz var.

- Bəli, bilirəm.

- Minsk qrupunun fəaliyyətini necə qiymətləndirirsiniz?

- Vallah, onların fəaliyyəti o qədər də güclü deyil. Fəaliyyəti o vaxt dəyərləndirmək olar ki, heç olmasa, Azərbaycan torpaqları işğaldan qurtarar. Ancaq son vaxtlar heç olmasa, yaxşı addımlar atılıb.

- Hansı addımlar?

- Çox addımlar atılıb. Bu yaxınlarda görüşlər də oldu. Sonra, Babacan Azərbaycana gəldi, yaxşı söhbətlər oldu. Bizim prezidentimiz erməni prezidenti ilə görüşdü. Yəni inşallah, ümidlər çoxdu, hələ gözləyirik.

- Sizcə, Minsk qrupuna ümid etmək olar, yoxsa başqa bir format tapılmalıdır?

- Vallah, hər halda bunu gözləmək lazımdır. Çünki neçə illərdir ki, danışıqlar gedir. Yəqin hökumətimiz də bilir ki, bu, ancaq danışıq yolu ilə alınmalıdır. Hələlik ümid etmək olar.

- Bəs müharibə variantı?

- Müharibə lazım olsa olar. Ali Baş komandanımız bizə nə vaxt əmr versə, biz o hücumlara hazırıq. Mən özümü bir əsgər kimi hiss edirəm. Mən özüm əsgərlikdə çox gözəl xidmətlər göstərmişəm.

- Münaqişənin Madrid prinsipləri çərçivəsində nə dərəcədə məqbul sayırsınız?

- Vallah, onun xeyrindən, ziyanından bir şey bilmirəm. Bildiyim bir şeydir ki, ermənilərin lobbiləri çoxdur. Onlar hələ ki, guya bizdən güclüdür. Ancaq inşallah, Allahın köməkliyilə yaxşı olar. Qaldı Madridə, yəqin ona da ümid etmək olar. Ancaq əsas Minsk qrupuna ümid çoxdur. Çünki axır vaxtlar onların fəaliyyəti güclənib.

- (bu yerdə Əlikram Bayramovun “Madrid prinsiplərini” “Minsk qrupu” ilə analogiya kimi başa düşdüyünü görüb, özümdən yeni anlayışlar uydururam) Onda Madrid qrupuna ümidiniz yoxdur?

- Var e, ancaq azca.

- Nə üçün azdır?

- Çünki neçə illərdir bununla məşğul olan var də... Minsk qrupu məşğul olur deyin, burdaxı qurum hələ təzə başdanıb.

- Deyirsiz ki, Madrid qrupu fəaliyyətə təzə başlayıb...

- Mənim düşüncəmcə, hə...

- Həmin qrupun üzvlərindən kimləri tanıyırsız?

- Vallah, onların üzvlərindən hələ tanışlığım yoxdur. Ancaq televizyonda-zadda eşidirəm.

- Bəs Minsk qrupunun üzvlərindən kimləri tanıyırsınız?

- Eeeh, oradan o qədər adam tanıyıram ki... Siz özünüz məndən də yaxşı tanıyırsınız.

- Mən tanıyıram. Oxucular üçün maraqlıdır ki, siz nə qədər tanıyırsınız.

- Vallah onlarla görüşüb eləməmişəm. Televizyonda izləmişəm.

- Təxminən neçə nəfər üzvünü görmüsünüz?

- 2-3 nəfərini görmüşəm. Bir qoca saqqallısı var - onu görmüşəm, bir cavan var – onu görmüşəm. Həmişə gedirlər təmas nöqtəsini yoxlamağa. Biz də izleyirik.

- Bayaq dediklərinizdən belə başa düşmək olur ki, müharibə olsa, dərhal cəbhəyə gedərsiniz...

- Pah... Mən Azərbaycanın yolunda həmişə canımdan keçməyə hazır olan əsgərəm. Özüm də bu yaxınlarda əsgər bölgəsində olmuşam.

- Hansı bölgədə?

- Şirvan bölgəsində oldum. Sonra bir əsgəri aparıb ailəsinə çatdırdım. Əsgər andiçməsində konsertimiz də oldu. 3-4 yerdə andiçmədə iştirak elədim. Özüm də əsgəri xidmətimi SSRİ-nin zamanında olmuşam.

- Əli Babacanın Azərbaycana səfərini müsbət göstərici kimi qiymətləndirdiniz. Ancaq axır vaxtlarda Türkiyə-Ermənistan münasibətlərində istiləşmənin olduğu deyilir. Bu, Azərbaycanın xeyrinədir, yoxsa ziyanına?

- Hə, hər halda istiləşib. Çünki Türkiyənin prezidenti Abdulla Gül gedib orda futbola baxdı. Bax görürsən, onlar hər dəfə görüşəndə Azərbaycanın torpaqları haqqında söhbət gedir. Bizim torpağımızın 20%-i işğaldadı, Türkiyə də onu tələb edir ki, yəni qaytarın. Türk ömür boyu Azərbaycanın arxasında durmuş bir ölkədir, yəni qardaş ölkədir. Mən elə bilirəm ki, o ölkə heç vaxt Azərbaycanı buraxmaz. Yəqin onlar nə dərəcədə yaxınlaşsalar, bizim üçün xeyri olar, torpağımızı azad edərik. Onların yaxınlaşması hər halda bizə xeyir edər.

- ABŞ-da keçirilən prezident seçkilərini izləyirdinizmi?

- Tamam izləmişəm.

- Sizcə, ABŞ-dakı seçkilər nə dərəcədə demokratik keçdi?

- Vallah, Amerika demokratik ölkədir. Hər halda onu özləri yaxşı bilər. Ancaq qəzetlərdən, televiziyadan izlədiyimə görə, prezidentləri tam demokratik seçilib.

- Necə düşünürsüz, Azərbaycandakı seçkilər daha demokratik keçdi, yoxsa ABŞ-dakı?

- Azərbaycanda 100-ə 100% demokratik keçdi. Mən seçkilər zamanı Azərbaycanın dörd tərəfində olmuşam. Vallahi-billahi xalqımız prezidentimizə özü səs verib.

- Sualımıza cavab vermədiz...

- Mən Yeni Azərbaycan Partiyasının üzvüyəm, ancaq buna görə demirəm. Mən gördüyümü deyirəm. Bir biləsuvarlı olaraq, bir azərbaycanlı olaraq gördüyümün şahidiyəm. Yəni bu nöqteyi-nəzərdən deyirəm.

- Sual yenə cavabsız qaldı.

- Yəqin Amerikada olsaydım, onu deyərdim. Ancaq Azərbaycanda gözümün şahidiyəm. Azərbaycandakı seçki çox demokratik oldu. Elə gözəl hazırlamışdılar ki, tam demokratik şəkildə keçdi. Özüm də səsvermədə oldum. Hətta Biləsuvarda məni çağırmışdılar ki, orada komissiyada əyləşməyə. Sadəcə, mən işimlə bağlı, tədbirlərlə bağlı gedə bilmədim. Məni Biləsuvar rayonunda seçki komissiyasının üzvü eləmişdilər.

- Martın 18-də keçiriləcək referendumla bağlı nə deyə bilərsiniz? Sizcə, Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər nə dərəcədə lazımlıdır?

- Referendumla bağlı bir onu deyə bilərəm ki, qardaş, Konstitusiya dəyişikliyi olsa, yəqin yaxşı olar.

- Nə yaxşı olar?

- Yəni gələcəkdə bir prezidentimizin zamanı olsun. Yəni xalq onun etimadını doğrultmaq üçün zamana ehtiyac var. Xalqın ürəyində, etimadında kim varsa, həmin prezident seçkisi birinci, ikinci yox, üçüncü beşillik üçün də seçilə bilsin. Burda nə problem var ki? Xalq nə rəy versə, o da olacaq.

- Bəs digər dəyişikliklər?

- Digər deyəndə nə nöqteyi-nəzərdən?

- Konstitusiyaya təklif olunan digər dəyişikliklər?

- Vallah, onlar haqqında o qədər də məlumatım yoxdur. Oxuya-oxuya gedirəm də, yəqin məlumatlandıracaqlar. İnşallah, bu ay fevralın neçəsindənsə başlamalıdır, tam başlayandan sonra, gəlib bizə çatanda bütün dəyişiklikləri biləcəm. Mən siyasətçi kimi danışmıram, mən ancaq öz işimi görən insanam. Siz mənə jurnalist kimi sual verirsiz, mən də sizə siyasətçi kimi yox, ölkəmizdə və ölkəmizdən kənarda baş verənləri izləyən bir insan kimi cavab verirəm.

- Daha bir neçə beynəlxalq sual...

- (sözümü kəsir) Sən canın, çox beynəlxalq sual vermə, beynəlxalq aləmdən o qədər də xəbəri olan insan deyiləm.

- Bu yaxınlarda İslandiyada yeni hökumət formalaşdı. Bu ölkə tarixində ilk dəfə hökumətə qadın - Yohanna Siqurdardotir başçılıq etməyə başladı. Digər ölkələrlə müqayisədə bu baş nazir eynicinsli nikahda olması ilə fərqləndi. Sizcə, homoseksualdan baş nazir olarmı?

- Vallah, o haqda məlumatım yoxdur. Onu deyə bilmərəm.

- Hər halda fikrinizi açıqlayın.

- Mən məlumatım olmayan şey barədə danışmıram.

- Məlumat verdim axı.

- İnşallah özüm oxuyaram, gözümlə görərəm, sonra fikrimi açıqlayaram.

- Bəzi həmkarlarınız deputat olmaq istəyir. Siz isə söhbətin əvvəlində deputat olmaq istəmədiyinizi söylədiniz.

- Deputat olmaq üçün gərək xalqın rəğbətini qazanasan, sənə səs verələr. İkincisi, gərək idarəçiliyin ola. Yəni beynin o qədər inkişaf eləyə ki, hər şeyi biləsən. Mənim həmkarlarım deyəndə xalqımızın o qədər sənətkarı var ki, Zeynəb xanım Xanlarova neçə illərdir deputatdır. Niyə də olmasın? Özünə inanırsa, burada elə bir problem yoxdur.

- Tünzalə Ağayeva və Nadir Qafarzadə də deputat olman istədiyini deyib...

- Özünə inam hissi varsa, istəsin. Xalqın etimadını doğrultsa, seçilsə, olsun.

- Siz özünüz xalqın etimadını doğrultmursuz?

- Vallah, mən xalqın etimadını doğruldan adamam, ancaq deputatlıq arzusunda deyiləm. Çünki deputatlıq marağında deyiləm. Onun üçün daha çox işləmək, siyasəti bilmək lazımdı. Ən əsası da gərək özündə inam hissi ola. Məndə isə özümdə inam hissim yoxdu hələ.

- Siyasət və Əlikram Bayramov. Bunlar bir-birilə nə dərəcədə uyğun gələn, yaxud gəlməyən kəlmələrdir?

- Bunlar aralı şeylərdi. Mən müğənni Əlikram Bayramov özümü heç vaxt siyasətdə görmürəm. Mən öz işimi görməyi sevirəm. Hər kəs öz işini görsə, daha yaxşı olar.

- Siyasi mövzuda çox danışmağa qorxursuz?

- Mən heç bir şeydən qorxan insan olmamışam. Nədən qorxacam?

- YAP-ın üzvü kimi partiyanızın rəhbərliyinə daxil olan şəxslərdən kimləri tanıyırsınız? Məsələn, partiyanın Siyasi Şura, İdarə Heyəti üzvlərindən.

- Qardaş, o suala cavab vermək istəmirəm.

- Deyəsən heç birini tanımırsız...

- Hamısını tanıyıram. Ancaq cavab vermək istəmirəm. Siz məndən gözəl tanıyırsız, onu deməyə ehtiyac yoxdu.

- Heç olmasa, YAP Siyasi Şurasından bir nəfərin adını çəkin.

- Ehtiyac yoxdu.

- Heç olmasa YAP-çı millət vəkillərindən bir nəfərin adını deyin.

- Yox... Siz məni qorxutmağa başladınız, daha cavab verməyəcəm...

Pərvin ABBASOV

LENT.AZ


Xəbərin oxunma sayı: 115

Категория: Şou Biznes | Добавил: Yeni_Dunya
Просмотров: 959 | Загрузок: 0 |
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Мини-профиль
Гость, мы рады вас видеть. Пожалуйста зарегистрируйтесь или авторизуйтесь!

Поиск по сайту
Faydali Programlar
Друзья сайта
    WwW.Azeri-Islam.Net

      WwW.AzeriMedia.Az

        WwW.Can.Az

Статистика сайта



При копировании материала с сайта, ссылка на сайт обязательна!
Copyright © 2009 | Создать бесплатный сайт с uCoz |Xayal Muazzin