“Min bir gecə serialı”nda “Şəhrəzad” və “Onur” xarakterlərini canlandıran Bergüzar Korel və Halit Ergençə xəbərdarlıq edilib. Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, rejissor Erol Evci aktyor və aktrisanın şəxsi həyatları ilə bağlı yayılan xəbərlərdən narahat olub. Serialda və gerçək həyatda sevgili olan cütlük maqazin mətbuatının gündəmindən düşmür. Onlar tez-tez müxtəlif məkanlarda əl-ələ obyektivlərə yaxalanırlar. Bu vəziyyətdən naraha olan rejissor “bu qədər göz qabağında olmayın”, - deyə xəbərdarlıq edib. E. Evcinin fikrincə, onların əsl məhəbbəti serialın reytinqinə mənfi təsir göstərə bilər. Lalə Yusifqızı