Gürcüstanı Moskvada keçiriləcək “Eurovision-2009” mahnı müsabiqəsində təmsil edəcək “Stepane and 3 Girls” qrupu siyasi məzmunlu mahnı ifa edəcək. Lent.az-ın Türkiyə məlumatına istinadən xəbərinə görə, qrupun ifa edəcəyi mahnı “Put-In Disco” adlanır. Həmin mahnıda Rusiyanın baş naziri Vldaimir Putin tənqid olunub. Mahnının nəqəratındakı “We Dont Wanna Put-in” sözləri “Putini istəmirik” mənasını verir. Mahnının mətni belədir: Bəzi insanlar sənə nağıllar danışır, Səni dizlərinin üstünə çökdürmək üçün Amma sənə onu deyim, narahat olma! İçkimdən bir bardaq daha Cəhənnəmi içimdən atacaq, Yaxşı şeylərə fikrini cəmləşdir, Bəzi yaxşı şeylər, sadəcə yaxşılardır... Neqativ hisləri içəri almaq istəmirik (Putini istəmirik) Keyfimizi öldürür Yaxın buraxmaq istəmirik (Putini istəmirik) Çünki bu neqativ tavr əhvalımızı korlayır.