Türkiyənin “Kanal D” televiziyasında yayımlanan “Min bir gecə” serialında gərginlik davam edir. Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, “Onur”la “Şəhrəzad”ı ayırmağa nail olan “Əda”nın iş üzü artıq ortaya çıxıb. Buna görə mənfi obraz olan “Əda” əşyalarını toplayıb qaçmağa hazırlaşır. Ondan sonra seriala daha bir mənfi obraz girəcək.
Baş verən münaqişələrdən sonra “Şəhrəzad” oğlunu da “Onur”un evini tərk edib. Ondan heç bir xəbər ala bilməyən “Onur”un həyatına başqa bir qadın girəcək. “Onur” televiziya aparıcısı “Əməl”lə bərabər olacaq. “Əməl”i aktrisa Selen Uçər canlandıracaq.