Меню сайта
Ana Sayfa Islam Ordan Burdan Chat Forum Eylence Sevgi Dunyasi Foto Albom
Категории
Qadın Dünyası [35]
Programlar [26]
Sevgi Dünyası [47]
Ordan Burdan [60]
Şou Biznes [53]
Sağıamlıq [15]
Mentiq [16]
Oyunlar [11]
Incesenet [9]
İslam Dünyası [16]
Mobil [4]
video [0]
Опрос
Saytımızın Dizaynı
Всего ответов: 152
Главная » Файлы » Şou Biznes

Alla Puqaçova sehneden getdi.
[ ] 06.03.2009, 14:45
“Mən vida olaraq səhnəni öpməyəcəyəm. Sadəcə olaraq müğənni kimi konsert fəaliyyətimi dayandırıram”

SSRİ xalq artisti Alla Puqaçova müğənni kimi konsert fəaliyyətini dayandırıb. Lent.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə o, mətbuat konfransında məlumat verib.

Alla Puqaçova Moskva-Kiyev-Tiflis-Bakı mətbuat mərkəzləri ilə keçirdiyi terekörpü zamanı səhnədən ayrılmaq qərarının qəti olduğunu vurğulayıb: “Mən vida olaraq səhnəni öpməyəcəyəm. Sadəcə olaraq müğənni kimi konsert fəaliyyətimi dayandırıram”. Bir ay sonra 60 yaşı tamam olacaq mügənni Rusiya və MDB ölkələrində yubiley turundan sonra fəaliyyətini dayandıracaq: “Mən bu addımı bir sıra səbəblərə görə atıram. Getmək vaxtı deyil – iqtisadi böhrandır, pul qazanmaq lazım idi. Amma səbəblər var. Əvvəla, səhhətim ora-bura gedib-gəlməyə imkan vermir. İkincisi, keçirdiyim bir sıra əməliyyatlardan sonra səsim qüvvəsini itirib və mən çatdırmaq istədiyim intonasiyanı ifa edə bilmirəm”

Puqaçova bundan sonra xatirə kitabı yazmaq niyyətində olduğunu bildirib: “Belə bir fikrim var. Mənim keçmiş həyat yoldaşlarım barəmdə memuarlar yazmağa başlayıblar. Yəqin ki, onların mənimlə həyatı necə təsəvvür etdiklərinə cavab vermək lazım gələcək. Mən bunu istəmirdim, amma edəcəyəm”.

“Müğənni Alla Puqaçova səhnədən gedir. Amma başqa bir Alla Puqaçovanın zamanı gəlir. Onun “Radio Alla”sı, teatr və kino fəaliyyəti var” - deyə, müğənni sözünü bitirib.
Категория: Şou Biznes | Добавил: Yeni_Dunya
Просмотров: 381 | Загрузок: 0 |
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Мини-профиль
Гость, мы рады вас видеть. Пожалуйста зарегистрируйтесь или авторизуйтесь!

Поиск по сайту
Faydali Programlar
Друзья сайта
    WwW.Azeri-Islam.Net

      WwW.AzeriMedia.Az

        WwW.Can.Az

Статистика сайта



При копировании материала с сайта, ссылка на сайт обязательна!
Copyright © 2009 | Создать бесплатный сайт с uCoz |Xayal Muazzin