Türkiyəli sənətçi Sibel Can Beynəlxalq Qadınlar Gününü Azərbaycanda qeyd edəcək. Həmin gün sənətçi Heydər Əliyev Sarayında bakılı pərəstişkarların qarşısında konsert proqramı ilə çıxış edəcək. Konsertin təşkilatçısı, “Səs Organization”un rəhbəri Nahid Emiloğlu APA-ya verdiyi məlumatında deyib ki, sənətçi konsert günü Bakıya gələcək.
Martın 8-də səhər saatlarında Bakıya gələcək Sibel Can, həmin axşam hazırladığı bayram konserti ilə səhnəyə çıxacaq. N. Emiloğlu bildirib ki, sənətçi konsertdə iştirak edən xanım tamaşaçılara xüsusi sürprizini hədiyyə edəcək.
Qeyd edək ki, konsertin informasiya dəstəyi APA-ya məxsusdur.