Меню сайта
Ana Sayfa Islam Ordan Burdan Chat Forum Eylence Sevgi Dunyasi Foto Albom
Категории
Qadın Dünyası [35]
Programlar [26]
Sevgi Dünyası [47]
Ordan Burdan [60]
Şou Biznes [53]
Sağıamlıq [15]
Mentiq [16]
Oyunlar [11]
Incesenet [9]
İslam Dünyası [16]
Mobil [4]
video [0]
Опрос
Saytımızın Dizaynı
Всего ответов: 152
Главная » Файлы » Şou Biznes

“Eurovision” mahnımızı kim dinleyib?- SORĞU
[ ] 16.03.2009, 14:19
May ayında Rusiyanın paytaxtı Moskva şəhərində keçiriləcək “Eurovision-2009” mahnı müsabiqəsində Azərbaycanın əslən Cənubi Azərbaycandan olan Araşın müəllifi olduğu “Always” (“Hər zaman”) mahnısı ilə təmsil olunması ölkədə birmənalı qarşılanmayıb.

Bu səbəblə APA-nın əməkdaşı “Moskvada keçiriləcək “Eurovision” mahnı yarışmasında Azərbaycanı təmsil edəcək sənətçiləri tanıyırsınızmı və onların ifa edəcəyi mahnını dinləmisinizmi” sualı ilə mədəniyyət və incəsənət xadimlərinə, siyasətçilərə, qəzet redaktorlarına müraciət edib. Məlum olub ki, çoxları artıq son versiyası hazır olan və bir neçə gündən sonra klipi televiziya kanallarında nümayiş etdiriləcək “Always” mahnısını eşitməyib. Hətta təmsilçilərin kimliyini bilməyənlər də var.

Xalq artisti Xuraman Qasımova Azərbaycanı “Eurovision-2009”da kimlərin təmsil edəcəyini və onların hansı mahnını oxuyacağını bilmir: “Təmsilçi barədə məlumatım yoxdur, heç mahnını da eşitməmişəm”.

Azərbaycan Bəstəkarlar İttifaqının katibi Eldar Mansurov Aysel Teymurzadədən xəbərdar olsa da, Araşı tanımadığını açıqlayıb. Bəstəkar müsabiqədə ifa olunacaq mahnını eşitmədiyini və heç bununla maraqlanmadığını qeyd edib.

Xalq artisti Fəxrəddin Manafov da Azərbaycan təmsilçilərinin ifa edəcəyi “Always” mahnısını dinləməyib: “Həmin mahnını eşitməmişəm. Tam məsuliyyətlə deyirəm - “Eurovision” müsabiqəsinin tamaşaçıları və orada təmsil olunan ölkələr üçün daha maraqlı olardı ki, Azərbaycan müsabiqəyə öz milli musiqisi ilə qatılsın. Lap dərinə getsək, məncə Azərbaycan bu cür müsabiqələrdə yalnız və yalnız muğamla təmsil olunmalıdır. Budur dərin Azərbaycan musiqisi! Niyə biz başqa mahnıları oxumalıyıq? Bu gün bizdə çox gənc və istedadlı muğam ifaçıları var. Qoy gedib muğam oxusunlar. Yoxsa ki, Araş... Tam məsuliyyətlə deyirəm ki, bu, nə bizim üçün, nə də o müsabiqənin tamaşaçıları üçün maraqlı deyil. Yaxşı olardı ki, bir ekzotika kimi yox, sadəcə, bir musiqi sənəti kimi muğamı dinləyəydilər”.

Adətən mediadan qaçmağa üstünlük verən və mətbuata danışmağı xoşlamayan bəstəkar Vaqif Gərayzadə “təmsilçilərin kimliyindən də, mahnıdan da xəbərim yoxdur” deməklə kifayətlənib.

Xalq artisti Amaliya Pənahova ümumiyyətlə, bu yarışma ilə maraqlanmadığını söyləyib.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, xalq artisti Mənsum İbrahimov həm təmsilçilərimizdən, həm də mahnının müəllifinin kimliyindən xəbərdar olsa da, başı qarışıq olduğundan mahnını dinləməyə imkan tapmayıb: “Bilirəm ki, Aysel Teymurzadə ilə Araş birgə duet oxuyacaqlar. Əlbəttə ki, bundan xəbərdaram. Mahnını dinləməmişəm, ancaq yaxın günlərdə dinləyəcəyəm. Hər halda bu işlə mütəxəssislər məşğul olursa, yaxşı mahnı ortalığa çıxararlar. Araşın mahnısının səslənməsində bir qəbahət görmürəm. Hər halda, Cənubi Azərbaycandandır”.


Ümid Partiyasının sədri, Milli Məclisin deputatı İqbal Ağazadə isə təmsilçilərdən də, onların ifa edəcəyi mahnıdan da, hətta “Eurovision” müsabiqəsindən də kifayət qədər məlumatlıdır: “Bu müsabiqənin səsverməsi siyasi xarakter daşıyır. Ona görə də bu seçimin uğurlu və ya uğursuz olduğunu söyləmək çətindir. Amma hesab edirəm ki, həm musiqi, həm də ifaçılar və onların vizual görünüşləri kifayət qədər normaldır. Musiqinin və sözlərin kim tərəfindən yazılması elə də önəm daşımır. Azərbaycanın bu mahnı ilə neçənci yeri tutacağına dair proqnoz vermək də düzgün olmaz, daha doğrusu, çətindir. Bu, xaricdə yaşayan həmyerlilərimizin fəallığından asılıdır”.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı isə “Eurovision-2009” mahnı müsabiqəsində Azərbaycanın Araşın mahnısı ilə təmsil olunmasına çox sərt reaksiya verib: “Bu müsabiqədə Azərbaycan təmsilçisinin Araşın mahnısını oxuması rəzalətdir. Ərəbdir, heç bilinmir kimdir, gedib bir ərəb, fars mahnısı ilə Azərbaycanı təmsil edəcək. Bu, biabırçılıqdır. Heç o mahnını eşitmək də istəmirəm. Mənə aidiyyəti olmayan bir mahnını niyə eşitməliyəm ki?! Azərbaycanın müğənnisi azdır ki, Araş gedir?! O, axı heç azərbaycanlı deyil, yalandan özünü Azərbaycana sırıyır. Bu bölgədə, bu millətlərin içərisində ən güclü musiqisi olan bir xalqın nə ehtiyacı var Araşın mahnısına?!”

“Azadlıq” qəzetinin direktoru Azər Əhmədov hesab edir ki, müsabiqənin nə ötənilki, nə də builki təmsilçilərinin seçimi uğurlu deyil: “Qəzetimizdə bununla bağlı yazılardan bilirəm ki, müsabiqəyə bir qız gedəcək, özü də Araşın mahnısını oxuyacaq. Sözün düzü, müsabiqə çox maraqlı müsabiqədir. Bilmirəm bu seçim mənim zövqümə uyğun gəlmir, yoxsa yaşım keçib, amma həm ötənilki, həm də builki təmsilçilər heç Azərbaycanın daxilində tanınmırlar. Halbuki bu mötəbər müsabiqənin təmsilçiləri heç olmasa, öz ölkələri daxilində yetərli səviyyədə tanınılmalıdır. Mənim şəxsi fikrimə görə, Azərbaycanı bu müsabiqədə layiqli təmsil edə biləcək və uğur qazanacaq yeganə sənətçi Sevda Ələkbərzadədir”.

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid də mahnını dinləməyənlər arasındadır: “Bildiyim odur ki, gənc və gözəl bir qız Azərbaycanı Moskvadakı yarışmada təmsil edəcək. Düzdür, mahnını eşitməmişəm, ancaq bilirəm ki, müəllifi Cənubi Azərbaycandandır. Elə dərin bilgilərim yoxdur. Bu müsabiqə ilə yaxından maraqlanıram və hələ mahnını dinləmək imkanım olmayıb. Ötən il müsabiqə keçirilən vaxt Rusiyada idim, təmsilçilərimizə də kifayət qədər sms göndərdim. Bu il də Azərbaycandan kənarda olsam, yenə səs göndərəcəyəm”
Категория: Şou Biznes | Добавил: Yeni_Dunya
Просмотров: 293 | Загрузок: 0 |
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Мини-профиль
Гость, мы рады вас видеть. Пожалуйста зарегистрируйтесь или авторизуйтесь!

Поиск по сайту
Faydali Programlar
Друзья сайта
    WwW.Azeri-Islam.Net

      WwW.AzeriMedia.Az

        WwW.Can.Az

Статистика сайта



При копировании материала с сайта, ссылка на сайт обязательна!
Copyright © 2009 | Создать бесплатный сайт с uCoz |Xayal Muazzin