Elnur yeni albom üzərində işləyir
Müğənni "Toxun mənə" mahnısına da klip çəkdirib
Müğənni Elnurun yeni klipi işıq üzü görüb. "İstiot"un məlumatına görə, klip «Toxun mənə» mahnısına çəkilib və müğənninin həmkarı Natəvan Həbibi klipdə rol alıb. Mahnının sözləri Günel Sərdarqızına, musiqisi Hatəmə məxsusdur. Sentyabrın 15-dən sonra klip televiziyalarda yayımlanacaq.
Son albomunun çıxmasından az müddət keçsə də, Elnur artıq yeni albom üzərində işləyir. Alboma yalnız yay əhval-ruhiyyəli ritmik mahnılar daxil olacaq. Bunlar korifey sənətkarlarımızın ifa etdikləri, heç zaman dəbdən düşməyən retro və xalq mahnılarımızdır
|