Меню сайта
Ana Sayfa Islam Ordan Burdan Chat Forum Eylence Sevgi Dunyasi Foto Albom
Категории
Qadın Dünyası [35]
Programlar [26]
Sevgi Dünyası [47]
Ordan Burdan [60]
Şou Biznes [53]
Sağıamlıq [15]
Mentiq [16]
Oyunlar [11]
Incesenet [9]
İslam Dünyası [16]
Mobil [4]
video [0]
Опрос
Saytımızın Dizaynı
Всего ответов: 152
Главная » Файлы » Şou Biznes

“Kurtlar Vadisi Pusu”nun yayımında problem yaranıb, “Min bir gecə” isə qurtuldu.
[ ] 26.10.2008, 17:58
Dünyadakı qlobal iqtisadi böhran Türkiyə və Azərbaycan televiziyalarını başına götürmüş seriallara da təsirini göstərib. Lent.az-ın xəbərinə görə, böhran “Kurtlar Vadisi Pusu” teleserialını yayımını dayandırmaq təhlükəsi ilə üz-üzə qoyub.

Böhran səbəbindən Türkiyə serialları arasında ən bahalısı olan “Kurtlar Vadisi Pusu”nun gələn həftə yeni bölümü yayımlanmayacaq. Hətta seriala bir müddət ara verəcəyi də bildirilir.

Serialın çəkilişlərini aparan “Pana Film”dən isə bildiriblər ki, filmin sifarişçisi olan Show TV ötən həftə yeni bölümün pulunu ödəmədiyi üçün bu həftə təkrar bölüm yayımlanacaq: “Filmin, ümumiyyətlə, dayandırılacağı barədə hələ bir söz deyə bilmərik”.

Qeyd edək ki, hər bölümdə 1 milyon dollar gəlir gətirən “Kurtlar Vadisi Pusu” Türkiyənin ən böyük büdcəyə malik serialıdır.

Türk serialları arasında çox seyr edilənlərdən olan “Min bir gecə” isə reklam qiymətlərini aşağı salmaqla yayımını davam etdirməyi bacarıb. Artıq iqtisadi gəlirlilik dövrünü başa vuran serialın yayımdan tam yığışdırılmaması üçün yayımçı şirkət filmdəki reklamların qiymətini aşağı salıb. Odur ki, “Min bir gecə” həvəskarları hələ filmi seyr edə biləcəklər.

Ümumilikdə isə iqtisadi böhran nəticəsində son bir ayda türk televiziyalarında yayımlanan serialların sayı 60-dan 45-ə enib. Televiziya mütəxəssisləri bunu həm iqtisadi böhran, həm də türk televiziyalarında serial mərhələsinin bitməsi və yeni dövrün başlaması ilə izah ediblər. Mütəxəssislərin fikrincə, Türkiyə telekanallarında serialların azalması prosesi hələ davam edəcək.

Qeyd edək ki, Türkiyə televiziyalarında yayımlanan “Sərvət Ovçusu”, “ Qürbət Quşları”, “Qonça Qərənfil”, “Əlif”, “Düğün Şarkıçısı”, “Danışa-danışa”, “Cəsarətin varmı aşka” diziləri artıq yayımdan qaldırılıb. Daha bir neçə telekanalın da seriallarla bağlı eyni addımı atacağı gözlənilir.
Категория: Şou Biznes | Добавил: Yeni_Dunya
Просмотров: 516 | Загрузок: 0 |
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Мини-профиль
Гость, мы рады вас видеть. Пожалуйста зарегистрируйтесь или авторизуйтесь!

Поиск по сайту
Faydali Programlar
Друзья сайта
    WwW.Azeri-Islam.Net

      WwW.AzeriMedia.Az

        WwW.Can.Az

Статистика сайта



При копировании материала с сайта, ссылка на сайт обязательна!
Copyright © 2009 | Создать бесплатный сайт с uCoz |Xayal Muazzin