Меню сайта
Ana Sayfa Islam Ordan Burdan Chat Forum Eylence Sevgi Dunyasi Foto Albom
Категории
Qadın Dünyası [35]
Programlar [26]
Sevgi Dünyası [47]
Ordan Burdan [60]
Şou Biznes [53]
Sağıamlıq [15]
Mentiq [16]
Oyunlar [11]
Incesenet [9]
İslam Dünyası [16]
Mobil [4]
video [0]
Опрос
Saytımızın Dizaynı
Всего ответов: 152
Главная » Файлы » Sağıamlıq

Ağ Ölüm yada Toz bazıb her yermizi.
[ ] 31.08.2008, 00:26
Narkomaniya - narkotik vasitələrə alüdəçilik artıq əksər ölkələrin başlıca probleminə çevrilib. Hələ 2004-cü ildə dünya əhalisinin 5 faizdən çoxunun narkotik aludəçisi olduğu aşkarlanmışdı. Narkomaniya isə yalnız xəstəlik deyil, həm də cinayətlər üçün münbit zəmin sayılır. “Olaylar”ın məlumatına görə, Azərbaycanda 2008-ci ilin 5 ayı ərzində narkotiklərlə bağlı 1375 cinayət faktı aşkarlanıb. Bu yaxınlarda ən bahalı narkotik vasitə hesab olunan “Ekstazi” həbi ilə 50-dək şəxsin tutulması da həmin faktlar sırasındadır. Qeyd edək ki, həbs olunanların çoxu məmur övladlarıdır, onlar arasında həmçinin xalq artisti, müğənni İlhamə Quliyevanın oğlu Orxan Nadirovun da adı çəkilir.

Narkomaniyanın yayılma tempinə gəlincə, statistik məlumatlara görə, ötən il Respublika Narkoloji Dispanserinə 21180 nəfər narkoloji xəstə müraciət edib. Qeydiyyata alınanların əksəriyyəti 30-39 yaş kateqoriyasına daxildir. Bəzi mənbələrdə bu rəqəmin 200 mini keçdiyi bildirilir. Balaca bir ölkə üçün əlbəttə, böyük rəqəmdir.
Məlumatlara görə, aludəçilərin 30-35 faizi gənclərdir və onların da 65 faizi Lənkəran rayonunda yaşayır. Sırada sonrakı yerləri Bakı və Gəncə tutur. Təbii sual ortaya çıxır, görəsən, narkomanların ildən-ilə artmasına səbəb nədir? Narkotik aludəçilərini bu asılılıqdan qurtarmaq mümkünmü? Uyuşdurucu maddələr insan orqanizminə hansı zərərləri yetirir? Sualla Respublika Narkoloji Dispanserinin həkimi, psixiatr-narkoloq Fəzail Sadıqova müraciət etdik.

“Narkotikə görə anasının barmağını kəsib, üzüyünü çıxarıb”

Həkimin fikrincə, narkomanlığın yayılmasına səbəb narkotik maddələrin istehsalının çoxalmasıdır. Onun sözlərinə görə, narkotikdən bir neçə dəfə istifadə etdikdə xəstəlik formalaşır: “Ölkəmizdə ən çox istifadə olunan narkotik maddələr opiat qrupuna aiddir ki, buraya heroin, həşiş ve s. maddələr daxildir. Sovetlər dönəmində isə bu maddələrdən istifadə yox dərəcəsində idi”. Həkimə görə, narkotik toksik maddə olduğu üçün onu qəbul edən şəxsin daxili orqanlarına mənfi təsir edir: “Ürək-damar sistemindən tutmuş, nevroloji sferaya qədər insanın xarakterini dəyişir. Lakin bütün toksik maddələr kimi onların ilkin və ən çox təsir göstərdiyi orqan qaraciyərdir. Narkotik maddələrin venadaxili qəbulu da bir sıra infeksiyalar üçün giriş qapısı rolunu oynayır. Narkomanlar arasında çoxsaylı infeksiyalar, o cümlədən Hepatit B və C viruslarına yoluxma, SPİD-in yayılması da müşahidə olunur”.
Mütəxəssis qeyd etdi ki, narkoman toksik maddəni qəbul edəndə normal adam olur, lakin vaxtı qurtaran kimi onun üçün nə ana, nə ata, nə də ailə məfhumları qalır: “O, narkotik qəbul edənədək özünü idarə edə bilmir. Hətta mən şahidi olmuşam ki, vaxtı çatanda anasının barmağını kəsib üzüyünü çıxarıb, narkotikə dəyişib. Odur ki, onların əksəriyyeti sonda cinayətkara çevrilir”.

“Narkomanın uşağı da narkoman olur”

Həkim narkomanların 35-40 ildən artıq yaşaya bilmədiyini vurğuladı: “Spirtli içki, siqaret, narkotik maddə ömrü qısaldır. Onların arasında ən çox təsir edən narkotiklərdir. Erkən yaşından narkotik qəbul edənin orta ömrü 35-40 il olur. Çünki o, təsiri hiss etmək üçün getdikcə dərəcəni artırır və son olaraq, elə həddə çatır ki, 20 normal adamı öldürə biləcək dozanı birdəfəyə qəbul edir. Normal adamı 80-90 milliqram narkotik öldürür. Onlar isə sutkada 3000-4000 milliqram dərəcəsində narkotikdən istifadə edirlər. Bu, bir müddət davam edə bilər. Bir anda toksik maddə beyində tənəffüs mərkəzinə gedir ve nəfəs yerindəcə kəsilir. Toksikologiya Mərkəzinə bu tipli nə qədər xəstə gətirilir. İntensiv terapiya ilə müalicə olunsa da, əksəriyyətində beynin tənəffüs sistemi tab gətirmir ve ölüm baş verir. Narkomanların əksəriyyəti bundan dünyalarını dəyişirlər. Digər faktor isə odur ki, cinayətkara çevrilmiş narkoman kriminal qruplaşmalarda həyatını itirir”.
Narkomaniya ailədaxili münaqişələr, boşanmaların çoxalmasına da səbəb olur: “Narkomanın ailəsində dünyaya gələn uşaq da narkoman olur. Çünki toksik maddə ana bətnində dölə təsir edir. Bir də görürsən, körpə ağlağan olur, narkotik vurduqdan sonra sakitləşir”.

“Ağ ölüm”" düçar olanlar pulsuz müalicə edilməlidir

Psixiatr-narkoloqun fikrincə, Azərbaycanda bir narkoman xəstənin müalicəsinə ilkin mərhələdə 60-100 manat sərf olunur: “Qanunla narkomanların müalicəsi pulsuzdur. Lakin xəstələr dərmanlara xərc çəkməli olur. Bir həftəlik müalicə 60-100 manat arası başa gəlir. Müalicə iki aylıq olur, bəzən illərlə çəkir. Burada həm fiziki, həm də psixoloji terapiya aparılmalıdır. Ümumiyyətlə, narkomanların müalicəsi dünyanın heç bir ölkəsində qənaətbəxş deyil. Elə şəxslər var ki, onda narkotikdən asılılıq bir iynədən yaranır. Müalicə olunarsa belə, o, təsirə düşəndə yenidən həmin vərdişə meyl etməsi çox asan olur. Müalicədə istənilən nəticəni almaq üçün cəmiyyətdə maarifləndirmə aparılmalıdır. Məktəblilər, ali məktəb tələbələri arasında narkomanlar var. Bu gün internetdə narkotik hazırlamaq, narkotika alveri, əxlaqsızlıq və s. təbliğ olunur. Telekanallarda nümayiş olunan seriallar da mənfi rol oynayır, bəzi seriallarda  hətta narkotiklər reklam olunur”.

Narkoman potensial cinayətkardır

Bəs narkotikdən istifadə edən və satan şəxs hansı cinayət məsuliyyəti daşıyır? Hüquqşünas Osman Kazımovun bildirdiyinə görə, narkotik satan istifadəçi ilə müqayisədə daha ağır cəzaya məhkum edilir: “Cinayət məqsədi olmadan narkotik vasitələrin, o cümlədən psixotrop maddələrin şəxsi istehlak məqsədilə istifadə olunması satış məqsədilə narkotik vasitələrin və psixotrop maddələrin hazırlanması, əldə edilməsi, daşınması, göndərilməsinə nisbətən yüngül cinayətdir. Cinayət Məcəlləsinin 234-1-ci maddəsində bu böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Sanksiyasında 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası var. Amma satış məqsədilə narkotikdən istifadə daha ağır maddə hesab olunur, bu da böyük ictimai təhlükə törətməsə də, sanksiyasında azadlıqdan məhrumetmə cəzası daha sərtdir: 2 ildən 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur”.
Hüquqşünasın bildirdiyinə görə, “ağ ölüm”dən canını qurtarmaq istəyən narkomanın müalicəsi məcburi deyil, buna qanun yol vermir: “1997-ci ildən ”Narkoloji xidmət üzrə qanun" qəbul olunduqdan sonra narkomanların məcburi surətdə müalicə olunması qadağan edilib. Məcburi müalicə metodu yalnız islah-əmək müəssisələrində həyata keçirilə bilər.
Əgər məhbusun narkoloji dispanserdə müalicəsinə ekspertiza rəyi verilirsə, müalicəsi zəruridirsə, məhkəmə müəyyən edir ki, həmin şəxs məcburi müalicəyə cəlb olunsun. Müalicə müddətində onun cəzaçəkmə müəssisələrində cəza müddəti nəzərə alınır".

“Böyük dövlətlər kiçik dövlətlərə kömək etməlidir”

Bu arada ABŞ Dövlət Departamentinin Beynəlxalq Narkotiklərə Nəzarət Strategiyasının hazırladığı hesabatda Azərbaycan əsas narkotranzit ölkələrdən biri kimi göstərilib. Departament hesab edir ki, narkoticarətlə mübarizəyə Azərbaycanda narkotik maddələrin ticarətindən əldə olunan gəlirlər həm “yuyulur”, həm də başqa maliyyə cinayətlərinin həyata keçirilməsi üçün istifadə olunur.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun sədri İsrafil Əliyevin bildirdiyinə görə, narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizədə böyük dövlətlərin köməyinə ehtiyac var: “İranın özündə də bu sahədə vəziyyət çox ağırdır. İranın Əfqanıstanla həmsərhəd olması bu işə şərait yaradan amillərdən biridir. Əfqanıstan narkotiklərin ən böyük qanunsuz istehsalçısıdır. Bu ölkə dünyaya heroin və tiryək mənşəli narkotiklərin 90 faizini verir. Böyük dövlətlərin imkanı var ki, bu problemin inkişaf etməkdə olan ölkələrdə yayılmaması üçün maddi yardım etsinlər”.
İ.Əliyevin fikrincə, mübarizənin səmərəli təşkili üçün qanunvericilikdə nəzərdə tutulan cəzaların sərtləşdirilməsi məsələnin həlli deyil: “Dünyada iki dövlətdə - Çində və İranda narkotiklərin qanunsuz dövriyyəsinə görə edam cəzası var, hətta qadınlar da edam olunur. Amma gəlin baxaq, bu ölkələrdə narkotiklərin kökü kəsilibmi? Təkcə qadağalarla problemi həll etmək mümkün deyil. Maarifləndirmə işi daha yüksək olmalı, cəmiyyətdəki laqeydlik aradan götürülməlidir”.

Категория: Sağıamlıq | Добавил: Yeni_Dunya
Просмотров: 603 | Загрузок: 0 |
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Мини-профиль
Гость, мы рады вас видеть. Пожалуйста зарегистрируйтесь или авторизуйтесь!

Поиск по сайту
Faydali Programlar
Друзья сайта
    WwW.Azeri-Islam.Net

      WwW.AzeriMedia.Az

        WwW.Can.Az

Статистика сайта



При копировании материала с сайта, ссылка на сайт обязательна!
Copyright © 2009 | Создать бесплатный сайт с uCoz |Xayal Muazzin