Uşağın
itirməsin deyə bərk-bərk sarıldığı bülbül balasının bir az sonra
öldüyünü bilən uşağın göz yaşlarını anlasan səni itirən məni anlayarsan.
Artıq daha yaxşı anlayıram ki, nəfəs almaq deyilmiş yaşamaq. Atəşlərdə yanmaq kimi bir şey, səni sevərkən sənsiz olmaq.
Nədən
bu qədər çətin səni sevmək və tapmamaq. Toxunmaq istədikcə uzaqlaşmaq,
düşündükcə unutmaq, səni sevdiyim halda söyləyə bilməmək, hər bir şeyi
gizlətmək, sənə sahib olacağım yerdə səni itirmək.
Sanmışdım
yeni bir eşqə başlayıram çox yanılmışam. Bu eşqin sonu da ayrılıq
olacaq və yaşadıqlarım geridə qalacaq. Geriyə acı və gözəl xatirələr
qalsa belə, onları xatırlamaq ayrılıq qədər acı olmayacaq.
Get artıq yoxluğuna inandır məni. Yoruldum hər tapdığım yerdə səni itirməkdən.
Səni mən deyil gözlərim seçdi, onlar sevdi onlar bəyəndi. Sən mənim deyil onlarınsan. Gedərsənsə mənə nə onlar ağlasın.
O gün bu günümü bilsəydim, bu gün o günü yaşamaq istəməzdim.
Ayrılıq belə ağlayardı, ayrılığı yaşasaydı. Utanardı etdiyindən fələk əgər bu eşqi tanısaydı.
Həyatımız
boyunca ayrılmayacağımızı bir-birimizə söz verib əhd etmişdik. Amma nə
oldu bir qış günü, ulduzların baxışlarında ayrılmağımızı söylədik.
Hər son bir başlanğıcdır.
Artıq
gedirəm, həyatındakı son yerimi alaraq. Bəlkə bir daha görüşmədik.
Səndən son bir arzum olacaq. Gözlərinin güldüyü an, sevgilim dediyin
zaman dilindən həyatım sözü çıxacağı zaman xatırla məni.
Çox sevdiyin biri gəlib ayrılmaq istədiyini söyləyərsə ağlama, çünki susduğunu görmək daha çox acı çəkdiyinin isbatıdır.
Ayrıldıqdan sonra dost olaq dedilər. Gülün adını dəyişdirsək başqa cür qoxuyarmı ?
Gül dedi bülbül gülə, gül gülmədi getdi. Gül bülbülə, bülbül gülə yar olmadı getdi.
Ayrılığı sən istədin məsum gözlərlə baxma mənə. Artıq bu qəlb kölən deyil. Yolun açıq olsun gülə-gülə.
Bir-birindən
ulduzlar qədər uzaqda yaşayanlar var ikən, sevgilim ayrı olsaq da biz
səninlə iki nar dənəsi kimi iç-içə, yan-yana, can-cana, qan-qanayıq.
Sənə
məni sevmi dedim, mənim üçün ölmü dedim. Dizlərinə qapananda qəlbimə
girmi dedim. Sən istədin, sən istədin ayrılmağı. Məni eşqə kölə edib
gəncliyimdən nə istədin.
Səni tanımadan öncə yalnızlığı, səni
tanıdıqdan sonra varlığımı, səni sevdikdən sonra yaşadığımı, səni
itirdikdən sonra puç olduğumu anladım.
İstərdim bitməsin
ümidlərimiz. İstərdim bitməsin duyğularımız. Nə çıxar sel olsa göz
yaşlarımız. Hər şey bitdi artıq bil bundan sonra.
İçimdəki
qığılcım atəşlərini söndürməzdən öncə ardınca gələn acı ayrılıqların
qoxusu var idi bədənimdə. Yağan yağmurların islatdığı küçələrdə
yaşanmamış sevgilərin çığırtısı var idi içimdə və sən arxana baxmadan
çıxıb gedərkən məni bir deyil min dəfə öldürdün. Yenə sən yaşanacaq
eşqlərin, anların, sevgilərin ən böyük qatili oldun, mən isə sənin
qurbanın.
Biz ayrıldıq amma bunu unutma. Yaşadığın şəhərdə məni
sənə xatırladacaq çox şey var. Baxdığın hər yer, gördüyün hər nöqtə və
ayaq basdığın hər torpaqda məndən izlər var. Məni unutmayacağının
səbəbi də bu. Çünki bu şəhərin hər guşəsində bizim anlarımız yaşayır.
Həyatın tək yaşanmayacağını səndə mənim qədər yaxşı bilirsən. O zaman söylə mənə nədən bu ayrılıq.
Nə unudacaq qədər nifrət etdin nədə xatırlayacaq qədər sevdin. Sənə mənsizliyi buraxıb səni içimdən tərk edirəm birtanəm.
Məndən sənə söylənməsi çətin yazılması asan olan bir sözcük əlvida!
Keçən
gün köhnə bir dostumu gördüm. Səndən söhbət etdi mənə. Nişanlanıb
bundan xəbərin varmı ? dedi mənə. Doldu gözlərim, dayana bilmədim
soruşdum nişanlısı kim? "Dostum" başını əyərək söylədi mən.
Əgər dünya əbədi olsaydı sənə getmə qal deyərdim, amma dünya fani olduğundan sənə sevincli anlar arzulayıram.
Sən getdin. Sən gedəndən ölü kimiyəm. Bumu idi əhdin, bumu idi sevgin!
Onu bu qədər sevincli görüncə getmə qal deyə bilmədim.
Ürəyimdəki nifrəti söndürməyə yetmədi ayrılıq küləkləri. Gəl gör nə çox sevmişəm səni.
Bir
gün o heç vaz keçə bilmədiyin qürurundan vaz keçib mənə dönmək istəsən,
bunu əsla etmə çünki səninkinin bitdiyi yerdə mənimki başlayacaqdır.
Uğrunda yanan bir qəlbi sən rədd etdin. İndi isə onun peşindəsən amma onu çoxdan itirdin!
Olmayan
səndən çoxdan vaz keçdim. Dilim susdu ürəyimdə ahların qaldı. Aramızda
ödənəcək tək bir hesab qaldı. Mən bağışlasam səni Allaha nə deyəcəksən.
Ürəyimə bir ah borcun var əlbət bir gün ödəyəcəksən.
Bir axşam gün batarkən ayrılığımızı sən istəmişdin. İndi isə barışaq deyirsən. Unutma hər doğan günəş bir gün batacaq.
Səni tanıdığım gün eşqi tanıdım. Məni tərk etdiyin gün acı nədir deyə anladım.
İndi
get deyirsən, gedərəm sevgili. Amma arxamdan ağlayacaqsan. Bilmədin bir
gün olsun belə dəyərimi, getdikdən sonra anlayacaqsan.
Bəlalım
son dəfə gəldim qarşına. Sıxıldım bu ayrılıqların əzabından. Sən də nə
söyləyəcəksənsə söylə. Bitəcəksə indi bitsin gözlətmə. Sənə söyləyəcək
tək bir sözüm yox. Diləyim budur, səndə mənim qədər sevərsən bir gün,
yalançı gözlərə vurularsa gözlərin, yarpaq kimi sovrularsa acılara
ürəyin, bəlkə bir az anlayarsan çəkdiyimi tərk edərsə səbəbsiz səni
sevdiyin.
Sənsiz keçən zaman mənə zəhər oldu, sənin yoxluğun
mənim sonum oldu. Günəş doğmaz, günlər keçməz oldu, anladım ki, bu
yaşantım sənsiz keçməz oldu.
Səni bir sevəni sən iki sev. Səni bir tərk edəni sən beş tərk et.
Ona
söylə... Onu gerçəkdən sevmədim. Ona söylə... Onu bir daha görmək
istəmirəm. Ona söylə... Onsuz da hər şey gözəl. Ona söylə... Onu çoxdan
unutdum. Amma ona bunları göz yaşları içində söylədiyimi söyləmə!
Sən getdiyindən bəri sənsiz keçən günlər seni heç keçirmir.
Ölmək unudulmaq deyil , unudulmaq ölməkdir!
Yoxluğunda
unudulduğunu sandığın hər dəqiqəm səni düşünməklə keçdi. Nə qədər
istəsəm də axtarmadım, istəmədiyini düşünərək. Sanki anlamsız olan hər
şey məni tapdı sənsiz. Mənim üçün sevincin anlamı sənsən. Sənsiz sevinc
sənsiz hüzrüm olmaz inan. Dön və mənə həyat ver. Mən bitmədən məni tap.
Gözəlim heç bir şey üçün nə olursa olsun ayrılığa məcbur deyilik. Əsla
unudulmadın.
Tanrım məni payızın elə bir günündə öldür ki, sevgilim qəbrimin üstünə gətirməyə gül tapmasın.
Buruq
həsrət dolu gecələri öldürəcəyəm bir gün, bu ayrılıq mahnılarını
gülləyə düzəcəyəm, səni məndən ayırdığı üçün taleyimi məhkəməyə
verəcəyəm
Bir köhnə dost kimi xatırla məni. Bir salam ver yetər. Unutmuş olsan da köhnə günləri adımı ara-sıra çək bu an mənə yetər.
An
gəlir insan gülərkən ağlarmış. Göz yaşları sel olub qəlbinə
axarmı.Qəhqəhə deyilən bir maska var bilirsən? İnsan sevdiyindən
ayrılarkən o maskanı taxarmış.
Adını qəlbimə sevgi ilə
yazmışdım, fikir vermə bir gün silərəm, gözəl bir yuxunu gerçək
sanmışdım, səni sevdiyim üçün üzr istəyirəm.
Sənə getmə deyə bilmədim; Gözlərim gözlərində qaldı; Susuz açarmı heç çiçək; Su səndə, çiçək məndə qaldı.
Sən
heç həsrəti daddınmı sevərkən, heç ağladınmı gülərkən, sən heç sevdinmi
sevilməzkən və heç ayrılmaq istədinmi canından çox sevərkən.
Nədir
bu adsız duyğular, sevgilim otağımda yağmur qoxusu var, qovuşmaq üçün
tək bir söz belə yox, ayrılıq üçün bütün mahnılar var.
Bir gün
sevgilim soruşdu "Sevgi" nədir deyə. Bir az zaman istədim düşünüm deyə.
Ertəsi gün gördüm onu bir başqası ilə. Qulağına pıçıldadım "sevgi"
səndən ayrılıqdır deyə.
Sevməmişdim heç kimi səni sevdiyim qədər, çəkmədim heç kimdən səndən çəkdiyim qədər.
Həyatda ən acı şey "salam" deyib birləşən əllərin "Əlvida" deyərək ayrılmasıdır.
Təbiəti
belə ayrılıq üzərində qurmamışmı ki, Yaradan. Yarpaq ayrılır
budağından, damcılar buludlardan. Səni sevirəm deyərkən ayrılır sözlər
dodaqlardan.
Deyirsən biz ayrılmalıyıq biz nə zaman birləşmişdik ki.
Fikrindən gecələr yata bilmirəm, bu fikri başımdan ata bilmirəm, nə edim ki sənə çata bilmirəm ayrılıq ayrılıq ayrılıq.
Başqalarına özündən daha çox dəyər vermə. Versən ya onu itirərsən ya da özünü məhv edərsən.
Məni üzür bu ayrılıq. Verdiyin acılarla həsrəti tanıdım. Görmədim bir gün səndən yaxınlıq. Gedirsən, artıq dönməsən də olar.
Kaş
ki tənhalığım qədər yanımda olsaydın, kaş ki tənhalığımla paylaşdığımı
səninlə paylaşsaydım, kaş ki sənin adın tənhalıq olsaydı və mən daima
tənha qalsaydım.
Həyatımda qalanlarla gedənləri bir-birinə
qatdım. Qalanlar bir gün olsa belə yerini verə bilmədilər. Qalanlarımla
gedənləri qatdım yenə tək bir səni əvəz edə bilmədilər. Çox çətin gəldi
ayrılıq amma yenə ayrılığa dözə bilmədim.
Gedişinlə
məni boş bir sədaya buraxdın. İndidən sayıram sənsizlik günlərimi və
gələcəyin gününü səbirsizliklə gözləyirəm. O günün sevgisi ilə
yaşadıram parçacıq qəlbimi.
Sanma bir gün bezib buraxaram, ölsəm
belə sözümdən dönmərəm, araya bitməyən həsrət, girsə də, ayrılıq acısı
candan etsə də, səndən başqasını sevməyəcəm.
Getmə gülüm gərəyim var, axı mənim də ürəyim var.
Gedənlər yoxluqları ilə deyil, gedərkən söyləmədikləri sözlər ucbatından hüzn verirlər.
Həyat gözəldir acıları olsa da, güllər gözəldir tikanları olsa da, sevgidə gözəldir sevib daha sonra ayrılıq olmasa.
Əgər
məni sevsəydin yanımda olardın uzaqlarda deyil, əgər gerçəkdən
sevsəydin yalnız buraxıb getməzdin, yanımda olardın UZAqLARDA DEyiL.
Gedirəm
deyirsən yaxşı niyə ağlayırsan? Getmək asandır gözəlim, qalıb sevmək
çətin. Biz bu sevginin üzərində and içdik. Biz bir-birimizi
bağışlasaqda, gözəlim Allah bağışlayacaqmı bizi?
Qorxduğum sevmək deyil, sevib ayrılmaqdır. Qorxum ölmək deyil, sənin tərəfindən unudulmaqdır.
Sən məni anlamadın amma sənin mənə nə anlatmaq istədiyini mən anladım.
Əlvida deyərkən geriyə dönməyəcəksənmi bu haqda düşün.
Bu gün sənin üçün başqasını tərk edən sabah başqası üçün səni tərk edər.
Getdin. İndi bir mövsüm gəldi bir həyat girdi aramıza, artıq nə sən dönə bilərsən geriyə nə də mən sənə qapı aça bilərəm.
Get birdə adın çəkilməsin, get bir daha gözlərim dolmasın, get sevgilim deyə biri olmasın, get göz yaşlarım tək mənə qalsın.
Sevgi adlı dünyamın tək gözəli sənsən. Mən səni sənə qovuşmaq üçün sevdim, sevib ayrılmaq üçün deyil.
Yalnızlığıma
çarədir sevgin. Səni hər şeydən çox sevdim. Xəyallarımı səninlə birgə
bəslədim yenə də buraxıb getdin. Sevgi dolu qəlbimi viran etdin.
Qəlbimə
hüzn söyləmədim. Getdiyini öyrənərsə onun da acı çəkməsindən qorxuram.
Səni hələdə mənimlə bilir və sevir amma mən ilk dəfə qəlbimə yalan
söyləyirəm. Getdin.
Mənim hisslərimlə oynadın. Məni necə tərk
etdin. Bu eşq deyildi, saxta sevgi idi. Bir gün mənə dönüncə məni
başqası ilə görüncə ağlama.