Menyu
Ana Sayfa Islam Ordan Burdan Chat Forum Eylence Sevgi Dunyasi Foto Albom
Опрос
Saytımızın Dizaynı
Всего ответов: 152
Главная » 2008 » Avqust » 3 » Derinizin gözelliyini qorumaq isteyirsinizse...
Derinizin gözelliyini qorumaq isteyirsinizse...
11:41
 
Parlaq və hamar dəri hər bir qadının arzusudur. Hətta pulun azlığı da üzümüz üçün bahalı kremlər, maskalar almağa mane olmur. Gözəllik salonunda ən çox işi olanlar da məhz kosmetoloqlardır. Ancaq təəssüf ki, çox vaxt nə bahalı kosmetika, nə qüsursuz günəş vannaları, nə də tam proqramlı istirahət dərimizi istədiyimiz səviyyəyə gətirmir. Yaş artdıqca isə dəri daha da solğunlaşır, öz gözəlliyini itirir.

Ümumiyyətlə, insanlarda dəri problemi əsasən üz və əldə olur. Daim açıqda qalan bu hissələr ətraf mühitin bütün təsirlərinə məruz qalır. Onları qışda soyuqdan, yayda istidən, küləkdən, zərərli şüalanmalardan, kimyəvi maddələrin təsirindən qorumaq lazımdır. Gözəllik haqqında ədəbiyyatlarda üzün və əlin dərisinin qorunması barədə saysız məsləhətlərə rast gəlmək mümkündür. Ancaq etiraf etmək lazımdır ki, bu məsləhətlərə həmişə riayət etmək olmur. Bəzən laqeydlik, bəzən vaxt azlığı, əsasən isə maddi durum bu üsullardan istifadəni məhdudlaşdırır.
Üz dərisinin əsas problemləri qızartılar, civzələr, qabıq vermə, qırışlar və soyuqdəymədir. Bu problemlərin hər birinə uyğun müalicə üsulu və kosmetika tapmaq mümkündür. Lakin adı çəkilən vasitələr bu problemləri ancaq üzdən həll edir. Bəs problemin kökündə nə durur? Əgər yaşınız 18-dən aşağıdırsa, belə problemlər daxili orqanların xəstəliyi ilə əlaqədar ola bilər. 18-dən yuxarı yaşlarda isə bu problem əsasən pəhrizlə bağlıdır.
Əslində pəhriz o qədər də xoş bir proses deyil. Xüsusilə də ləziz milli yeməklərimizin "qarşısında dayanmaq" çox çətindir. Ancaq formada qalmağın və gözəl görünməyin ən effektli yolu budur. Bədən quruluşunu idmanla da formada saxlamaq olar. Amma bu vasitə dəriyə heç cür təsir etməyəcək. Əksinə düzgün qidalansanız, bir çox problemlərdən uzaq ola bilərsiz.
Bütün problemləri eyni pəhrizlə aradan qaldırmaq olmaz. Hər problemin öz pəhrizi var. Bu dəfəki materialımız yuxarıda sadalanan dəri problemlərinin pəhriz vasitəsi ilə həllinə həsr olunub.

Qızartılar

Yanaqların çəhrayı rəngi istənilən qadına gözəllik verir. Bundan başqa çəhrayı rəngli yanaqlar həm də sağlamlığın göstəricisidir. Belə simalar sarıya, boza,ÿya da ağa meyllənən üzlərdən dəfələrlə estetik və gözəldir. Lakin qızartının da həddi olmalıdır. Əgər üzünüzdə çuğundur rəngində kələ-kötür qızartılar varsa, bu artıq problemdir. Belə qızartılar günəş şüasının, kimyəvi maddələrin təsiri ilə əmələ gəlibsə, onları aradan qaldırmaq üçün ətraf mühitlə ehtiyatla rəftar etmək lazımdır. İş şəraitində kimyəvi maddələrlə təmasda olan qadınlara bu məqsədlə xüsusi qoruyucu kremlərdən istifadə etmək məsləhətdir. Günəşin və kimyəvi maddələrin təsiri olmadığı şəraitdə isə bu qızartılar qidalanma ilə əlaqədar olur. Bəzi yeməklər və içkilər həssas dərilərdə xoşagəlməz qızartılar əmələ gətirir. Məsələn, kəskin dadı olan ədviyyatlar, hisə verilmiş ət məhsulları, bu cür qidalardandır. Bu məhsullar damarları və kapilyarları genişləndirərək dərinin qızarmasına səbəb olur.
Problemin həlli üçün məsləhət. Əgər üzünüz asanlıqla qızarırsa, qidanıza diqqət yetirin. Acı və darçınlı yeməklərdən uzaq olun. Tomatlı və bibərli sousları unudun. Ət və ət məhsullarını mümkün qədər azaltmağa çalışın. Yemək bişirərkən, ağ ətə üstünlük verin.

Civzələr

Üz dərisinin ən qabarıq və ən ağrılı problemi civzələrdir. Civzələrin yaranmasının bir çox səbəbləri var. Ən başlıca mənbə isə yenə də qidadır.
Məsələn, qızarmış kartofdan çox istifadə edən şəxslər həmişə civzə problemi ilə üzləşirlər. Burda səbəb qızartmaq üçün istifadə edilən yağ yox, məhz kartofdur.
Alimlərin bir qədər əvvəl apardıqları maraqlı tədqiqata nəzər salaq. Tədqiqat zamanı Yeni Qvineya adalarının birinin 1200 sakininin üz dərisi diqqətlə müayinədən keçirilib. Müayinə zamanı bu insanların heç birinin üzündə bir dənə də olsun civzə tapılmayıb. Tədqiqatın nəticəsi göstərib ki, bu insanların zülal, meyvə və tərəvəzlərdən ibarət olan qida rasionu onların dərilərini civzələrdən qoruyur. Onların menyüsündə karbohidratlar - ağ çörək, makaronlar, düyü, kartof, şirniyyat mövcud deyil. Bizim qidamızın əsasını isə çox zaman məhz bu məhsullar təşkil edir. Karbohidratlar isə üzdə civzələrin əmələ gəlməsinə səbəb olan insulinin miqdarını qanda artırır.
Problemin həlli üçün məsləhət. Söylədiklərimizdən aydın oldu ki, əsasən karbohidratlardan uzaq olmaq lazımdır. Bu məsləhətə tam riayət etmək mümkün olmasa da, imkan daxilində karbohidratsız qidalanmaya keçin. Və mürəkkəb karbohidratlara üstünlük verin. Məsələn iri üyüdülmüş undan çörək, qəhvəyi düyü, bərk un növlərindən hazırlanmış makaronlardan istifadə edə bilərsiz. Belə karbohidratlar başqalarına nisbətən gec həzm olunur və insulinin miqdarının qanda kəskin dəyişməsinə səbəb olmur.

Qabıq vermə

Dəridə olan qüsurları ən müxtəlif kosmetik vasitələrlə gizlətmək olar. Ancaq qabıqlı dəridə bu mümkün deyil. Çünki qabıq istənilən kosmetik vasitənin altından bilinir. Ona görə də makiyajdan istifadə etmək məcburiyyətində qalmaq bir tərəfə, üstəlik qalın qatlı kremlərə də üz tutmaq lazım gəlir. Ola bilər ki, siz rasionunuzdan yağı çaxararaq, çox sürətlə arıqlamısız. Bu xoş bir şeydir. Ancaq üzünüzə fikir verin. Bu qərardan ən çox ziyan çəkən məhz dəridir. Əgər siz gündə 20 qramdan az yağ qəbul edirsinizsə, onda orqanizm vaxtından əvvəl qocalmanın qarşısını almaq üçün vacib olan A vitaminini yetərincə almır. Dəri quruyur və qabıq verməyə başlayır.<> Problemin həlli üçün məsləhət. Qida rasionunuza tərkibində çiy tərəvəzlər olan, zeytun yağı əlavə edilmiş salatlar daxil edin. Qoz, fındıq, badam ləpəsi və meyvələrə üstünlük verin. Bu sizin çəkinizin artmasına səbəb olmaz və dərinizi qurumaqdan qoruyar.

Qırışlar və soyuqdəymə

Balıq orqanizm üçün vacib olan Omeqa-3 və Omeqa-6 yağ turşularının ən zəngin mənbəyidir. Bu turşular dəri məsamələrini çirkləndirərək, qara civzələri əmələ gətirən və erkən qırışmaya səbəb olan soyuqdəyməyə qarşı ən yaxşı vasitədir. Qızıl balıq, skumbriya kimi balıq növlərində yağlı amin turşularının miqdarı daha çox olur. Bu maddələr badam və fındıqda da olur. Problemin həlli üçün məsləhət. Səhər yeməyi üçün hisə verilmiş qızıl balıq, nahara isə istənilən balıqdan hazırlanmış yemək. Bu cür menyü ilə sizin rasionunuzda yetərincə yağ turşuları olacaq. Balığı sevmirsinizsə badamdan istifadə edin. Ancaq ehtiyatlı olun, çünki badamda kalorinin miqdarı lazım olduğundan çoxdur.
Baxmaq: 1299 | Yerləşib: ZehrayiNur
Bütün şərhlər: 3
06.08.2008
TESEKKURLER[color=green]

04.08.2008
2. ??????????? (Aska) [Материал]
thnx smile

04.08.2008
cool Maraqlidir.. dry thanks happy

Qeydiyyatdan keçən istifadəçilər şərh yaza bilər.
[ Qeydiyyat | Giriş ]
Mənim İnfom
Hörmətli qonaq sizi saytımızda görmək xoşdur. Xahiş edirik saytımızda qeyduyyatdan keçin və ya istifadəçi kimi daxil olun!

Sayt üzrə Axtarış
Faydalı Programlar
Dost Saytlar
    WwW.Azeri-Islam.Net

      WwW.AzeriMedia.Az

        WwW.Can.Az

Statistika



WwW.World-Az.Net!
Copyright © 2009 | Создать бесплатный сайт с uCoz |Xayal Muazzin