Menyu
Ana Sayfa Islam Ordan Burdan Chat Forum Eylence Sevgi Dunyasi Foto Albom
Опрос
Saytımızın Dizaynı
Всего ответов: 152
Главная » 2008 » Avqust » 5 » Evli insanları sevmeyin bu size peşimançılıqdan başqa heçne vere bilmez.
Evli insanları sevmeyin bu size peşimançılıqdan başqa heçne vere bilmez.
11:23
 
 
Qoy sənsizliyi unudum...Bu sözləri bir vaxtlar sən mənə demisən, xatırlayırsanmı? İllər öncə...Bütün gücümlə, bütün varlığımla sənə mənsizliyini unutdurmaq istəyirdim. Əslində sən heç mənsiz deyildin ki, gözəlim. Yanında heç vaxt ola bilməsəm belə qəlbimi sənə əbədi keşikçi qoymuşdum. Qoymuşdum ki, sənə mənsizliyini unutdursun. Bacarırdımı görəsən, Mənim fikrimcə bacarırdı...
İndi həqiqətən mənsizsən, deyilmi? Gecələr tez-tez yuxuma girirsən. Yuxuda mənə mənsizliyin çətin olduğunu, hisslərinlə bacara bilmədiyini, gözlərinin hər yerdə məni axtardığını, əllərinin mənsiz üşüdüyünü, qollarının daha çox yorulduğunu, gözlərinin daha çox ağradığını deyirsən. Və birdə... Birdə heç vaxt etmədiyin etirafı edirsən...Deyirsən ki, ona nifrət edirsən. Mənə olan həsrətin o qədər geclənib ki, artıq onu görmək belə istəmirsən. Hər gecə bu kəlmələri eşidirəm. Möcüzədir elə bil. Hər dəfə eyni yuxunu görürəm. Həmişə də onu qınayırsan, pisləyirsən. Amma gəl, səmimi bir etiraf edək. Axı onun günahı yoxdur. Dünyanın Allah boyda məhkəməsi var axı... Niyə yalan danışım? Tutaq ki, danışdım...Bu yalan nəyi dəyişəcək? Bizi ötənlərəmi qaytaracaq? Yoxsa bir-birimizə qovuşduracaq. Sənə söz vermişdim bir sözünü iki eləmiyəcəm. Həyatımda ilk dəfə əhdimi pozuram, sənin bir sözünü iki edib etiraf edirəm ki, bizim ayrılan yollarımızda onun heç bir günahı yoxdur...
İki yanaşı dəmiryolu relsi təsəvvürünə gətir. Yanaşı yol gedirlər. Amma sonda mənzil başına bir saat qalmış biri bu, digəri o biri şəhərə (bir birlərinin əksi olan iki şəhərə) getməlidirlər. Elə sanıram ki, biz o qatarların sakinləriydik. Sən birinin, mən digərinin...Hərəmiz ayrı-ayrı ünvana doğru yol gedirdik. İstiqaməti dəyişmək isə neçə-neçə böyük faciələrə səbəb olur, fikirləş...Neçə-neçə insanın ölümünə, yolların dağılmasına, relslərin qırılmasına, qatarların aşmasına...
Bax, budur bizim taleyimiz...Görürsənmi? Bir vaxtlar sənə:
Göydə ulduzlar sənin
Yat, yuxun olsun şirin
Gözü göyçəyim, laylay

Söyləmişdim, yadındamı? Bütün ulduzları sənə bağışlamışdım...Çünki, sən sevginlə məni səmaya tay etmişdin. Ulduzlar onun əvəzində çox kiçik hədiyyə idi. Lakin, onlarla yanaşı mən sənə sonsuzluğa qədər sevgimi vermişdim. İndi də o hədiyyə səndədir. Bilirəm, əzizləyirsən, oxşayırsan, sığallayırsan o sevgini...Bəzən hətta kövrəlib göz yaşı da tökürsən gizli-gizli...Bəli, gizlicə...Sevgimizi hər kəsdən gizlətdiyimiz kimi göz yaşların da gizlicə axıb gedir...
Bu ölməz məhəbbəti mən yaşadıram, sevgilim...Üzülməyini istəmirəm...Üzülmə, nə olur...İki balanin xatirinə ayrılmalıyıq biz...Onlar aramızda məsum çəpərlərdir.. Bu günahı boynuma götürə bilmərəm... Bizim qismətimizə sən evli olarkən bir-birimizi tanımaq, sevmək və sonda ayrılmaq yazılıbmış....Məni elə yaddaşındaca sev....Həmişə sevdiyin kimi...Axı mən sənin şahzadənəm...

Çalışın, evli insani sevməyin..Çünki, belə sevgilərin sonu olmur...Ya kiminsə yuvasın yıxmalısan, ya da öz ürəyinə dağ çəkməlisən.. Bir ömür boyu...Kiminsə ailəsinə yıxmağa gələndə isə yuva yıxanın yuvası olmur...Məni kim necə qınayacaq bilmirəm.. Amma mən kiminsə ailəsini yıxmaq istəmədiyim üçün ürəyimə dağ çəkməyə razı oldum...
 
Sizin evli adamla münasibetiniz varmı? Evli insanı sevirsinizmi?
Baxmaq: 807 | Yerləşib: Yeni_Dunya
Bütün şərhlər: 5
17.02.2009
5. rufad [Материал]
salam manim bir sualim var evli gadinla hal hazirda uvlidi va ushagida var amma kabini yoxdur o gadinla siyxa eliyib alagada olmax olar ozuda buna razida?chox saxolun.

07.08.2008
4. SHOKOLADKA (SHOKOLADKA) [Материал]
cry cry cry ureyim lap agradi cry

06.08.2008
AXIRI HEC OLMAYA YAXSI QURTARDI biggrin

06.08.2008
ZehrayiNur (ZehrayiNur)

Cumlemizdennnnnn Insallah smile


05.08.2008
1. ZehrayiNur (ZehrayiNur) [Материал]
Allah menden uzaq ele. cry AMIN!

Qeydiyyatdan keçən istifadəçilər şərh yaza bilər.
[ Qeydiyyat | Giriş ]
Mənim İnfom
Hörmətli qonaq sizi saytımızda görmək xoşdur. Xahiş edirik saytımızda qeyduyyatdan keçin və ya istifadəçi kimi daxil olun!

Sayt üzrə Axtarış
Faydalı Programlar
Dost Saytlar
    WwW.Azeri-Islam.Net

      WwW.AzeriMedia.Az

        WwW.Can.Az

Statistika



WwW.World-Az.Net!
Copyright © 2009 | Создать бесплатный сайт с uCoz |Xayal Muazzin