Menyu
Ana Sayfa Islam Ordan Burdan Chat Forum Eylence Sevgi Dunyasi Foto Albom
Опрос
Saytımızın Dizaynı
Всего ответов: 152
Главная » 2008 » Avqust » 12 » Yarım Saatlıq QİÇS.
Yarım Saatlıq QİÇS.
13:09
 
Günaha batmış şəhərin qaranlıq küçəsi ilə hər addımımı atdıqca ürəyim daha tez-tez döyünürdü. Və budur artıq çatmışdım. Köhnə binanın neçəncisə mərtəbəsi. Qapının rəngindən tanıdım mənə dedikləri bu mənzili. Qapını döydükdə açan bir gözəlçə oldu. Fiziki gözəl olsada mənəvi çirkinliklərlə dolu. Üzündəki kosmetika ilə bütün daxilini özrt-bastır etməyə çalışsa da alınmamışdı. Çirkin daxili üzünə yansımış və silinməz izlər buraxmışdı. Bu binada bəlkə də bu sahədə hamı bilirdi onun nə qədər çirkin və axmaq biri olduğunu. Amma bu çirkinlik ona tənhalıq yox məhşurluq və pul gətirmişdi. Hər halda bunların da hər ikisi çirkinlikdi.
Daxil oldum evə mən də. Bilə-bilə özümü xəstəliyin qolları arasına atırdım. Bəlkə də bilsəm də dərk etmirdim nə edirdim. Bir neçə dəqiqəlik həzz üçün həm pulumu, həm də canımı verməyə hazırlaşırdım. Məndən evinin bir otağında köhnə qırmızı çarpayıda gözləməyi xahiş etdi. Əyləşdim, daxilimdən gələn yorğunluğu hiss edib uzandım və gözlərimi qapadım. Öz-özümə fikirləşərək bu ağılsızlıqdan özümü haqlı çıxarmaq istəyirdim. Gah ətrafımdakıları qınayırdım, gah tənha qaldığımı bəhanə edirdim, gah əzablı həyatdan bir balaca həzz almağın haqqım olduğunu düşünürdüm, gah da bunun axmaqlıqdan daha çox adi bir hərəkətə bənzədirdim. Hənəysə. Yarım saatlıq həzz və alçaqlıq üçün pul ödəyib çıxdım qapıdan. Hər şey normal idi QİÇS olduğumu bilənə kimi. Yeni karyerama başlamaq üçün qan analizindən çıxan nəticə ilə bütün həyatdan təcrid olundum. Bütün həyatımı itirdim nəinki qazanacağım işimi. Yarım saat öncəki ürək döyüntülərim və hərarətim çox dəyişmişdi. Sanki həyatımın mənası birdən-birə itmişdi. Bitmişdi mənim üçün sevinc, eşq, gülmək, ağlamaq. Hisslərimi itirmişdim. Bəlkədə hər şeyimi. Bütün arzularımı xəyallarımı boş və mənasız görürdüm. Gülünc gəlirdi ümidlər mənə. Bütün bunları məndən alması üçün pul da vermişdim ona. Yavaş-yavaş başa düşürdüm mücərrəd olan mənəvi xəstəliklərim mikroskop altında görünə bilən xəstəliklərə çevrilir. Həm də heç vaxt sağalmayan bir xəstəliyə. Sümüklərim ağrıyırdı, iliklərim sızıldayırdı. Mənim axmaqlığım məni içdən içə yeyirdi. Artıq nə düşücələrim sağlamdır, nə də vücudum. Heçkim və heçnəyin dəyəri yoxdur mənim üçün. Nə ölməz sevgilər, nə kiçiklər, nə də böyeklər vardı mənim üçün. Bir mən, bir mənasızlıq, bir tənhalıq, bir də gözümdə bom-boş görünən dünya. Hər kəsə nifrətim vardı. Öz-özümə qarşı da. Nəfsimə uyub xəyanət ermişdim bədənimə, fikirlərimə, bütün insanlığa, dünyaya. Hər yerdə təmizliyi, keçmişimi, yenidən doğulmağı axtarırdım, yenidən yaşamağı. Amma yox qarışmışdı qanıma bu xəstəlik. Damarlarımda axırdı QİÇS virusu. Qoparardım damarlarımı, axıdardım qanımı yerlərə, qışqırardım əzablarımı, günahlarımı, tənhalığımı kimsəsiz qalmış yerlərə. Yox yox bəlkə qanımı, özümü içimdə həbs etməyim neçə nəfəri qorumaqdadır. Bu cür əzabla yaşamağa dözə bilmirdim. Özüm-özümdən qaça-qaça daha nə qədər yaşaya bilərdim?
Bir ulduzlu gecədə sonuncu dəfə seyr etdim ulduzları. Bəlkə bu mənim sonuncu xoş anım idi dünyada. Bəlkə də dünyada yox bütün aləmdə. Amma bir saniyədə ulduzlar da mənasızlaşdı. Parlaq səma mənim üçün qaranlıqlaşdı. Ağırlaşdı çiyinlərim və göz qapaqlarım. Son baxış idi yeksək eyvandan yerə atılarkən. Yada ki son baxış idi mənsız həyatdan əzablı ölümə atılarkən.
Qaranlıq və sükut. Tüstü və duman. Niyə mənim ayaqlarım məni məcburi dartıb aparır? Axı bu nə deməkdir? Bura haradır? Xoşbəxtlikdən əsər əlamət olmadığına görə bura Cəhənnəm olmalıdır. Elə bunu fikirləşən kimi hər yanımı alov bürüdü və işgəncə çəkənlərin ağrılarının ekvivalenti olan çığır-bağır səsləri batırdı qulaqlarımı. Yarım saat içində gör nələr almışdım pulumla. Dünyamı zəhər edən QİÇS, mənə işgəncə vercək Cəhənnəmə bilet, arzularımı və xəyallarımı məhv edəcək dərdlər və fikirlər və daha neçə-neçə əzablar. Artıq fikirləşə bilmirəm, çünki bura fikirləşmək yeri yox əzab çəkmək yeridir. Alovların üstüsi ilə yandı dərim, əridi ciyərlərim. Külə döndüm. Hər saniyəm əzab və ağrı idi. Hər hüceyrəm ağrıyır, sümüklərim qızarır, iliklərim qaynayırdı daxilimdə. Irin içmək, əzab çəkmək – hamısını yarım saatda qazandım. Son ümidim Allaha yalvarmaq idi. Yalvardım Yaradana, qışqırdım Allahım mənə kömək etttt...
Dik atıldım özüm öz səsimə. Dilim tutulub, əlim-ayağım əsir, soyuq tərlər axır üzümdən və kürəyimdən. Qaranlıq əvəzinə yenə o ev, odlar əvəzinə qırmızı çarpayı. Bura, bura, bura doğrudan da Cəhənnəmdi. Və mən öz ayağımla gəlmişəm bura? Bunun hamısı yuxu idi? Şükürlər olsun sənə Allahım. Bütün sullar və bütün gördüklərim beynimi alt-üst etmişdi. İndi hər şey gözümdə çox qəribədir. Qaçaraq çıxdım o evdən. Və başa düşdüm ki yarım saatlıq yuxuda QİÇS olmağım həyatımı belə zəhər edibsə bunun həqiqət olmağı məni dəli edərdi. Ağlıma belə gətirməyə qorxuram bunun həqiqət olmasını.


Baxmaq: 734 | Yerləşib: Yeni_Dunya
Bütün şərhlər: 1
18.08.2008
1. Yorgun Qanad [Материал]
Meqaleni yerlesdirende muellif huquqlarina hormet edin. Muellifin adini yazmagi unutmayin. Yazdi:Yorgun Qanad / Mence bu ele de cetin deyil.

Qeydiyyatdan keçən istifadəçilər şərh yaza bilər.
[ Qeydiyyat | Giriş ]
Mənim İnfom
Hörmətli qonaq sizi saytımızda görmək xoşdur. Xahiş edirik saytımızda qeyduyyatdan keçin və ya istifadəçi kimi daxil olun!

Sayt üzrə Axtarış
Faydalı Programlar
Dost Saytlar
    WwW.Azeri-Islam.Net

      WwW.AzeriMedia.Az

        WwW.Can.Az

Statistika



WwW.World-Az.Net!
Copyright © 2009 | Создать бесплатный сайт с uCoz |Xayal Muazzin