
Rusiyada, elə Azərbaycanın özündə milyonlarla insanın maraqla izlədiyi həftəlik «Bitva ekstrasensov» verilişində Azərbaycan vətəndaşı, Rusiyada üçüncü ali təhsilini alan 26 yaşlı Zirəddin Rzayev öz biliyilə münsiflər heyəti və çəkiliş qrupu ilə yanaşı, bu verilişi izləyən yüz minlərlə tamaşaçını təəccübləndirib.
Verilişin iştirakçısı olmazdan əvvəl televiziya ilə yayımlanan elan əsasında özünü qeyri-adi bacarıqlı hesab edən yüzlərlə insan seçim mərhələsini keçir. Birinci mərhələ zamanı böyük akt zalında əyləşən insanlar səhnədən asılmış qara, işıq keçirməyən pərdənin arxasında nəyin olduğunu deməlidir. Əgər «altıncı hiss» kömək etsə və özünü ekstrasens sayan, bu yüksək reytinqli verilişdə iştirak etmək istəyən şəxs pərdənin arxasında qoyulan əşyanı (yaxud insanı, onun hansı hərəkətlər etdiyini) «görsə», düzgün deyə bilsə, o, növbəti seçim mərhələsinə keçmiş hesab olunur. Digər seçim turunda bağlı konvertlərə üç şəkil qoyulur. Hansı konvertdə kimin şəklinin olduğunu düzgün tapanlar növbəti mərhələyə addımlayır. Üçüncü mərhələdə isə çəkiliş qrupundan bir nəfər böyük ərazidə qoyulmuş onlarla şkaf, maşın, müxtəlif konteynerlər və digər əşyalardan birinin içərisində gizlənir. Ekstrasensin məqsədi - onu tapmaqdır. Bütün bu mərhələlərdən uğurla keçən həmyerlimiz Zirəddin Rzayev «Bitva ekstrasensov» verilişinin doqquz iştirakçısından biri olub. Artıq beşinci həftədir ki, finala doğru addımlayan soydaşımız ədalətsizliklərlə də üzləşməyə məcbur olur. Əvvəlcə onu deyək ki, milyonlarla televiziya tamaşaçısının gözü qarşısında azərbaycanlı Zirəddin Rzayev dörd rus, bir erməni, iki qazax, bir dağıstanlı həmkarı ilə birgə hər həftə müxtəlif sınaqlardan keçir (hər verilişin sonunda münsiflər heyətinin qərarı ilə «Həftənin zəifi» seçilmiş şəxs layihəni tərk edir). Hər verilişdə də onlar üç sınaqdan keçir (sınağın gedişini ayrı otaqda quraşdırılmış monitorla xüsusi adamlar izləyir). Məsələn, verilişlərdən birində ekstrasenslər ayrı-ayrılıqda gözü bağlı (qara, ətrafı görməyə imkan verməyən xüsusi eynəkdə) tarixi binalardan birinə gətirilib. Onlar, dayandığı yerin tarixçəsini, burada baş vermiş hadisələri, binanın sahiblərini «görməli» idi. Bu tip sınaqlardan soydaşımız uğurla keçib. Daha bir verilişdə digər ekstrasenslərdən fərqli olaraq Zirəddin Rzayev bağlı konvertdə məşhur rus şairi Sergey Yeseninin fotosunun olduğunu «görə» bilib və hətta onun ölümünə dair indiyədək heç kimə məlum olmayan məqamları söyləyib.
Hər həftə yayımlanan verilişlərdə sonuncu, üçüncü sınaq çox ağır olur. Burada qətlə yetirilmiş, özünə qəsd etmiş, itkin düşmüş, bir sözlə, çoxlu sual doğuran, müəmmalı hadisələrin qurbanı olmuş şəxslərin yaxınları ekstrasenslərin köməyinə ehtiyac duyur. Verilişlərdən birində ekstrasenslər Yaroslavl şəhəri ərazisində yerləşən meşəliyə, dörd məktəblinin vəhşicəsinə qətlə yetirildiyi yerə aparılıb. Burada da yalnız Zirəddin Rzayev hadisəni bütün xırda detallarınadək söyləyib və bununla da verilişə müraciət edən valideynləri şoka salıb.Qeyd edim ki,bu xəbər bizdə olub..maraqlıdırsa oxu davami!!! Rusiyanın Yaroslavl şəhərində 4 yeniyetmənin qəddarlıqla öldürülməsi ilə nəticələnən dəhşətli cinayət hadisəsinin üstü açılıb. Bir qrup satanist (şeytana və ya iblisə sitayiş edənlər) yeniyetmələrə ümumilikdə 666 bıçaq zərbəsi endirərək onları tonqalda bişirib yeyiblər.
Hadisə yayda baş verib. Anya Qoroxova, Olya Puxova, Varya Kuzmina və Andrey Sorokin (hamısının 16-17 yaşı olub) iyunun sonunda itkin düşüblər. Onların cəsədi üstündən 2 ay keçəndən sonra – avqustun ortalarında tapılıb.
Üç qız və oğlanı qəbirdən hissə-hissə çıxarıblar. Onların əlləri, ayaqları, başı, cinsiyyət orqanları kəsilib. Cəsədlərin sinəsi yarılıb, ürəkləri, daxili orqanları çıxarılıb, döşləri kəsilib, başlarının dərisi soyulub... Həbs olunan cinayətkarlar qətlə yetirdikləri yeniyetmələri ocaqda bişirərək onların bəzi orqanlarını yediklərini etiraf ediblər... Yaxınlıqdakı ocaqdan tapılan sümüklər və saç tükürpədici həqiqəti təsdiq edir.
Sonradan məlum olub ki, bu, satanistlərin ilk cinayət deyil. Onlar bundan əvvəl də İblisə itaət ayinləri icra edirlərmiş. İlk ayinləri isə yeni basdırılmış cəsədin qəbirdən çıxarılaraq yeyilməsi olub... Sonradan satanistlər həmin ayini dəfələrlə təkrarlayıblar. Hər dəfə qəbirdən çıxarılan cəsədin ürəyini çıxararaq yeyirlərmiş... Ayinlər cinayətkarlardan birinin evinin 250 metrliyində həyata keçirilirmiş. Sonuncu cinayət də onun evinin yaxınlığında olub. Milis öldürülən yeniyetmələrin cəsədlərinin bişirildiyi ocağı da evin yaxınlığında tapıb.
Cinayəti “Qraf”, “Köpək dişi”, “Meyid”, “Ölü”, “Qarğa”, “Distris”, “Doktor Qot” ləqəbli 7 nəfər həyata keçirib. Ayin özü isə Kara adlı qızın satanistlər sırasına daxil edilməsinə həsr olunub. Yeniyetmələri “Qrafın” evinə gətirərək içirdiblər. Sonra isə aldadaraq əvvəlcədən yaxınlıqda ağacın altında qazılan qəbrin yanına aparıblar.
Yeniyetmələrə ümumilikdə 666 dəfə (şeytan rəqəmi) bıçaq zərbəsi endirilib. Axan qanı Karanın üzünə çəkiblər. Bu Karanın satanistlər sırasına qəbulu olub. Meyidləri istədikləri qədər və istədikləri tərzdə təhqir ediblər. Nədənsə ancaq Varya Kuzminanın cəsədinə toxunmayıblar. Niyəsini isə özləri də izah edə bilməyiblər...
Fikrinizi bilmək maraqlı olar
Ümumiyyətlə, Azərbaycanda da «Bitva ekstrasensov» layihəsini izləyən yüz minlərlə tamaşaçı da sınaqların əksəriyyətini fərqli, özü də uğurla keçən soydaşımıza qarşı münsiflər heyətinin qeyri-obyektivliyinin şahidi olur. Bu qəbildəndir ki, «Həftənin qalibi»ni seçərkən münsiflər heyəti daha çox ya rus, ya da erməni ekstrasensləri müdafiə edir, onlar güclü elan olunur, Z.Rzayevin faktiki olaraq verilişboyu üç sınaqdan üçünü də uğurla keçdiyi həftədə isə münsiflər, nədənsə, yekdil qərara gələ bilmir və güclü iştirakçının fotosunun olduğu ağ konvert, hansısa səbəbdən, boş çıxır... Bundan başqa, layihənin əvvəlində milyonlarla tamaşaçının maraqla izlədiyi, yüksək reytinqə malik olan bu verilişdə soydaşımız dağıstanlı kimi təqdim olunurdu. Rusiyanın müxtəlif internet saytlarında adı hallandırılan, öz bacarığı ilə Rusiyanı bir növ şoka salan Z.Rzayev buna qəti etirazını bildirdikdən sonra, həmyerlimizi, rəhbəri erməni olan TNT telekanalı nəhayət ki, Azərbaycanlı kimi təqdim etməyə başladı. Amma bütün çətinliklərə baxmayaraq, soydaşımız çox inamlı görünür və hiss olunur ki, o, öz gücünə əmindir. Başqa cür ola da bilməz. Azərbaycan onun qələbəsini istəyir.
Rus saytlarından birində dərc edilmiş məqalədə bildirilir ki, həmyerlimiz Z.Rzayev anadan olarkən müsəlman olub. Bu yaşınadək qabiliyyətindən çəkinən, Allaha ibadət edən 26 yaşlı Zirəddin Moskva Tibb Universitetinin Psixosomatika fakültəsində üçüncü təhsil almaq qərarına gəlib ki, gələcəkdə öz bacarığından insanların müalicəsində istifadə edə bilsin. Televizorla «Bitva ekstrasensov» verilişinin elanını gördükdən sonra dostunun təkidilə ora yollanıb və bütün seçim mərhələlərindən uğurla keçib. Məqalədə habelə deyilir ki, 26 yaşlı Zirəddin Rzayev özünü ekstrasens hesab edir və əsasən telepatiya vasitəsilə informasiya əldə edir: "Anam mənə hamilə olanda peyğəmbərlərlə bağlı yuxu görür və başa düşür ki, doğulacaq övladı unikal adam olacaq. Bir dəfə mən sağalması mümkün olmayan əsəb xəstəliyindən əziyyət çəkən qızın həyatını xilas etmişəm, amma artıq həkimlər ondan əllərini üzmüşdülər. Sonra mən həmin qızla ailə həyatı qurdum ki, insanların qınağından qaçım. Mən uzun müddət istəmişəm ki, peşəkar həkim olum. Ancaq "Битва экстрасенсов" verilişinin bütün mövsümlərinə baxandan sonra başa düşdüm ki, mənim peşəmdə ayıb sayılacaq bir şey yoxdur".
Xatırladaq ki, veriliş hər şənbə saat 11.00-da və bazar günü saat 19.00-da yayımlanır.
|