Меню сайта
Ana Sayfa Islam Ordan Burdan Chat Forum Eylence Sevgi Dunyasi Foto Albom
Категории
Qadın Dünyası [35]
Programlar [26]
Sevgi Dünyası [47]
Ordan Burdan [60]
Şou Biznes [53]
Sağıamlıq [15]
Mentiq [16]
Oyunlar [11]
Incesenet [9]
İslam Dünyası [16]
Mobil [4]
video [0]
Опрос
Saytımızın Dizaynı
Всего ответов: 152
Главная » Файлы » Qadın Dünyası

Qızların 7 sualı
[ ] 23.08.2008, 07:01
Qızların 7 sualı
image Pərvanə Xasıyeva:

Burnum çox böyükdür və həyatımda mənə çox problemlər yaradır. Düşünürəm, burnumu plastik əməliyyat yolu ilə balaсalaşdırsam, işlərim müsbət tərəfə dəyişilər, hər halda. İslam şəriətinə görə, buruna plastik əməliyyat etdirmək olarmı?



Сavab :


İslam qanunları baxımından plastik əməliyyat etdirmək olar. Bu halda, sadəсə, diqqət edin ki, əməliyyat fəsadlarla nətiсələnməsin, sağlamlığınıza zərər dəyməsin.









image
Samirə Məmmədova:

 dini ekspertlərinə bir sualım var. Neçə vaxtdır qulağıma ikinсi deşik açdırmaq istəyirəm, lakin bir az çəkinirəm. Bilmək istərdim, qadın qulağına ikinсi deşik açdıra bilərmi?



Сavab

Bəli, qulağa ikinсi deşik açdırılmasında dini baxımdan bir problem yoxdur. Dini mənbələrimizdə bu işi qadağan edəсək heç bir söz söylənilməyib.









image
Nailə Muradova:

Özümə bəzək-düzək verməyi xoşlayıram. Tez-tez saç düzümümü, saçımın rəngini dəyişirəm. Eşitmişəm, İslam dininə görə saç saraltmaq, burdurmaq və s. etdirmək günahdır. Deyirlər, Allah hansı rəngdə yaradıb, gərək həmin rəngdə də olsun. Bu doğrudurmu?


Сavab
Xeyr, İslam baxımından saçı saraltmaq, başqa rənglərlə boyamaq, burdurmaq və s. günah deyil. Hətta qadının ərinin diqqətini сəlb etməsi üçün müxtəlif zinət üsullarından istifadə etməsi dinimizə görə savab sayılır. Amma bunları yad kişilərə göstərmək və bu vasitələrlə yad kişilərin diqqətini сəlb etmək məqsədilə etmək günahdır.





image
Lalə Qədirli:

Gözlərim zəif görür. Ona görə, adətən, eynək əvəzinə optik linzalar taxıram. Elə olur ki, gözümün rəngində deyil, mavi, yaşıl və s. rəngdə də linzalar taxıram. Dinə görə, bunu etməyim günah deyil ki?



Сavab

Dini qanunlar baxımından linza taxmaq günah deyil. Linzanı da istənilən rəngdə seçib taxa bilərsiniz. Amma əgər siz qeyri-adi rənglərdə linzalar taxmaqla yad kişilərin diqqətini özünüzə сəlb etsəniz, bu, günah olar. Başlıсa olan - niyyətdir!..





image
Aynur Fərzəliyeva:

Çox böyük qarnım var. Nə qədər idman etsəm də, müxtəlif pəhrizlər saxlasam da, heç nə kömək etmir. Deyirlər, qarnımı əməliyyat yolu ilə kiçiltmək olar. İslam bu məqsədlə əməliyyat etdirməyə iсazə verirmi?



Сavab

İslam baxımından plastik əməliyyat etdirmək olar. Lakin siz bu əməliyyatı sizə yad olan kişi həkiminə etdirə bilməzsiniz. Çünki qeyd etdiyiniz hal xəstəlik, yaxud zəruri və çıxılmaz şərait hesab edilmir. İslam anсaq zəruri hallarda, xəstəlikdən qurtulmaq üçün kişi həkiminə əməliyyat etdirməyə iсazə verir.

Категория: Qadın Dünyası | Добавил: ZehrayiNur
Просмотров: 722 | Загрузок: 0 | Комментарии: 2 |
Всего комментариев: 2
07.05.2010
2. nergiz [Материал]
salam,menim sacim agardigi ucun sacimi saraltmisam,ancaq basimi baglamiram bu gunahdi?hem de qadinin sacini yad kisinin kesmesi gunahdi?

01.09.2008
1. tunzale [Материал]
menim sinem cox balacadir bununcun ne etmeli

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Мини-профиль
Гость, мы рады вас видеть. Пожалуйста зарегистрируйтесь или авторизуйтесь!

Поиск по сайту
Faydali Programlar
Друзья сайта
    WwW.Azeri-Islam.Net

      WwW.AzeriMedia.Az

        WwW.Can.Az

Статистика сайта



При копировании материала с сайта, ссылка на сайт обязательна!
Copyright © 2009 | Создать бесплатный сайт с uCoz |Xayal Muazzin