Səhv: Dünən bir neçə ədəd siqaret çəkmisən Tədqiqatçılar belə bir qənaətə gəliblər ki, siqaretin tüstüsü ağ ciyərlərə və ürəyə ziyan vura bilər. Arteriyanı daraltmağa və qan təzyiqini yüksəltməyə bir ədəd siqaret kifayətdir. Norveçdə aparılan tədqiqatlar göstərib ki, gündə dörd ədəd siqaret çəkməklə asanlıqla ürək və ağ ciyər xəstəliklərinə tutulmaq olar. Həlli: Bu adəti tərgitməlisən - orqanizmin buna layiqdir. Arabir vitamin C qəbul et. Kaliforniya Sağlamlıq Universitetində aparılan tədqiqatlar göstərib ki, giləmeyvələrdə və tərəvəzdə olan vitaminlər (gündə 500 milliqram) ürək-damar xəstəliklərinin tamamilə qarşısını almağa qadirdir. Vitamin C siqaret tüstüsünün vurduğu ziyanı tam şəkildə aradan qaldıra bilmir. Lakin müxtəlif antioksidantlarla zəngin olan meyvə və tərəvəz qəbulu orqanizmə ziyanın qarşısını almağa qadirdir.
Səhv:İkimərtəbəli çizburger və çox böyük həcmdə qızardılmış kartof yemisən Baxmayaraq ki ilk görüntüdən bu növ qidalar tutumlu görünür, əslində, onlar insan orqanizminin zəifləməsinə gətirib çıxarır. Aparılan son tədqiqatlar göstərib ki, yüksək yağlılığa malik olan qidalar arteriyaya ziyan vuran piyin 81% artmasına imkan yaradır; nəticədə bir neçə saatdan sonra orqanizmdə piylənmə prosesi başlayır. Həlli: Qidanı qəbul etdikdən bir neçə saat sonra ya qaçışla, ya da idman zalında idmanla məşğul ol. İdman hərəkətləri damarları yüngülləşdirir, qan dövranını
yaxşılaşdırır və ürəyin sağlamlığını artırır. Müntəzəm məşqlər qan təzyiqinin, xolesterolun və triqliseridin (piy) səviyyəsini aşağı salır və arteriyadan lazımsız piyləri aradan qaldıran faydalı xolesterolu artırır.
Səhv: Səhər qaçışlarını təxirə salmalı oldun Bir neçə gün idmanla məşğul olmamaq bədənini tənbəlləşdirə bilər, lakin ən pisi özünü günahkar hiss etməkdir. Həlli: Özünü çox qınamağa dəyməz. İdman hərəkətlərinə qısa fasilə vermək ziyana səbəb ola bilməz. Üstəlik, bu səni fiziki və əqli cəhətdən yenidən bərpa edir. Sadəcə olaraq, hiss etdikdə ki əzələlərin boşalır və tənbəllik hissi yaranmağa başlayır, onda yenidən idman hərəkətlərinə qayıt. Bununla da sən 10 gün ərzində əvvəlki formana qayıda bilərsən.
Səhv: Qoruyucudan istifadə etmədin Diqqətli ol. Bu, planlanşdırılmamış hamiləliyə, eyni zamanda, qan vasitəsilə yoluxa biləcək arzuolunmaz xəstəliklərə gətirib çıxara bilər. Həlli: Böhran vəziyyəti üçün nəzərdə tutulmuş dərmanlardan istifadə et. Bu cür qorunma vasitələri qoruyucusuz sekslə məşğul olduğun zaman 24 saat ərzində 94%, 72 saat ərzində isə 89% effektiv olur. Lakin bu dərmanlarıın orqanizmdə harmonal dəyişiklik yarada biləcəyini unutmaq olmaz. Ona görə də hər hansı bir qoruyucu dərmanı qəbul etməmişdən öncə, şəxsi həkiminlə məsləhətləş. Verilən təlimatlara əməl etdikdən sonra, ginekoloquna baş çək.
Əldə bir qədəh və sağlamlıq Tədqiqatçıların apardıqları müşahidələrə görə, çox narahat idilər. Onlar fikirləşirdilər ki, kofeinlə zəngin olan qəhvə yüksək qan təzyiqinə gətirib çıxarır. Sonradan aşkar olundu ki, qəhvə bu cür təsirə malik deyil, lakin həddən artıq kola qəbul etdikdə, qan təzyiqinin yüksəlmə risqi ilə üzləşmək mümkündür. Bostonda aparılan tədqiqatlar göstərib ki, dörd və daha artıq dəmirqablı kola qəbul edən qadınlar hipertoniya xəstəliyinə tutulmağa 19-28% daha çox risqlidirlər, nəinki bir dəmirqablı kola qəbul edənlər. Ola bilsin, qəhvənin tərkibindəki antioksidantlar qan təzyiqinə təsir edən kofeini zərərsizləşdirir. Digər konsepsiyaya görə isə, ???bu işdə??? günahkar kofein deyil, karamel boyamasıdır.
Ox ucu sual
SMədəmdə narahatlıq var. Bu nə ilə əlaqədar ola bilər?
C Çəkiniz çoxdur? Bu sizi narahat edir? Çox kök olmaq qıcqırmaya səbəb ola bilər. Bu da köklüyün ortaya çıxardığı problemlərdən biridir. Problemin çıxış yollarından birincisi arıqlamaq, çəkini azaltmaqdır. Bunun müxtəlif üsulları vardır. Yalnız yeməkdən üç saat sonra yatmaq lazımdır. Yaxşısı budur ki, yeməkdən sonra bir az təmiz havada gəzəsiniz. Daimi qıcqırma qastroesofaqil axınının zəifləməsi xəstəliyinə gətirib çıxara bilər. Bu zaman hidroxlorid turşular mədədən esofaqusa səpələnir və hüceyrələri zədələyir. Bu da öz növbəsində, mədə xərçəngi xəstəliyi risqini artırır. Xəstəliyin qarşısını alan dərmanlar var, lakin bəzi hallarda onlar xəstəliyin simptomlarını gizlədir və problemi aradan qaldırmağa mane olur. Məsləhət görülür ki, xəstələr yaşayış tərzini dəyişsinlər. Məsələn, qidalarına fikir versinlər və ya çəkiləri həddən artıq çoxdursa, azaltsınlar. Sonda isə məsləhət görərdik ki, hər altı aydan bir həkimlə görüş təyin etsinlər və orqanizmlərini müayinədən keçirsinlər.