Çoxlu yuxu görmək - psixoloyi diskomfort, narahatlıq halına dəlalət edir. Yuxu insanın öz psixikasının məhsuludur. Buna görə də hər bir yuxunuz sizi narahat edirsə, onu analiz etməyi bacarmalısınız, ilk növbədə, özünüzə sual verin:???Gördüyüm yuxu nə deməkdir????, sonra düşünmədən ağlınıza gələn bütün fikirləri bir kağıza yazın, sonra isə bir ???bulmaca???, ???rebus??? kimi yuxunuzu ???açmağa??? çalışın. Özünüzlə səmimi və inadkar olsanız, istədiyinizə mütləq nail ola bilərsiniz. Yuxular reallığa çevrilmir, əksinə, reallıq yuxuda əks oluna bilər. Sinoptiklər havanı əvvəlcədən proqnozlaşdırdığı kimi, bizim şüuraltımız da bəzi hadisələri əvvəlcədən duya bilər və bizə bu barədə yuxu vasitəsilə bəzən aşkar, bəzən üstüörtülü ???mesajlar??? göndərə bilər. Yuxunuz sizin şəxsiyyətinizin bir hissəsidir, onlardan qorxmaq özünüzdən qorxmaq deməkdir. Çalışın özünüzü dərk edin, onda yuxular sizin yox, siz yuxularınızın hakimi olarsınız, hətta yuxularınızın məzmununu istədiyiniz kimi dəyişdirə bilərsiniz.
???Yoldaşım spirtli içki aludəsidir. Onu bu yoldan çəkindirmək qeyri-mümkündür. Mən nə etməliyəm????. -Rəna Musayeva, 44 yaş
İlk növbədə, yoldaşınızla o, ayıq olanda söhbət etməlisiniz, onun içkili vəziyyətdə sizə və övladlarınıza qarşı rəftarından ciddi narahatlandığınızı bildirin, qəti və aydın şəkildə öz tələbinizi göstərin. Həyat yoldaşınızın bu zərərli vərdişə niyə qurşandığının səbəbini aydınlaşdırmağa çalışın. Problemdən birgə çıxış yolu axtarın. Onun sərxoş vəziyyətdə etdiyi hədələri ciddi qəbul etməyə dəyməz. Ancaq ona başa salın ki, belə münasibətlər uşaqların psixikasında ciddi pozuntular yaradır. Yoldaşınızın hörmət etdiyi insanları özünüzə müttəfiq edin, onlarla birlikdə sakit və səbirlə ona spirtli içki nəticəsində sağlamlığını, ailəsini, cəmiyyətdə hörmətini, bir sözlə, hər şeyini itirəcəyini izah edin. Yalnız güclü motiv yoldaşınızı bu zərərli adətdən əl çəkməyə vadar edə bilər; bu motivi isə yalnız siz və onun yaxınları yarada bilərlər.
???Ailəm mənim əmim oğluyla ailə həyatı qurmağımı istəyir. Mən isə eşitmişəm ki, qohum nikahlarından doğulan uşaqlar tam sağlam olmurlar???. - Səbinə Əfəndiyeva, 18 yaş Yaxın qohumlararası nikahlar uşaqlarda irsi xəstəliklərin olması ehtimalını artırır. Nəslinizdə irsən keçən xəstəliklər varsa, ehtiyatlı olmağa dəyər, genetik konsultasiyaya müraciət edin, bu barədə ətraflı məlumat ala bilərsiniz, lazım olarsa, genetik laborator müayinədən keçə bilərsiniz.
???Qızım qapanmaq istəyir, mən isə əleyhinəyəm??? -Kifayət Orucova, 49 yaş
Övladınıza təzyiq göstərməyin, onun fikirlərinə hörmətlə yanaşın, çalışın, onunla dini mövzuda çoxlu söhbət edəsiniz. Yalnız bundan sonra ehtiyatla öz fikirlərinizi onunla paylaşmağa başlayın - məzmunun formadan vacib olduğunu başa salın, bu zaman bilavasitə müqəddəs ???Qurani-Kərim???ə və Məhəmməd Peyğəmbərin hədislərinə istinad etməyiniz məsləhətdir.