Üzük Yuxuda barmaqda üzük gəzdirmək ona işarədir ki, başladığın işləri uğurla tamamlayacaqsan. Əgər üzük başqalarının barmağındadırsa, bu dostlarının artması, güzəranının yaxşılaşdırılması əlamətidir. Əgər yuxuda cavan xanıma üzük hədiyyə edilirsə bu xoş xəbərin verilməsi ilə nəticələnəcək. Sınmış üzüyün yuxuda görülməsi münaqişələrin yaranması, ayrılıq və s. deməkdir.
Ləl-cəvahirat Yuxuda ləl-cəvahirat görmək var-dövlət, rahatlıq əlamətini bildirir. Onun başqalarının daşıdığını görmək məhşur olmağa işarədir. Əgər ləl-cəvahirat vərəsəlik yolu ilə sənə verilirsə, bu o deməkdir ki, var-dövlətin fantastik dərəcədə artacaq, amma bu heç də səni məmnun etməyəcəkdir. Sənə qiymətli hədiyyənin verilməsi sənin indiki vəziyyətinə təhlükədir. Gənc xanımın yuxuda hədiyyə olaraq ləl-cəvahirat qəbul etməsi sevindiric halların olacağından, arzuolunan evlilikdən xəbər verir. Əgər o yuxuda görərsə ki, ləl-cəvahiratı itirir bu təsadüfi adamlarla rastlaşmaya və həmin adamların onu yolundan azdırmağa meyl etməsinə işarədir. Ləl-cəvahirat tapmaq isə marağında olduğun işdə tezliklə uğur qazanılacağına işarədir.
Var-dövlət Yuxuda varlı olmağı görmək vəzifədə yüksəlmək, öz işlərinə daha çox maraqlı olmaq deməkdir. Var-dövlətdən bəhs edən yuxu işgüzar həyatda risqlərin olacağından xəbər verir. Başqalarını dövlətli olaraq görmək ağır dəqiqələrdə bir çox dostlarının ətrafında olacağına işarədir. Gənc xanımlar üçün bu yuxu o anlama gəlir ki, öz valideynlərinə qarşı əvvəlkindən daha diqqətli olmalıdırlar.
Pul Yuxuda pul tapmaq xırda narahatçılıq və eyni zamanda böyük xoşbəxtliyə işarədir. Pul ödəmək- uğursuzluqdur. Qızıl almaq – böyük perspektivlər və sevincdir. Pul itirmək – o mənanı verir ki, işdə və ya evdə xoşbəxt olmayan saatlar yaşanacaq və səni bəd xəbər gözləyir. Pul saymaq – ödəmələrdə kəsrin olacağından xəbər verir. Pul oğurlamaq – ona işarədir ki, təhlükədəsən və hərəkətlərinə daha çox diqqət yetirməlisən. Pula qənaət etmə - dövlətli və rahat yaşamağa yozulur.
|