Меню сайта
Ana Sayfa Islam Ordan Burdan Chat Forum Eylence Sevgi Dunyasi Foto Albom
Категории
Qadın Dünyası [35]
Programlar [26]
Sevgi Dünyası [47]
Ordan Burdan [60]
Şou Biznes [53]
Sağıamlıq [15]
Mentiq [16]
Oyunlar [11]
Incesenet [9]
İslam Dünyası [16]
Mobil [4]
video [0]
Опрос
Saytımızın Dizaynı
Всего ответов: 152
Главная » Файлы » Incesenet

Ayaz Qasımov: “Mavi” olduğu üçün onunla salamlaşmıram”
[ ] 07.02.2009, 16:08
“Səhnədə stajı olan müğənnilərlə rəqabətə girmək, birincilik müharibəsi aparmaq mənə yaraşmaz”

Son vaxtlar estrada səhnəsində Castin Timberleykin imicini təkrar edən müğənni Ayaz Qasımov şou-arenada gördükləri, bacardıqları və imtina etdiklərini lent.az-a müsahibəsində danışdı.

- Ayaz, deyirlər ki, toy olacaq, siz isə deyirsiniz olmayacaq... Bəlkə bu qız pərəstişkarlarını qorxutmamaq üçün verilən təkzibdir?

- Mən qətiyyən elə fikirləşmirəm. O qədər evli olan müğənnilərimiz var ki. Amma onların pərəstişkarları kifayət qədərdir.

- Bütün dünyada bu hal baş verir. Bir çox müğənnilər pərəstişkarını itirməmək üçün evlilikdən qaçırlar...

- Mən onlardan deyiləm. Niyə qorxmalıyam ki? Pərəstişkar elə pərəstişkardır da. Hər hansı keyfiyyətinə görə sevirsə, hər halda müğənnini sevir. Yox, əgər başqa fikirlə yanaşırsa, təbii ki, o “fanatlardan” uzaq olmaq yaxşıdır.

- Amma nəzərə alaq ki, hər pərəstişkar müğənninin yaradıcılığına vurulub onun şəxsiyyətini dəlicəsinə sevmir. Müxtəlif yanaşma tərzi olur. Pərəstişkar var ki, müğənninin yaradıcılığından qətiyyən xəbəri yoxdur, amma onun layihələrinə kifayət qədər sərmayə qoyur.

- Heç vaxt yol vermərəm ki, “fanat” mənim sənətimə sərmayə qoysun. Nə bacarıramsa, onu da özüm edirəm. Müəyyən müddət efirdə görünmədim, çünki maliyyə çətinliklərim vardı, bunu normal qəbul edirdim. Allahın köməkliyi ilə özüm-özümə nə isə edə bilirəm, yaxşı dostlarım var, köməklik edir, stimul verirlər. Onların sayəsində inkişafa meylim daha da artır. Başqa tərəfdən gələn maliyyə köməkliyinə ehtiyacım yoxdur. Nəyə görə şəxsiyyətimi alçaldım, kimlərdənsə nəyisə qəbul edim? Mən belə şeylərə getmərəm.

- Bu yaxınlarda kanalların birində maraqlı bir iddia oldu. Deyirlər ki, estrada səhnəsindəki gənclərin çoxu “dost” - xüsusilə də qadın “dost”ların hesabına populyarlaşıblar. Günlərin birində çox yaraşıqlı və imtina edilməyəcək bir xanım tərəfindən belə bir təkliflə qarşılaşsanız necə reaksiya verərdiniz?

- Onun gözəlliyindən imtina etmərəm, lakin köməyi lazım deyil. Uşaq yaşımdan hər şeyi özüm etməyə çalışmışam. Ümumiyyətlə bunu ailədə belə görmüşəm. Kimsə nəsə etsə, səhər deyə bilər ki, Ayaz mən bunu sənin üçün etmişəm. Yaxşısı budur ki, o köməkdən imtina edim. Artıq tamah baş yarar.

- Qeyri-ənənəvi oriyentasiyaya malik həmkarlarınızla münasibətiniz necədir?

- Kim özünə nəyi sığışdırırsa, onu da edir. Onlara heç bir şəkildə münasibət bildirmirəm. Onlar özlərini belə görməkdən məmnundurlarsa, mən nə edə bilərəm? Elələri olur ki, heç salam vermək istəmirəm. Özlərini ifrat dərəcədə murdar şəkildə aparırlar... Həddən ziyadə qadın kimi aparanda, nəinki salamlaşmaq, heç kənardan baxmaq istəmirəm.

- Elə bir şəxs var ki, o keyfiyyətinə görə münasibət saxlamırsınız?

- Hə, var elə biri. “Mavi” olduğu üçün onunla heç salamlaşmıram. Misal var, dostunu göstər, deyim sənə kimsən. Ətrafıma heç vaxt elə insanı yaxın buraxmaram.

- Son zamanlar internet saytlarında çox cəsarətli açıqlamalarınızı oxuyuruq. Sonuncu dəfə fonoqramla çıxış edən müğənniləri tənqid etmişdiniz. Çox geçmədən müğənnilərdən cavab gəlməyə başladı...

- Fonoqramın da yeri var - baxır harada. İnsan canlı ifaya çalışmalıdır. Mənim sözümə cavab verməyə isə ehtiyac yoxdur, çünki mən özüm haqda danışıram. Öz barəmdə demişəm ki, şou-proqramlara çıxmıram, çünki inkişafdan qalıram. Fonoqrama aldanıram, səs imkanlarım zəifləyir.

- Daha bir cəsarətli addım “inqilabi” mahnılar oxumağınızdır. Dörd il konservatoriyada klassiklərin mahnısını oxuyan Ayaz kifayət qədər diqqəti çəkən, pop janrındakı “Almalarınla” mahnısını ifa edəndə müəllimlərinin tənqid atəşinə tutulmaqdan qoxmadı ki?

- Ümumiyyətlə, inamlı olmasam, bir addım da atmıram. Müəllimlərim də pis qarşılamadı, hətta “çox sağ ol” da eşitdim. Həm də qərar verəndə təkbaşına qərar vermirəm. Mütləq məsləhət alıram.

- Yeni albomunuz “A”nı təqdim edəndə iddialı bir açıqlama verdiniz...

- Bəli, eyham da var idi, iddia da. Amma mən ümumiyyətlə kateqoriyaya bölünmə söhbətini xoşlamıram.

- Kateqoriya pis söz deyil, obyektiv varlığın mühüm və ümumi hadisələrini ifadə edən anlamdır. Yüksək musiqi təhsili almısınız. Belə çıxır ki, siz, musiqidən anlayışı olmayan müğənnilər və bir nömrə hesab edilən sənətçilərdən fərqlənmirsiniz?

- İddia var, sadəcə kateqoriya çərçivəsində rəqabət aparmıram. Sağlam rəqabət olmasa neçə inkişaf edə bilərəm? Özümü təsdiqləmək istəyirəm.

- Hansı şəkildə?

- Misal üçün solo konsert verməyə hazırlaşıram.

- Azərbaycan səhnəsində qadın müğənnilər arasında olan rəqabət və onların arasındakı fərq hiss olunur. Niyə kişi müğənnilər arasında bu tendensiya yoxdur?

- Şəxsən öz adıma deyirəm ki, səhnədə stajı olan populyar müğənnilərlə rəqabətə girmək, birincilik müharibəsi aparmaq mənə yaraşmaz. Qaldı ki, kimin daha çox sevildiyini necə müəyyənləşdirmək olar? Dünyada konsertlər və disk satışları kimin daha çox maraq dairəsində olduğunun göstəricisidir. Bizdə isə heç toyların sayı ilə də bunu müəyyənləşdirmək mümkün deyil
Категория: Incesenet | Добавил: Yeni_Dunya
Просмотров: 471 | Загрузок: 0 | Комментарии: 1 |
Всего комментариев: 1
01.06.2009
1. terane vekilova [Материал]
Salam ! Acigi, repertuarinizda gozel, melodik mahnilar yoxdur. Hiss olunur ki, oxudugunuz mahnilari size zorla "siriyirlar".
Meselen, ozunu "bestekar" sayan Murad Arif. Onun mahnilari geyimi kimi de zovqsuzdur. Hiss olunur ki, arxasinda nufuzlu kimse var
ve mugenniler mecburdular onun mahnilarini oxumaga. Ne ucun Kamal, Revan Habiloglu, Memmed Ahmedoglu ve s. gozel
mahnilar besteleyen bestekarlara muraciyyet etmirsiniz ?

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Мини-профиль
Гость, мы рады вас видеть. Пожалуйста зарегистрируйтесь или авторизуйтесь!

Поиск по сайту
Faydali Programlar
Друзья сайта
    WwW.Azeri-Islam.Net

      WwW.AzeriMedia.Az

        WwW.Can.Az

Статистика сайта



При копировании материала с сайта, ссылка на сайт обязательна!
Copyright © 2009 | Создать бесплатный сайт с uCoz |Xayal Muazzin