Меню сайта
Ana Sayfa Islam Ordan Burdan Chat Forum Eylence Sevgi Dunyasi Foto Albom
Категории
Qadın Dünyası [35]
Programlar [26]
Sevgi Dünyası [47]
Ordan Burdan [60]
Şou Biznes [53]
Sağıamlıq [15]
Mentiq [16]
Oyunlar [11]
Incesenet [9]
İslam Dünyası [16]
Mobil [4]
video [0]
Опрос
Saytımızın Dizaynı
Всего ответов: 152
Главная » Файлы » İslam Dünyası

..::Kabus::..
[ ] 16.05.2009, 12:01






Qorxulu kabuslara daha çox qəddarlıqla öldürülən, edam olunan və intihar edənlərin ruhu çevrilir.
Bəs necə olur ki, müasir dövrdə 100 il əvvəl dünyadan köçmüş insanın kabusu görünür?
Bu hadisənin elmi izahı belədir: öz əcəli ilə ölməyən insan ölümqabağı və edamöncəsi qorxur, çox həyəcan keçirir.Emosional hissin təsiri ilə onun bədnindən özü boyda enerji çıxır və həmin an xarici amillər: temperatur, rütubət, təzyiq uyğun gələrsə, o enerji həmin formadaca elə həmin yerdə qalır, bir növ “kinolentə” həkk olunur və illər, əsrlər keçdikcə müəyyən vaxtlarda o kabus görünür, həmin hadisə müəyyən vaxtlarda o kabus görünür, həmin hadisə vaxtı keçirdiyi emosiyanı təkrarlayır.
Dünyada kabus və qarabasmaları ilə məşhur olan məkanlar, qədim qəsrlər çoxdur.Və hazırda Avropada belə qəsrlər, malikənalar bahalı otellərə çevrilib.Hər il otellərdə qalmaq istəyən “macəra axtaran” turistlər də çoxdur.Kabuslu otellərdə qalmaq adi otellərdən qat-qat bahalıdır.İngiltərə, İspaniya, Şotlandiya, Fransa öz qarbasma və ruhları ilə “fəxr edən” məşhur ölkələrdir.
İngiltərənin Seldson Park Hotelində gecələr boz paltarlı qadın görünür.Qadın enli divarları “yarıb” keçir və bir nəçə otaqdan keçərək, böyük pəncərənin qarşısında əriyir.Deyilənlərə görə, bu qadın Tüdor ailəsinə məxsus malikanədə qulluqçu olub.Sahibinin oğlu ilə sevgi macərasından o, hamilə qalır.Lakin gənc oğlan ondanüz çevirir, qız isə özünü həmin otağın pəncərəsindən atıb, intihar edib.
Maraqlı faktlardan biri elə yaxın keçmişimizdə baş verib: L-1011 hava layneri 1972-ci ildə Mayami yaxınlağında qəzaya uğrayır.163 sərnişin və 13 nəfər heyyətin yarısından çoxu həlak olur.Sonrakı ildə həmin şirkətə məxsus digər təyyarə havada ikən pilot və stüardessalar dəfələrlə öz həlak olmuş kolleqaları ilə rastlaşıblar.
Kabus və ya qarabasma ilə yaxın təmasa və ya hansısa əlaqəyə cəhd etdikdə reaksiya eyni olur: o, sadəcə yoxa çıxır.Əgər keçmişdə kabuslar, ruhlar insan ayağı az deyən yerlərdə, boş qəsrlərdə, meşələrdə görünürdülərsə, müasir zamanda metroda, ticarət mərkəzlərində, gündüzlər adamla dolu küçələrdə görünməkdən çəkinmirlər.
Çox vaxt ruhlar hansısa bədbəxt hadisəni xəbər vermək üçün peyda olurlar.
Fakt: Qatarın sürücüsü relslərin üzəri ilə gələn və qatarı saxlamağa işarə edən ağ paltarlı qadın düşür.Sürətlə gedən qatarı güclə saxlayan sürücü qadının qatarın altında qaldığını görür.Qatarı saxlayıb, relslərə baxanda isə qadından əsər-əlamət görmür.Lakin 1-2 metr irəlidə qaranlıqdan səs eşidir, gedib baxanda relslərin arasında ayağı qalan 6-7 yaşlı oğlan uşağı görür.Qəsəbəyə xəbər yayılanda sonra məlum olur ki, qadın uşağın 4 il əvvəl dünyasını dəyişmiş anası və o, öz oğlunu ölümdən qurtarmaq üçün əlaqəyə girməyə məcbur olub.
Əslində hər bir dünyasını dəyişmiş insanın ruhunun aramızda gəzməsi və kimlərinsə gözünə görünməsi mümkün deyil.Kabusa həyatları və ölümləri qeyri-adi olan insanlar, günahsız qurbanlar, qatillər, intihar edənlər, gözlənilməz təbii fəlakət qurbanları, öldükdən sonra dəfn olunmayan insanların ruhu və ya energetik aurası çevrilə bilər.Kriminal aləmdə çox faktlar olub ki, öldürülüb hardasa gizlədilən qurbanların yerini elə qatillər özləri açıblar.Qatillərin çoxusu öldürdükləri insanın ruhunu onu rahat buraxmadığını və onu polisə getməyə məcbur etdiyini etiraf ediblər.Adət-ənənə ilə dəfn olunmayan insan mütləq, nə vaxtsa öz qatilindən qisasını alır və torpağa getməyənə qədər rahatlanmır.
Ümumiyyətlə, qədimdən yeni ev tikiləcək yerə və ya alınacaq evə çox diqqətlə yanaşardılar.Xüsusən qədim, böyük malikanələri alarkən evin tarixçəsi, əvvəllər orda yaşamış ailə və ya nəsil haqda məlumat almaq lazımdır.Qətl hadisəsi baş vermiş evdən uzaq olun.Evə birinci pişik buraxmaq lazıdır.Əgər o evə girmək istəməsə, gərginləşsə, gözlərini otağın hansısa nöqtəsinə dikib, hücüm mövqeyi alsa və qaçıb getsə, o evdən şübhələnməyə dəyər.Qəsəbədə digər evlərdən uzaq, talada və ya meşə ağzındakı evlər də qarabasma məskəni ola bilər.
Kabus, qarabasma elə anomal görüntüdür ki, hər dəqiqədə, addımbaşı, hər insanın qabağına çıxmır.kabus faktı o vaxt öz təsdiqini tapır ki, o dəfələrlə görünsün və ən azı 3 nəfər şahid olsun.Heç vaxt qaranlıqda, nabələd yerlərdə, yad evdə emosiyalarınızı gərginləşdirib, gözlərinizi qaranlığa dikib, nəyisə görməyə, hiss etməyə çalışmayın.Belə gərgin vəziyyətdə hər xırda kölgə, səs, hətta öz nəfəsiniz belə sizi qorxudub, çaşdıra bilər.Əsəbləri gərgin insanların uydurmaları ciddi hesab edilməməlidir.Normal insanın düşüncəsi aydın, əsəbləri sakit, sərbəst olmalı, rahat yuxuya getməlidir.Əgər gözünüzə nəsə görünsə də inanmayın.Hətta nələrsə varsa da, o sizlik deyil.Bu dünyada hər kəsin öz yeri var.Qaranlıq gecənin vahimə və qorxu dolu hisslərindən ən gözəl çıxış yolu gözəl musiqiyə qulaq asmaq, ürəyində 10 dəfə “Bismillahir-rəhmanir-rəhim” deyib yuxuya getməkdir.Səhər hər şey sizə adi və gözəl görünəcək!

Категория: İslam Dünyası | Добавил: QaRa_QaN
Просмотров: 945 | Загрузок: 0 | Комментарии: 3 |
Всего комментариев: 3
16.05.2009
oxudum dehşet bele adamlar doğurdanmi var heyatda angry

16.05.2009
cool çox gözəl mövzu yazmısan QaRaQan xosuma geldi sene alqış applause

16.05.2009
\mütləq axıra kimi oxuyun və sonda şərh yazmağı unutmayın biggrin biggrin

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Мини-профиль
Гость, мы рады вас видеть. Пожалуйста зарегистрируйтесь или авторизуйтесь!

Поиск по сайту
Faydali Programlar
Друзья сайта
    WwW.Azeri-Islam.Net

      WwW.AzeriMedia.Az

        WwW.Can.Az

Статистика сайта



При копировании материала с сайта, ссылка на сайт обязательна!
Copyright © 2009 | Создать бесплатный сайт с uCoz |Xayal Muazzin