Меню сайта
Ana Sayfa Islam Ordan Burdan Chat Forum Eylence Sevgi Dunyasi Foto Albom
Категории
Qadın Dünyası [35]
Programlar [26]
Sevgi Dünyası [47]
Ordan Burdan [60]
Şou Biznes [53]
Sağıamlıq [15]
Mentiq [16]
Oyunlar [11]
Incesenet [9]
İslam Dünyası [16]
Mobil [4]
video [0]
Опрос
Saytımızın Dizaynı
Всего ответов: 152
Главная » Файлы » İslam Dünyası

ALLAH RZASI.............
[ ] 27.05.2009, 03:20
Odunçuluqla həyatını qazanan bir şəxs vardı. Allaha qarşı qulluq vəzifəsini edər, kimsənin turşuna şirininə qarışmazdı. Bu zahit adamın tapıldığı kəndin yaxınında bir kənd daha vardı, onlar da dağda müqəddəs deyə qəbul etdikləri bir ağaca tapınarlar, ondan umud gözləyərdilər.
Odunçu, bir gün: «Bunların Allah deyə tapındıqları ağacı kəsib odun edim, bazarda sataraq çörək pulu qazanaram; həm də, bir qövmü Allaha üsyandan qurtarmış olaram» deyə düşünərək Allah rizası üçün ağacı kəsməyə qərar verdi.

Dağa doğru gedərkən qarşısına əcaib sifətli murdar bir adam çıxaraq hara getdiyini soruşdu. Odunçu:

- Xalqın Allah deyə tapınaraq Allaha üsyan etdikləri ağacı kəsməyə gedirəm, dedi. Adam, odunçuya:

- Mən şeytanım... O ağacı kəsməyinə icazə vermirəm, dəyincə zahit odunçu, şeytana çox qızmış idi.

Öldürmək üçün hücum edərək yerə yatırtdı və üzərinə oturub xəncərini boğazına söykədi.

Şeytan zahidə:

- Ey zahid, sən məni öldürə bilməzsən. Allah mənə qiyamətə qədər icazə vermişdir. Lakin gəl o ağacı kəsmə, səninlə razılaşaq. Mən sənə hər gün bir qızıl verim, sən də ağacı kəsməkdən imtina et. Həm əl ağaca tapınırmış, günah işləyirmiş sənin neyinə gərək, qızılını *****ür işinə bax, dedi.

Adam şeytanı buraxmışdı. Şeytan adama, axşam yatıb səhər yastığının altına baxmasını söylədi və razılaşaraq ayrıldılar.

Adam ağacı kəsməkdən imtina edib, evinə dönmüşdü.. Axşam yatıb səhər yastığının altına baxdığında, aqızılı gördü. Məmnun olmuşdu, ikinci gün oldu. Lakin bu səfər şeytan qızılı qoymamışdı. Adam qızıb baltasını *****ürdüyü kimi dağa ağacı kəsməyə getdi. Lakin yolda yenə şeytanla qarşılaşdılar. Adam şeytana yaxşıca qızmış idi. Görüncə:

- Səni saxtakar səni, aldatdın deyilmi məni?., deyərək üzərinə hücum etdi.

Lakin əvvəlkinin tam tərsinə bu səfər şeytan adamı tutduğu kimi altına aldı. Adam çaşmışdı. Bu necə hal deyər kimi şeytanın yüzünə baxırdı. Şeytan:

- Heyrətləndin deyilmi? Nə üçün mənə məğlub olduğunun səbəbini söyləyim: Dünən sən Allah rizası üçün ağacı kəsməyə gedirdin. Səni deyil mən, dünyadakı bütün şeytanlar bir araya gəlsək yenə məğlub ede bilməzdik. Lakin indi Allah rizası üçün deyil də, sənə qızılı vermədiyim üçün esebinden gedirsən ,ona görə mənə məğlub oldun və sənə ağacı kəsməyinə icazə verməyəcəyəm, dedi.

Категория: İslam Dünyası | Добавил: -Sarisin-
Просмотров: 437 | Загрузок: 0 | Комментарии: 2 |
Всего комментариев: 2
02.06.2009
Amin ALLAH her bir muselman xalqin qorusun

27.05.2009
surprised
ALLAH HAMIMIZ KÖMƏK ETSİN AMİN
ŞƏRH YAZMAĞI UNTMA
cool

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Мини-профиль
Гость, мы рады вас видеть. Пожалуйста зарегистрируйтесь или авторизуйтесь!

Поиск по сайту
Faydali Programlar
Друзья сайта
    WwW.Azeri-Islam.Net

      WwW.AzeriMedia.Az

        WwW.Can.Az

Статистика сайта



При копировании материала с сайта, ссылка на сайт обязательна!
Copyright © 2009 | Создать бесплатный сайт с uCoz |Xayal Muazzin