Меню сайта
Ana Sayfa Islam Ordan Burdan Chat Forum Eylence Sevgi Dunyasi Foto Albom
Категории
Qadın Dünyası [35]
Programlar [26]
Sevgi Dünyası [47]
Ordan Burdan [60]
Şou Biznes [53]
Sağıamlıq [15]
Mentiq [16]
Oyunlar [11]
Incesenet [9]
İslam Dünyası [16]
Mobil [4]
video [0]
Опрос
Saytımızın Dizaynı
Всего ответов: 152
Главная » Файлы » İslam Dünyası

AXİRƏTƏ İMAN
[ ] 01.06.2009, 02:46
Axirət Sözü Hardan Yaranıb? Mənası Nədi?
Ərəb qrammatikasında son və sonra olan mənasında işlənən «Axirət» sözü axır kəlməsinin müənnəs (qadın) cinsi şəklidir. İslam ədəbiyyatında bu kəlmə o biri dünya mənasında işlənmişdir. Dünya canlıların yaşadığı əvvəlki aləm, axirət isə son aləmdir.
Allah Təala içində yaşadığımız bu dünyanı və üzərindəki bütün varlıqları keçici bir zaman üçün yaratmışdır. Bir gün dünya və dünyadakı bütün insanlar, canlı və cansız varlıqlar yox olacaqdır. Dağlar, daşlar, yerlər, göylər parçalanacaq (əl-Qaria, 101:4-5), Allahdan başqa bütün aləm sona çatacaqdır. Bu hadisələrin meydana gəldiyi günü Quran Qiyamət günü (əl-Qiyamə, 75:1) deyə adlandırır. Qiyamət günündən sonra Allahın təqdir etdiyi bir zamanda insanlar yenidən həyat taparaq qəbirlərindən qaldırılıcaq və «Məhşər» deyilən düz bir sahədə (əl-Hicr, 12:25) haqq-hesab edən Allahın hüzurunda, dünyada etdiklərinin hesabını vermək üçün toplanacaqlar (əl-Casiyə, 45:26). Hesabların görülməsindən sonra bir qism insanlar yaxşı əməlləri səbəbiylə Cənnətə, digərləri isə inkar və pis əməllərindən dolayı Cəhənnəmə girəcəklər.
Bu yeni həyatın başlayacağı gündən etibarən, bitməz-tükənməz bir halda davam edəcək olan aləmə «Axirət Aləmi» deyilir.
Bütün səmavi dinlərdə olduğu kimi ən son və ən mükəmməl din (əl-Maidə, 5:3) olan İslama görə də meydana gələn ayə və hədislə və bütün ümmətin fikir birliyi ilə qəti olan axirət gününə inanmaq, imanın şərti olaraq fərzdir.
Axirət həyatı deyilincə də:
Canlılar üçün axirət həyatının başlanğıcı olan ölüm bərzəx Aləmi, qəbir həyatı. Sura üfürülməsi və hər kəsin təkrar dirilərək qəbirlərindən qalxıb məhşər meydanında toplanması.
Dünyada yaxşılıq və ya pislik cinsindən edilən işlərin qeyd edildiyi əməl dəftərinin sahiblərinə oxudulması.
Yaxşılıq və pisliklərin dartıldığı mizanın (tərəzi) qurulub əməllərin dartılması. Bütün insanların üzərindən keçmələri məcbur olan Sirat körpüsündən keçiş. İmanlı və əməli yaxşı olanların gedəcəyi Cənnət.
İmansız və əməli saleh olmayanların gedəcəyi Cəhənnəm. Peyğəmbərimizin (s.a.s), seçilmiş mömünlərlə birgə başında durduğu Kövsər hovuzu.
Категория: İslam Dünyası | Добавил: -Sarisin-
Просмотров: 382 | Загрузок: 0 | Комментарии: 1 |
Всего комментариев: 1
01.06.2009
wink Saagol ki senin kimi bu heyatda senin kimi dindar qizlar var bu heyatda
sene bu heyetda ugurlar
cool

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Мини-профиль
Гость, мы рады вас видеть. Пожалуйста зарегистрируйтесь или авторизуйтесь!

Поиск по сайту
Faydali Programlar
Друзья сайта
    WwW.Azeri-Islam.Net

      WwW.AzeriMedia.Az

        WwW.Can.Az

Статистика сайта



При копировании материала с сайта, ссылка на сайт обязательна!
Copyright © 2009 | Создать бесплатный сайт с uCoz |Xayal Muazzin