|
VirtualDub kiçik həcmli amma güclü, video düzəltmə proqramıdır. Bu proqram, Adobe Premiere kimi professional proqramlara ehtiyac olmadan video görüntüləri yaxşılaşdırma, kəsmə, birləşdirmə və s. əməliyyatlar apara bilərsiniz. Proqramda Video Capture dəstəyi də var. Yəni, istədiyiniz videoda foto görüntülər götürə bilərsiniz. VirtualDub sizə, videolarınızı birləşdirib, videoya musiqilər əlavə etməyinizə də imkan yaradır. Düzəltdiyiniz videoları istədiyiniz formatda yaddaşda saxlaya bilərsiniz. Videoların keyfiyyətini istədiyiniz kimi dəyişə bilərsiniz. Böyük həcmli videoların həcmini azalda bilərsiniz. Bir sözlə, çox kiçik həcmli olmasına baxmayaraq, çox böyük işlər bacaran bir proqramdır. Maraqlıdırsa buyurun yükləyin...
|