Меню сайта
Ana Sayfa Islam Ordan Burdan Chat Forum Eylence Sevgi Dunyasi Foto Albom
Категории
Qadın Dünyası [35]
Programlar [26]
Sevgi Dünyası [47]
Ordan Burdan [60]
Şou Biznes [53]
Sağıamlıq [15]
Mentiq [16]
Oyunlar [11]
Incesenet [9]
İslam Dünyası [16]
Mobil [4]
video [0]
Опрос
Saytımızın Dizaynı
Всего ответов: 152
Главная » Файлы » Ordan Burdan

Qarakişmiş First Lady-nin heyat hekayesi.
[ ] 16.11.2008, 12:45
Bu gün bütün dünyanın gözü Amerikanın təzə seçilmiş, “çiçəyi burnunda” prezidenti Barak Obama və onun alisindədir. Zarafat gəlməsin, cavan, üstəlik də qaradərili oğlan dünyanın ən hegemon ölkəsinin prezidenti seçilib. Dünya mətbuatı, ictimaiyyəti bir-birinə dəyib. Hamı bu cavan oğlanın ailəsi, özü kimi qara kişmiş arvadı, əsli-kökü, onların həyat tərzi, xasiyyətləri ilə maraqlanır. Xüsusilə də arvadı ilə…

Əslində, ABŞ xalqı demək olar ki, həmişə Birinci Ledi sarıdan yarıyıb. Tarixə uzun-uzadı bir giriş eləmədən, məşhurluqda və işgüzarlıqda prezident ərlərindən geri qalmayan Cekki Kennedi, Nensi Reyqan, Hillari Klinton kimi Birinci Lediləri yadınıza salaq. Amma deyəsən, Barak Obamanın arvadı Mişel Obama həm ictimailikdə, həm işgüzarlıqda, həm də xarakter məsələsində indiyə qədərki “həmkar”larını tozda qoyacaq. Bu qaraca qız heç də az aşın duzu deyil…

Mişel Obamanın uşaqlığı - ailə

Mişel Obama (qızlıq soyadı: La Von Robinson) 1964-cü il, yanvarın 17-də ABŞ-ın İllinoys ştatında, Çikaqo şəhərində su boruları çəkən şirkətin işçisinin və evdar qadının ailəsində dünyaya gəlib. Atasının 30 yaşı olanda həkimlər ona “skleroz” diaqnozu qoymuşdular, amma Mişelin sonralar etiraf elədiyi kimi, ata həmişə ailənin himayədarı və qazanc gətirən kişisi olaraq qaldı. Hələ uşaqlıqdan incə zövqə və sərt xasiyyətə malik Mişel orta məktəbdən əlavə ədəbi dərnəklərə və kulinariya kurslarına gedirdi. Qaraca qız öz ailəsini belə xatırlayır: “Ailənin başçısı, qazanc gətirən əli atam idi. O həmişə bizim dayağımız, bizim qəhrəmanımız olub. Amma ailəmiz öz möhkəmliyinə və xoşbəxtliyinə görə anamın sevgisinə minnətdar olmalıdır. Atam evdə olmayanda o, qardaşımla bizim aramızda oturur və bizə nəvaziş göstərirdi”.

Bu arada, Mişelin qardaşı Kreyq Robinson məşhur tennsiçidir. Hazırda o, ən bahalı xidmtələr göstərən məşqçilərdəndir.

Gənclik illəri və təhsil

1981-ci ildə 17 yaşlı Mişel Prinston Universitetinin sosiologiya fakültəsinə daxil olur və 1985-ci ildə bakalavr pilləsini fərqlənmə ilə başa vurur. Amma onun uğurla keçən tələbəliyinin fərəhli olduğunu demək olmaz. Belə ki, ağlı kəsəndən Mişeldə bir “qaradərili”, “hamı kimi olmayan adam” kompleksi vardı. Gələcək Birinci Ledi qaradərili olmağını özünə dərd eləmişdi. Bu yaxınlarda verdiyi müsahibələrdə də M.Obama etiraf edir ki, tələbə vaxtı auditoriyada oturanda özünü tələbə kimi yox, zənci kimi hiss eləyirmiş. Yeri gəlmişkən, Mişelin dissertasiyasının adı belə idi: “Prinstonda təhsil alan qaradərililər və qaradəli cəmiyyətlər”. Dissertasiyada o, Prinstonu bitirən qaradərili tələbələrin sonrakı vəziyyətini araşdırmışdı. Sonra Mişel təhsilini Harvard hüquq məktəbində davam etdirdi və 1988-ci ildə hüquq doktoru dərəcəsini aldı. Elə həmin illərdə də hüquq fakültəsində oxuyan Barak Obama ilə tanış oldu. Amma universitet illərində tanış olan cütlüyün bir-birinə “quşu qonmadı”. Amma tale onları hələ görüşdürəcəkdi…

Mişelin karyerası: Barak gələcək arvadının köməkçisi olub!

Harvardı bitirən kimi, Mişel öz karyerasıı qurmağa başladı. Bəri başdan qeyd edək ki, o həmişə işlək, zirək, zəhmətkeş qadın olub, və bərabərlikləri boyu çox vaxt Barak Obamadan daha artıq pul qazana bilib. Birinci iş yeri olan hüquq firması “Sidli Ostin”də o, marketinq və intellektual mülkiyyət sahəsində ixtisaslaşmış qrupun tərkibində çalışıb. 1992-ci ildə Mişel qərara alır ki, hüquq firmasında karyerasına boş verib, ictimai fəaliyyətlə məşğul olsun. Amma gələcək prezident arvadının bu darıxdırıcı işləri barədə yazının axırında da danışmaq olar. Hələ ki, onun əri Barak Obama ilə növbəti görüşünə qayıdaq.
Mişelin çalışdığı “Sidli Ostin” hüquq firmasına 1990-cı ildə Barak Obama təcrübə keçən məzun kimi gəlir. Onu köməkçi və şagird kimi Mişelə tapşırırlar.

Sevgi, ailə, uşaqlar…

O vaxt firmada cəmi iki nəfər qaradərili vardı: Mişel və Barak. Mişelin 26, Barakın 29 yaşı vardı. Onlar bir-biri ilə yaxşı dil tapırdılar. Çox keçmədi ki, onlar görüşməyə başladılar. Bir ildən sonra nişanlandılar, daha bir ildən sonra isə ailə qurdular. İlk övladları isə yeddi ildən sonra dünyaya gəldi. Maliya 1999-cu, hamının Saşa çağırdığı Nataşa isə 2001-ci ildə doğuldu. Mişel öz qızlarını çox sevsə də, onların tərbiyəsi ilə ciddi məşğul olur. Deyir ki, qızlarının tərbiyəli və başqalarının dərdlərinə qarşı həssas olması onu çox sevindirir: “Həmişə istəmişəm ki, qızlarım sevməyi bacarmaqda və həssaslıqda anama oxşasınlar”. Tərbiyə məsələsinə gələndə, sərt xasiyyətinə görə hətta ən yaxın dostları da Mişeli “tərbiyələndirmə ustası” adlandırırlar. Uşaqlar bir yana, o elə ərini də tərbiyə etməkdən yorulmur…

Barak Obamanı corablarını ora-bura atdığına görə danlayır…

Barak Obamanın heyvanlara qarşı pis münasibətini Mişel bəyənmir. Prezidentliyə namizədliyini irəli sürəndə gələcək birinci ledi ərinin qarşısında şərt qoymuşdu: prezident seçildiyi təqdirdə, o, evə it alacaq və uşaqlarında heyvanlara qarşı sevgini aşılayacaqdı. Ər-arvad arasındakı problem bununla bitmir. Mişel Barak Obamanı yataqda xoruldamağına və corablarını ev boyu hara gəldi atdığına görə də tez-tez danlayır. Həmçinin, Mişel səhər tezdən qızlarının onların yataq otağına soxulmasına sevindiyi halda Barakın buna etiraz etməsini mənfi qarşılayır.

Amma ər-arvadın sərt münasibətləri corab və xorultu-zad məsələsi ilə yekunlaşmır. Mişel Barak Obamanın ictimai işlərinə də qarışır. Onun çıxışlarının mətnlərini çox vaxt ya özü hazırlayır, ya da ciddi redaktə edir. Ona xalqda rəğbət yartamaq üçün necə danışmaq lazım olduğunu öyrədir. Əri haqda yaxşı sözlər eşidəndə deyir: “Həmişə kimsə ərimi tərifləyəndə mən fikirləşirəm ki, yəni bu sözləri hər gün evdə gözümü döyənək eləyən bu hərif haqda deyirlər?!”

Amma son aylarda Mişel artıq ərinə bir qədər ciddi yanaşmağa başlayıb. 2007-ci ilin may ayında o başa düşdü ki, Barak Obamanın prezident olmaq ehtimalı böyükdür və ərinin seçkiqabağı təbliğatına qoşuldu. Barak Obamanı elə xalqın qulağı eşidə-eşidə “baby” yəni “balaca” deyə çağıran Mişel ərinə qarşı rəğbət oyatmaq üçün dəridən-qabıqdan çıxıb: “Əgər ərim çox işləsə, çox şey eləyə biləcək. O, dünyanı dəyişməyə qadir olan bir adamdır. Və o vaxt mən ona deyəcəm: Balaca, sən hələ çox şeyə nail olacaqsan!”

Və əri Barak Obama (daha doğrusu, özü) haqda daha maraqlı bir etirafı: “Əgər Barak indiyə qədər mənə dözə bilibsə, o hər şey eləyə bilər!”

El anası – ev anası

Mişelin ərinin keçmiş və gələcək siyasi həyatında oynadığı və oynaya biləcəyi rolu haqda hələ danışacağıq. Amma hələ ki, bir az onun evdarlığından danışaq. İş həyatı ilə ev həyatını qarışdırsa da, bundan heç vaxt əziyyət çəkməyən Mişel bacarıqlı ev sahibəsidir. Keçmiş ailə həkimlərinin mətbuata danışdıqlarına baxsaq, o ev işlərində də “çöldə” olduğu qədər bacarıqlıdır. Hazırda Çikaqonun ən yaxşı rayonlarından birində yerləşən iri evlərində o həm evdarlıq edir, həm də astma xəstəliyindən əziyyət çəkən qızı Maliyanın qayğısına qalır. Bundan əlavə, həm də ailə dostlarına, tanışlarına qarşı da çox həssas və qayğıkeşdir. Mişel özü ilə həmişə iki Black Berry markalı smartfon gəzdirir. Birini iş üçün, birini dostlar və ailə üçün. Dostlar və ailə üçün olan smartfonu heç vaxt - nə gecə, nə gündüz söndürmür.

Gözəllik ondu – doqquzu dondu
….biri də prezident arvadı olmaq

Gəldik çıxdıq bacının əyin-başına. Özünün və geyiminin təsvirinə keçməzdən əvvəl bir balaca məlumat verək ki, ABŞ-da çıxan çox məşhur moda dərgiləri artıq neçə illərdir Mişel Obamanın geymi, dəbə münasibəti, incə dəb duyumu haqda yazırlar. O, dəfələrlə ilin ən dəblə geyinən qadını kimi jurnalların üz qabığına çıxıb. Bu il isə “Piorle” jurnalı onu geyim sarıdan Şarliz Teron, Qvinet Peltrou kimi incə və zərif dəb hissiyyatı olan aktrisalarla bir siyahıya salıb.

Zahiri görünüşünə gəldikdə, Mişel 182 sm boyu olmasına baxmayaraq, geyim sarıdan narahatlıq keçirmir. Heç vaxt dərzilərə müraciət eləmir, sifarişlə paltarlar tikdirmir və bahalı geyimlərə tamah salmır. Üslubu çox incə və müasir olsa da, geyindiyi paltarlar sadə olur. Deyir: “Paltarın qiymətli, bahalı olması heç vaxt mənim üçün maraq kəsb eləməyib. Çalışıram ki, orta statistik afroamerikalı kimi geyinim- şən, sadə, əlvan…”
Bədəninin incəliyini isə Mişel səhərə yaxın bir neçə saatı fitnes klublarda keçirməklə qoruyub saxlayır.

İctimai xadim Mişel Obama

Hüquq şirkətində öz missiyasını bitmiş hesab edəndən sonra Mişel Obama Çikaqo meri Riçard Deylinin kömkçisi olur. 1993-cü ildən o, özünü qeyri-kommersiya işlərinə həsr edir: lider keyfiyyətlərini inkişaf etdirən gənclər təşkilatı Pablik Alesin Çikaqo ofisinin icarçı direktoru olur. 1996-cı ildə Çikaqo Universitetinin dekanının təklifini qəbul edir və onun köməkçisi olur. 2002-ci ilə qədər Mişel Obama Çikaqo Universiteti nəzdindəki Akademik Tibbi mərkəzin ictimai işlər üzrə icraçı direktoru idi. 2005-ci ildən bəri isə ictimai işlər və xarici siyasət məsələləri üzrə vitse-prezidentdir.

Budur, gəlir cüt bacı…

Komplekslər öz sözünü deyir. Ərinin seçkiqabağı təbliğatına 2007-ci ilin mayından qoşulan Mişel, Demokratlar Partiyasının 2008-ci ilin avqust ayında keçirdiyi konvensiyasında özünü saxlaya bilməyib, demişdi: “Nəhayət ki, bu yetkin yaşımda mən ilk dəfə olaraq, vətənim Amerika ilə fəxr edə bilərəm. Burada camaat nəhayət ki, dəyişiklik istəyir”. Onun bu sözləri ölkə ictimaiyyəti, xüsusilə də Barak Obamanın opponentləri tərəfindən mənfi qarşılanmış və Mişeli qeyri-vətənpərvərlikdə itiham etmişdilər. Amma onun müdafiə edənlər çox oldu.

Həmçinin Corc Buşun arvadı Lora Buş Mişelin tərəfini saxladı: “Görünür, Mişeli düz başa düşməyiblər… O yəqin demək istəyib ki, mən indi vətənimlə daha çox fəxr edirəm…” Nə deyəsən, köhnə prezident arvadıdır, siyasətin incəliklərini “təzə” Mişeldən daha yaxşı bilir.

Yeri gəlmişkən, artıq hər iki prezident arvadı bərk rəfiqə olublar. Lora Buş Mişelin əlindən tutub, onu Ağ velə tanış edir və prezident arvadı olmaq məsələsində “faydalı məsləhətlər” verir...

Günel Mövlud
Категория: Ordan Burdan | Добавил: Yeni_Dunya
Просмотров: 480 | Загрузок: 0 | Комментарии: 2 |
Всего комментариев: 2
05.04.2011
2. zehra [Материал]
salam qaraxan

16.11.2008
melumat dogurdanda maraqlidir;))))) sagolun biggrin

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Мини-профиль
Гость, мы рады вас видеть. Пожалуйста зарегистрируйтесь или авторизуйтесь!

Поиск по сайту
Faydali Programlar
Друзья сайта
    WwW.Azeri-Islam.Net

      WwW.AzeriMedia.Az

        WwW.Can.Az

Статистика сайта



При копировании материала с сайта, ссылка на сайт обязательна!
Copyright © 2009 | Создать бесплатный сайт с uCoz |Xayal Muazzin