ABŞ-da 10 il öncə cinsini dəyişdirərək kişi görünüşü qazanan və bu il iyulun 3-də uşaq doğan Tomas Biti yenidən hamilədir. Lent.az-ın Amerikanın ABC telekanalın istinadən məlumatına görə, Tomas Biti ikinci uşağını 2009-cu ilin iyun ayında dünyaya gətirəcək.
Tomas Biti ABC-nin tatnınmış aparıcılarından olan Barbara Uoltersle söhbətində yenidən hamilə olduğunu və uşağı 12 iyunda dünyaya gətirəcəyini deyib. Hamilə olduğu bilindikdən 24 saat sonra bütün dünyanın bu barədə danışmasından şaşırdığını deyən Tomas, eyni zamanda ölüm təhdidləri aldığını da bildirib.
Keçmiş Havay gözəli Bitinin arvadı Nenci Biti, ilk hamiləlikdə ərinin adı gizli saxlanılan bir kişinin spermasından dölləndiyini açıqlamışdı.