|
|
Sabir Şirvan
|
[
]
| 21.04.2009, 23:20 |
|
Burda bir şəhid yatır
Səs salma əsən külək,
Burda bir şəhid yatır.
Sinəsi çiçək-çiçək,
Burda bir şəhid yatır.
Yurdunu çoxdu sevən,
Onun tək yoxdu sevən.
Köynəyi qanlı kəfən,
Burda bir şəhid yatır.
Qəlbində oğul dağı,
Anası deyir ağı.
Ömrünün qönçə çağı,
Burda bir şəhid yatır.
Ölümü zəfərə səs,
Bacarmaz bunu hər kəs.
Keçdiyi yol müqəddəs,
Burda bir şəhid yatır.
Zirvədə görməz heç çən,
Ürəyə-qəlbə köçən.
Baş əysin ötüb keçən,
Burda bir şəhid yatır.
|
| Категория: Ordan Burdan | Добавил: Admin_Perviz
|
| Просмотров: 496 | Загрузок: 0
| Комментарии: 2
|
|
| Всего комментариев: 2 | |
|
|
21.05.2009
Şəhidlərmiz hech vaxt ölmürlər!
|
|
22.04.2009
Bu şeir bizim azadlığımız uğrunda ölən qəhraman oğul və qızlarımız üçün yazılıb Şərh yazamağı unutmayın 
|
|
|
|
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|
|
|
Мини-профиль
|
Гость, мы рады вас видеть. Пожалуйста зарегистрируйтесь или авторизуйтесь!
|
|