Kimin
yanında Satanizmin adin çəkənde pisləyir, Lənətləyir. Ama nə olduğunu
soruşduğunda "pis" şeydir deməkdən başqa hecnə demir)).
Insan oğlundan belə bir xasiyət var Bilmədiyi şeyə yorum yazmaq, Pisləmək və ya
tərifləmək.
Ona görə bu məqalədə sizə Satanizmi tanitacam ki, bilin ki, nəyi pisləyirsiniz.
( Bu arada çox heyf ki, son zamanlar Azərbaycanda satanistlərin sayı
coxalmaqdadı, Əsasən də psixoloji probləmlər keçirən yeniyetmələr.)
Və Satanizmdə də bir qanun baslıcadı, bir dəfə girdin, çıxsan sonun ölümdür.
"Satanizm"
şeytanı müqəddəs varliq sanmağı və ona ibadət etməyi əmr edən dindir.
Satanizmin bəzi qolları ( teistik , setainzm) ama bu qollari boş verin, Əsas
qolu Laveyan Satanizmidir,
Gəncliyində
Kilsədə org ifa edən və bunun xaricində karnavallarda , sirklərdə çalışan Anton
Szandor Lavey , bazar ayinlerində kilsəyə gələn insanların
digər vaxtlarda ne işlə məşğul olduglarını izlədi və öz iddiasına görə , Bu
insanların başqa vaxtı ikiüzlülükləri, onun fəlsəfəsənin daha da
təkmilləşdirilməsində böyük rol oynamışdır. 1966 ci
ildə "Anton Szandor Lavey" , Kaliforniya ştatında (ABS) , Şeytan
kilsəsi ( Church of Satan)'ı qurdu.
Xristiyanlığa qarşı cıxan və öncə Magic Circle ( Boyuk Xalqa ) deyə bir grup düzəldən
Lavey , sonradan içində 9 Şeytan qanunun yer aldığı "Şeytan incil"i
yazdı.
Laveyə görə Satanizmin əsas xüsusiyətləri , hər hansı
bir dinə aid olmaq deyil, Insan fiziki və zehni quruluşundan zövq almalıdır.
Şeytan, insanın bir növ heyvan olduğu düşüncəsini və dinlərin günah dediyi şeyi
təmsil edir.
Yəni tam olaraq Laveyan Satanizmi, dini və əxlaqi hər şeyə qarşı çıxmaq və
bunun tərsi olan hər şeyi həyata keçirməyə dayanır.
Laveyan Satanizmində 21 düstur vardır və bu 21 qanun
özəlliklə internetdə olduqca sürətli şəkildə yayılır.
və bu qanunlar buyurun :
1. Gücünü itirməmək, gücsüz, aciz, şəxsiyyətsiz
insanlara hörmət etmə , çünki onlar güclü insanlar üçün xəstəlikdir.
2.Daima öz gücünü yoxla, çünki güc hərşeydən önəmlidir
( güc dedikdə tək fiziki güc nəzərdə
tutulmur )
3.Xoşbəxtliyi, qalibiyyətde axtar, ama heç vaxt sülhdə
axtarma.
4.Qısa vaxtlı bir dinlənmədən yararlanmaq, uzun
vaxtlıdan yaxşıdır.
5. Insanlara bir oraqçı kimi yaxınlaş, çünki bu
şəkildə sən toxum əkəcəksən.
6. Heç bir şeyi onun ölümünə dözə biləcəyin qədər
sevmə.
7. Qum üstündə deyil qaya üstündə bina inşa et . Bugün
və ya sabah üçün yox, daha uzun vaxt üçün həyatını planla.
8. Hər zaman daha çox şey əldə etmək üçün çalış.
9. Boyun əymək, təslim olmaqdansa - ÖL.
10. Sənət əsərlərini deyil, fəqət ölüm qılınclarını
təqlid et, çünki böyük sənət ondadır.
11. Özünü və yenə də özünün üzərindən yüksəltməyi
öyrən, belə sən hər şeyin üstündən gələrsən.
12. Yaşayanların qanı, yeni yetişənlərin toxumu üçün
yaxşı gübrə olar.
13. Ən yüksək piramid üstündə duran kimdisə daha da
uzagları görə bilər.
14. Sevgini qəbul et, ama onu bir səhtəkar kimi ƏLə
al, ama həmişə Doğru ol .
15. Böyük olan hər şey kədər üzərinə bina edilmişdir.
16. Sadəcə iləri deyil, yuxarıya doğru da çalış, çünki
böyüklük Ən yuxarıda Yatır.
17. Qırıb , dağıdan və eyni zamanda yenidən meydana
gətirən yeni güclü bir fırtına kimi ol.
18. Burax həyat sevgisi bir məqsəd olsun, fəqət sənin
ən böyük məqsədin Böyüklük olsun.
19. Insanoğlu xaricində heç bir şey gözəl deyildir.
fƏqət hamısının ən gözəli Qadındır.
20. Bütün Yalanları bir tərəfə burax, yalan danışma,
çünki Yalan güclü olmağı əngəllər.
21.
Öldürməyən kimsə , daha güclü olar.
Bəli
gördüyünüz kimi qanunlar bunlardır. Bunu oxuyan bilmese ki, bu satanizmdi, belke de qebul
eliyer
Satanistlər hər həftə ən azı bir ayın ( törən, yığılma ) keçirirlər. Və
bu ayinlərdə mütləq qan tökülməlidir.
Əsasən pişik kəsilməsi ilə tanınırlar. ama Pişik məqsəd deyil, Yəni hər bir
heyvan kəsməye icazə var.
Bu kəsilən heyvanlar , Qurban verilirlər. Qurban üçün qan axıdılmalıdır.
Bəzən Insani da qurban edirlər. Ama insan öldürmək cinayət olduğu üçün ( yəni həbsxanaya
düşə bilərlər).
Bunu çox vaxt heç etmirlər və ya çox az edirlər. Özlərini qurban edən satanist
də heç də az deyil.
Satanistlər Allaha inanırlar. Lakin Allahı özlərinə ən böyük
düşmən seçiblər.