Son zəng uşaqlığın sonunda nöqtə,
Indi də gəncliyə yol alırıq biz.
Məktəb həyətindən, məktəb yolundan,
Sanma ki, dincliyə yol alırıq biz.
Şaxtada donmasam, odda yanmasam,
Nə bir an dincəlim, nə bir an yatım.
Bişərəm zamanın dolaylarında,
Dönər xatirəyə məktəb həyatım.
Hər ötən günlərim göz qabağında,
Sirli müəmmadır, gələn illərim.
Bilməyib nə vaxtsa incitmişəmsə,
Məni bağışlayın müəllimlərim.
Günəşə can atar, hər kiçik fidan,
Hər şagird köksündə bir coşqun dəniz.
Gəncliyə yol alan odlu ürəklər,
Sizin bəhrənizdi, sizin bəhrəniz.