Aforizmlər
Gələcək təmiz adamlara məxsusdur
Gələcək təmiz adamlara məxsusdur M.Qorki
Cəmiyyət xaricində insan ya Allahdır, ya vəhşi heyvan Aristotel
İnsanın bacarmadığı şey yoxdur Nizami
Adam yüksələndə əhdini pozmaz Nizami
İnsan azad doğulur, lakin mən onu hər yerdə zəncirdə gördüm J.J.RUSSO
İnsan öz zəifliyini etiraf etdikdə qüvvətli olur Balzak
İnsan heyvandan yalnız ağlı, iradəsi ilə deyil, eyni zamanda hissi, qəlbi ilə də fərqlənir L.Feyerbax
İnsanın qayğıları yalnız öləndən sonra qurtarır İordan
Ölümdən qorxan insan heç nəyə nail ola bilməz, yalnız qorxmayana hər şey mənsubdur L.Tolstoy
Azadlıq sevməyən insan yoxdur. Məsələ burasındadır ki, ədalətli şəxs bunu hamı üçün, ədalətsiz isə yalnız özü üçün istəyir Beorne
Biz nə olduğumuzu bilirik, amma nə olacağımızı bilmirik Şekspir
Özünü idarə edə bilməyən insan, başqasına ağıl verə bilməz Demokrit
Ah, mən hiss edirəm ki, insana bədbəxtlik, çətinlik, ya yoxsulluq, ya da dərd-qəm lazımdır, yoxsa adam özünü tez unudar Şekspir
Dizi üstə yaşamaqdansa,ayaq üstə ölmək yaxşıdır D.İbbaruri
İnsanla yaşayan mərddir, kişidir Kimsəni sevməmək namərd işidir Nizami
İnsanda adətən, əql adlanan şey onun mühakimə yürütmək, düşünmək üsuludur, başqa bir şey deyildir. Alimlər bunu metod, sənətə xidmət edənlər isə istedad adlandırırlar H.İbsen
Mənim üçun insan heç nədir. Ancaq onun məsləki(əqidəsi)hər şeydir; Yalniz məslək məni insana bağlayar, ya da ondan ayıra bilər Belinski
İnsanların əksər hissəsi həyatlarının birinci yarısında ikinci yarısını bədbəxt etmək üçün ömür sürürlər La.Briver
Böyük adamlar çox zaman avara, səfeh, lazımsız adamların əlilə ölüb, öldürülürlər Şekspir
İnsanlarda ən qiymətli ləyaqət səmimiyyətdir C.Marks
Həyat bizi kart kimi qarışdırır. Yalnız təsadüfən, özü də qısa müddətdə öz yerimizə düşürük M.Qorki
Zəhmət həyatdır, fikir dünya Hüqo
Hamı üçün həyat qiymətlidir, təmiz adam üçün namus həyatdan da qiymətlidir Şekspir
Ümidsiz həyat - 1 anlıq ölümdür Şekspir
Görmək, hiss etmək - düşüncə, dərindən fikirləşmək isə həyatdır Şekspir
Hər bildiyini söyləmə amma hər söylədiyini bil. Marsel Lenoir.
Sahib olduğunuz şərtləri dəyişdirmək üçün əvvəl fərqli dü.ünməyə başlayın. Norman Vincent Peale.
Cəhənnəmdə od yoxdu.Hər kəs alovunu yanında aparır. Karacaoğlan.
|