23 RƏQƏMİNİN MÜƏMMASI Dünyada ən tanınmış iqtisadçılardan biri, Nobel mükafatı laureatı Con Forbes Neş, sadəcə olaraq, 23 rəqəmi ilə çox təmasda olmuşdur. Onun "Ağlın oyunu" filmindəki obrazı bir növ xəstəliklər və mənəvi böhranlarla mübarizədə himn rolunu oynamışdır. Xatırladaq ki, Neş Roma Papası İohan II Pavelin şəklinin öz şəkli olduğunu bəyan etdikdən sonra öz düşüncələri ilə məşhurlaşmağa başladı. Həmçinin o, təsdiq etməyə çalışırdı ki, Roma Papası 23 rəqəmini çox sevirdi, özü də Neş, doğrudan da, 23 rəqəmini çox sevirdi, o, özünün elmi karyerasında müxtəlif qəzet və jurnalarda 23 məqalə dərc etdirmişdi. 23 rəqəminin müəmmasına "narazılıq" adlı dinin tərəfdarları da düşmüşlər. Bu qrup insanlar bildirirlər ki, dünyada baş verən xaos, əslində, yeni həyatın başlanğıcını verir və ona görə də bütün dünya xeyirxahlıq və razılıqlar üzərində mövcud olmamağa, əksinə, xaosda, daim münaqişə və çaxnaşmalarda olmalıdır. "Narazılar" üçün 23 rəqəmi müqəddəs hesab edilir. Bu rəqəm guya göylərdən dünya xaoslarını və narazılıqlarını gətirən Eris ilahəsinin təsvirinə uyğun gəlir.
Dünyada 23 rəqəminin davamçıları olan elə qruplar da vardır ki, onlar hesab edirlər ki, bu rəqəm mistik və insan gücü ilə dərk edilməyən hansısa bir gücə malikdir. Məhz bu rəqəm guya insan həyatının bütün gedişlərini müəyyən edir və əgər sizin həyatınız 23 rəqəmi ilə birbaşa bağlı olarsa, onda sizi parlaq gələcək və hədsiz xoşbəxtlik gözləyir. Bütün canlı orqanizmlərin, o cümlədən insanların Yer üzərində əmələ gəlməsi və inkişafını şərh edən Çarlz Darvinin "Növlərin mənşəyi haqqında" məşhur əsəri 1859-cu ildə yazılmışdır. Və əgər bu rəqəmələri toplasaq, 23 rəqəmi alınar. Amerikalı təyyarəçilər Yaponiyanın Hirosima şəhərinə hücumu və atom bombasının atılmasını planlaşdıran vaxt hücum saatı, ekspertlərin fikrincə, heç də təsadüfən seçilməmişdir. Nəticədə atom bombası Hirosimaya səhər saat 8.15-də düşmüşdür, yəni yenidən bu rəqəmlərin cəmində biz mistik 23 rəqəmini alırıq. Hətta Amerika kinorejissorları da mistikanın təsiri altında öz filmlərində tez-tez 23 rəqəmindən istifadə etmişlər. Məsələn, "Aeroport" filmində əlində təyyarəyə bomba gətirən adam salonda 23 nömrəli yerin sahibi olmuşdur. "Qisasla ölmək" filmində metro qatarı 23 nömrəli stansiyada qəzaya uğrayır, Koen qardaşları isə son Hollivud trillerlərindən birində həmişə eyni 23 nömrəli cığırda boulinq oynamışlar. Hətta Amerikada televiziyaçılar 23 rəqəmi ilə tamaşaçıların əsəbləri ilə oynayaraq həzz almaqdan imtina etməmişlər. İndi Amerikada ən populyar olan "İtkin düşmüş" adlı televiziya serialında, demək olar ki, film qəhrəmanlarını izləyən və uğursuzluqlardan qaçmaq üçün kompyuterə daxil edilən rəqəm kombinasiyalarından biri yenə 23 rəqəmidir. Amerika idmançıları arasında da 23 rəqəmi məşhurdur. Amerika basketbolunun bütü hesab edilən Maykl Cordanın maykasında həmişə 23 rəqəmi olurdu. ABŞ-da indiki müasir basketbol ulduzu Lebron Ceymsin maykasında, həmişə 23 rəqəmi görünür. Eyni zamanda o, bu nömrəni öz avtomobilinə, eləcə də öz peycerinə qoymuşdur. Futbol üzrə İngiltərə yığmasının keçmiş kapitanı və indi "Real" Madriddə oynayan Devid Bekhem də 23 nömrəsi ilə oynayır. Düzdür, bəzən 23 nömrəsi idmançılara uğursuzluqlar da gətirir. Belə ki, İngiltərənin "Mançester Sity" futbol komandası 2003-cü ildən öz oyunçularına bu nömrəli mayka ilə çıxış etməyi qadağan etmişdir, çünki komandada bu nömrə ilə çıxış edən son futbolçu, kamerunlu Mayk Foe oyunlardan birində özünü pis hiss etmiş və 2003-cü il iyun ayının 26-da birbaşa meydançada ölmüşdür. Müasir biologiya da 23 rəqəminə biganə deyildir. Belə ki, hər bir valideyn uşaq doğulan vaxt "ümumi işə" hərəsi 23 xromosom qoyur, insan hüceyrələrinin nüvəsi isə 23 cüt xromosomdan ibarətdir. Daha çox müəmma isə bu və digər şəkildə 23 rəqəmi ilə bağlı olan tarixi personajlarda ifadə olunmuşdur. Belə ki, tarixçilər bildirirlər ki, Qay Yuli Sezarın qətli vaxtı ona 23 bıçaq yarası vurulmuş və o, bu yaralardan sonra cəmi 23 dəqiqə sağ qalmışdır. Məşhur ingilis yazıçısı Uilyam Şekspir isə aprelin 23-də doğulmuş və 52 il sonra elə həmin gün ölmüşdür. Bununla yanaşı çoxlu sayda tanınmış müəlliflər, musiqiçilər, bəstəkarlar, rəssamlar bu və ya başqa cür 23 rəqəmi ilə bağlı olmuşlar. Daha bir müəllif Uilyam Berrouz da 23 rəqəmi ilə bağlı olmuşdur. O, Mərakeşdə yaşayan vaxt İspaniya və Tanje arasında hərəkət edən bərədə işləyən kapitan Klarkla tanış olmuşdur. Bir dəfə kapitan Klark özünü tərifləyərək bildirmişdir ki, bu marşrutda artıq 23 ildir ki işləyir və heç vaxt heç bir qəzaya düşməmişdir. Və elə həmin gün bərə Hibraltar boğazından keçən vaxt müəmmalı şəkildə batır və bu zaman kapitan Klarkın özü də ölür. Berrouz öz dostunun mistik ölümü haqqında fikirləşən vaxt radio ilə Nyu-Yorkdan Mayamiyə uçan 23 nömrəli reysin qəzaya uğraması haqqında məlumat verilir. Bu reysin ilk pilotu da... Klark adlı başqa bir kapitan olmuşdur. O vaxtdan Uilyam Berrouz öz ədəbi əsərlərində müəmmalı 23 rəqəmindən bəhs edir və bu rəqəmin cadugər mahiyyətinə fikir verir. Və nəhayət, insanın orta bioloji ritmi düz, 23 günə bərabərdir.
The Number 23 // 23 Qəqəmi filmi haqqında 23 rəqəminin özü üçün qəribə və sirli olduğunu inandırmağa çalışan Walter Sparrow bir vaxtlar ideal olan həyatını cəhənnəmə çevirir. Özdə bu həyatda o hətda sevdiklərinin ölümünə də səbəb ola bilər. O oxuduğu və əlindən yerə qoymadığı 23 nömrə adlı sirli bir romanın təsiriylə həyat yoldaşı Agatha və gənc oğlu Robinin də köməyi ilə gələcək həyatına davam edə bilmək üçün keçmişindəki bəzi sirləri aydınlaşdırmalıdır.
Kitab ona Agatha tərəfindən ad günü hədiyyəsi olaraq verilmişdir. Kitabda isə sirli və qorxulu bir cinayət haqqında danışılır. Qəribəsi isə budur ki kitabın hekayəsi Walterin həyatına çox uyğun gəlir. Kitabdakı əsas xarakter olan dedektiv Fingerlingin həyatı Walterin öz keçmişini xatırladır. Kitabın dünyası canlanmağa başladıqca Walter onun ən qorxulu hissəsinə özünü aludə edir..Əsas qəhrəman da 23 nömrəsinin nəsə xüsusi bir rəqəm olduğuna inanır.
Artıq Walter özünü kitaba o qədər aludə edir ki sanki 23 rəqəmi onun həyatını idarə etməyə başlayır. Artıq hər yerdə bu rəqəmi görür. Bütün bunların təsirilə inanmağa başlayır ki o da Fingerlingin işlədiyi qorxunc cinayəti etməyə məhkum olunub. Kabus kimi gördüyü xəyallar onun ağlını hər yerdə məşğul edir. Gördüyü bu xəyallarda isə həyat yoldaşı və ailəvi dostu Isaac Frenchin başlarına dəhşətli işlər gəlməkdədir. Bu vəziyyətdə isə Walterə kitabın sirrini açmaq cəhdindən başqa heç bir yol görünmür...
Filmdə Walter rolunu məşhur aktyor Jim Carrey canlandırır. 95 dəqiqə davam edən film artıq mart ayının 2-də kinoteatrlarda kütləvi baxış üçün filmsevərlərin ixtiyarına verilib
|