|
Yay mövsümünün gəlişi ilə xanımların dahada çox maraq göstərdiyi gözəllik məhsulları olan kosmetikaları alarkən diqqətli olmaq lazımdır. Həkimlər saxta kosmetika məhsullarında əks təsirə malik olan maddələrin olduğunu vurğulayır. Saxta kosmetika dəridə allergiya, səpgi, qaşınma, qızarma kimi bir çox problemlərə yol açır. Aparılan araşdırmalarda bir çox saxta ətirlərin tərkibində methanol adlı zəhərli maddəyə rast gəlinmişdir ki, bu da insan sağlamlığına mənfi təsir edir. Həkimlər bazar və ya küçə kimi açıq satış yerlərində satılan kosmetikalardan mümkün qədər uzaq durmağı alınan malların üzərindəki istifadə müddətini və tərkibini bildirən yazılar oxunaqlı olmalıdır.
|