Меню сайта
Ana Sayfa Islam Ordan Burdan Chat Forum Eylence Sevgi Dunyasi Foto Albom
Категории
Qadın Dünyası [35]
Programlar [26]
Sevgi Dünyası [47]
Ordan Burdan [60]
Şou Biznes [53]
Sağıamlıq [15]
Mentiq [16]
Oyunlar [11]
Incesenet [9]
İslam Dünyası [16]
Mobil [4]
video [0]
Опрос
Saytımızın Dizaynı
Всего ответов: 152
Главная » Файлы » Ordan Burdan

Fərqanə Qasımova: "20 yaşımda ibadətə qərar verdim"
[ ] 20.09.2008, 07:17
"Allah Quranda buyurub ki, qadınla kişini eyni yaratmışam. Ancaq kişini Allah bir az üstün yaradıb"

Fərqanə Alim qızı Qasımova , 1979-cu il avqustun 6-da Bakı şəhərində anadan olmuşam. 4 övlad anasıyam. Ailənin ilk övladıyam. Bir bacım, bir qardaşım var…

- Alim Qasımovun qızı olmaq çətindir?

- Hər kəs çalışmalıdır, atasına layiq övlad olsun, onun başını ucaltsın. Həmişə atamın şəxsiyyətinin ucalmasını öndə tutmuşam. Alim Qasımov superatadır! Onun nöqsanı yoxdur. Ata da odur, böyük də odur, el-obamızın ağsaqqalı da odur. Anam Tamilə xanım da atamdan bir ər kimi çox razıdır.

- Niyə məhz muğamatı seçdiniz?

- Muğamatdan başqa digər janr seçə bilməzdim. Mən muğam aləmində dünyaya gəlmişəm, muğama çox yaxınam. Estrada janrını seçsəydim, nəsə bir yenilik yarada bilərdim. Başqa janrda mahnılar ifa edə bilərəm, əlbəttə muğam çalarları olmaq şərtilə.

- Öz istəyinizlə ailə qurdunuz, yoxsa bu, valideynlərin qərarı oldu?

- Mənə 16 yaşımda elçi gəliblər. 1 ildən sonra «hə» cavabı verildi. 18 yaşım olanda nişan gəldi. 20 yaşım olanda ailə qurdum.

- Bir az da övladlarınız barədə…

- 4 övladım var. Böyük qızım Fatimə və üçəm övladlarım - oğlum Qəhhar, qızlarım Mövlanə və Həlimə. Qəhhar Allahın 99 adından biridir. Həlimə anamın anasının adıdır. Üçəmə hamilə olanda anam mənim üçün çox əziyyətlər çəkib. Vəziyyətim çox ağır idi. Annam, hətta doğuş vaxtı da yanımda oldu. Dedi, məni içəri buraxmasanız, qızımı sizə verməyəcəyəm. Yoldaşımla qərarlaşdıq ki, anamın anasının adını sonbeşik qızımıza qoyaq.

- Atanız ailə işlərinizə müdaxilə edirmi?

- Onun məsləhətinə böyük ehtiyacımız var. Olur arada problemlər, ata-anamızla məsləhətləşirik. Atam həmişə bizə səbirli və imanlı olmağı tövsiyyə edər.

- Alim Qasımovun sevimli nəvəsi varmı?

- Qızım Fatimə. Bəlkə sonrakı nəvələri Fatiməni qabaqlasınlar, amma cəhd edərik, belə bir şey olmasın. Bacımın bir oğlu var. Qardaşım 4 ildir ailəlidir, hələ övladı yoxdur.

- Ev işlərini necə çatdırırsınız?

- 4 övladla ev saxlamaq çox çətindir. Eşitdiyimdən, keçmişdə qadınlar uşaqları dünyaya gətirirdilər, əlinə bir dilim çörək verirdilər ki, get oyna. Ancaq indiki uşaqlar əsəbi doğulur, hərəsinin öz dili, öz istəyi var, nə qədər əziyyət çəkməli olursan. Buna görə köməyə ehtiyacın olur ki, əsəblərin buna tab gətirə bilsin. Anam sağ olsun, sənətimə görə məni çətin işlərdən təcrid edir.

- Nə vaxtdan ibadət etməyə başladınız?

- 20 yaşımda ibadətə qərar verdim və başladım. İndi də davam edirəm.

- Sizcə, işgüzar qadın evdar ola bilər?

- Allah Quranda buyurub ki, qadınla kişini eyni yaratmışam. Ancaq kişini Allah bir az üstün yaradıb. Çünki kişi evə pul gətirir, ev saxlayır. Evi dolandırmaq çox ağır, məsuliyyətli işdir. Məncə, qadın işləsə də, evə pul gətirsə də, evdar olmalı, həyat yoldaşını, övladlarını hər şeydən üstün tutmalıdır. Ərinin hörmətini saxlamalı, ona xidmət etməli, övladlarının tərbiyəsi ilə məşğul olmalıdır. Yəni bacarırsa, həm işləsin, həm də evdar olsun.

- Həyat yoldaşınızla dil tapırsınız?

- Məncə, heyvanla dil tapmaq bir az çətin olar. Çünki onun dili, ağzı yoxdur. Ancaq insanla dil tapmaq insanın müdrik olmasından asılıdır. Adam qarşısındakı insanın xasiyyətinə uyğun onunla rəftar etməlidir. Əgər hansısa bir sözün həyat yoldaşını özündən çıxartsa, buna görə vurub çənəni dağıtsa, bu sözü demə. Bir müddət keçəndən sonra elə bir tərzdə de ki, o da sənin sözünü gözəl qəbul edər.

- Ümumiyyətlə, yoldaşınızdan razısınızmı?

- Bir şeyi dəqiq bilirəm ki, həyat yoldaşım məndən çox razıdır!

- O da ibadət edir?

- Xeyr, ancaq inşallah, inanıram ki, o da ibadət edər. Allah bütün insanları hidayət etsin!

- Bəs yoldaşınız ifanızda muğamata qulaq asmağı xoşlayır?

- Yoldaşım mənə qulaq asanda ən çox qüsurlara fikir verir. Çox vaxt təkidlə deyir ki, atan kimi oxu. O, Alim müəllimin böyük fanatıdır.

- Bir qadın kimi güzəştə getməyi bacarırsınız?

- Güzəşt bütün insanlara lazımdır. Kişi qadına, qadın da kişiyə güzəştə getməlidir. Allah-Təala biz insanlara hər zaman güzəştə gedir, biz niyə getməyək ki? Mən də çalışıram güzəştə gedəm.

- Sənətiniz, ailəniz namazlarınızı vaxtlı-vaxtında qılmağa imkan verir?

- Namaza heç bir şey mane ola bilməz, ölümdən başqa. Heç kim deyə bilməz ki, işimlə düz gəlmədi, mən namazı atdım. İnsanlar tanıyıram, guya vaxt çatdıra bilmədiklərinə görə namazı atıblar. Sən barmağını kəs at, başını kəs at, namazı heç vaxt atma! Necə ki vaxt tapıb su içirsən, yemək yeyirsən, namaza da vaxt tap qıl. O sənin borcundur Allah qarşısında. Özü də sən bunu sevərəkdən etməlisən. Mən üzr istəyirəm, bətnimdə 3 övlad daşıdım, ancaq ibadətimdən qalmadım. Gecə-gündüz Allaha dua etdim ki, bu uşaqları dünyaya gətirməyə mənə kömək olsun. Bu ağır anlarda atmadımsa, heç bundan sonra Allah mənə bugünü göstərməsin.

- Hansı müqəddəs ocaqlarda olubsunuz?

¬Azərbaycanda nə qədər ziyarətgah var, hamısına atamız bizi aparıb. Ancaq ən böyük ziyarətimizi Həccə etdik. Bu, 2007-ci ildə baş verdi. Heç planımızda yox idi. Alim müəllim bizdən qabaq getmişdi. Atam Allaha məhəbbətimizi gördü və böyük sevinclə anamı, qardaşımı, gəlinimizi, bir də məni Həcc ziyarətinə göndərməyi qərarlaşdı. Bu ziyarət heç vaxt yadımdan çıxmayacaq. İlk dəfə uzaqdan Kəbəni görəndə, hamı kimi gözlərim yaşla doldu. Orada Allaha olan məhəbbətimizi aşkarladıq.

- Hazırkı Azərbaycan musiqisinin vəziyyəti sizi qane edirmi?

- Bayağı musiqi, şou musiqisi, insanı düşünməyə qoymayan musiqilər bütün dünyanı basıb. Bu da bir siyasətdir ki, insanların beyni düşünməsin, mənasız şeylərlə məşğul olsun. Bu, bir xəstəlikdir, bir virusdur. Radioda düşündürən, faydalı bir şeyə qulaq asa bilmirsən. Bu, təkcə Azərbaycanda deyil, dünyanın hər bir nöqtəsində belədir. Şükür Allaha ki, muğamımız var. Muğam böyük bir elmdir, dəryadır, həm də insan üçün böyük bir tələbatdır.

- Orucluqda daha çox iftar süfrələri verməyi xoşlayırsınız, yoxsa qonaq getməyi?

- Hər ikisini. Qonağın ruzisi evə qonaqdan əvvəl gəlir. İftar vaxtı möhtəşəm bir sevinc hiss edirsən. Ac-acına həsrətlə, həvəslə süfrəni düzəldirsən. Kiminsə evinə iftar açmağa getməyin də öz gözəlliyi var. Yəni bunların hər ikisi orucluqda bayramdır, bərəkətdir. Ailəmizdə ağsaqqaldan tutmuş körpə uşağa qədər hamı oruc tutur. Ramazan bayramında ən gözəl nemətləri süfrəyə qoyuruq, böyük eşqlə sonuncu dualarımızı Allahdan istəyirik, orucluq ayını göz yaşları ilə yola salırıq.

- Qədr gecələrini necə keçirirsiniz?

- Çalışdığım qədər oturmuşam. Allahdan öz istəklərimi diləmişəm. Var-dövlət diləməmişəm, əsasən insana son nəfəsə qədər lazım olan imanı, kamilliyi, səbri, şükrü arzuetmişəm

Категория: Ordan Burdan | Добавил: ZehrayiNur
Просмотров: 399 | Загрузок: 0 | Комментарии: 1 |
Всего комментариев: 1
21.09.2008
Maraqli meluatdir.. Allah butun ibadtleri qebul Etsin.. Amin biggrin

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Мини-профиль
Гость, мы рады вас видеть. Пожалуйста зарегистрируйтесь или авторизуйтесь!

Поиск по сайту
Faydali Programlar
Друзья сайта
    WwW.Azeri-Islam.Net

      WwW.AzeriMedia.Az

        WwW.Can.Az

Статистика сайта



При копировании материала с сайта, ссылка на сайт обязательна!
Copyright © 2009 | Создать бесплатный сайт с uCoz |Xayal Muazzin