|
Aslan Lent.az-a açıqlamasında iki müğənni arasında baş verən insidentdə Elarizi haqlı görmədiyini bildirib: “Mənə elə gəlir ki, əgər qadın və kişi arasında narazılıq varsa, kişi haqlı olsa belə, qadına hörmət edib, jest göstərməlidir. Mən Elarizin yerində olsaydım, başqa cür davranardım, Aygün Kazımovanın masasına yaxınlaşıb görüşərdim”.
Qeyd edək ki, Nadir Qafarzadə ad günündə Elarizi Aygün Kazımovanın masasına dəvət edərək onları barışdırmağa cəhd edib. Elariz Məmmədoğlu isə səhnədə Kazımova ilə aralarında problem olmadığını açıqlamaqla kifayətlənib, xalq artistinin masasına yaxınlaşmamışdı.
|