Меню сайта
Ana Sayfa Islam Ordan Burdan Chat Forum Eylence Sevgi Dunyasi Foto Albom
Категории
Qadın Dünyası [35]
Programlar [26]
Sevgi Dünyası [47]
Ordan Burdan [60]
Şou Biznes [53]
Sağıamlıq [15]
Mentiq [16]
Oyunlar [11]
Incesenet [9]
İslam Dünyası [16]
Mobil [4]
video [0]
Опрос
Saytımızın Dizaynı
Всего ответов: 152
Главная » Файлы » Şou Biznes

Nigar: “Faiq Ağayev kişi kimi vezifesini yerine yetire bilmirdi” -
[ ] 04.10.2008, 15:01
Toyun yengəsi Nigarı gəlin köçərkən bakirə olmamaqda suçladı

Faiq Ağayevin keçmiş həyat yoldaşının müğənni Kərimlə yaxın münasibəti təəccüblə qarşılanıb


Azərbaycanın xalq artisti Faiq Ağayevin keçmiş həyat yoldaşı Nigar Topçubaşovanın, onun anası Dilbər Topçubaşovanın və qardaşı Rüfət İsmayılovun bu gün keçirdiyi mətbuat konfransı dava-dalaşla yadda qalıb.

Lent.az-ın məlumatına görə, elə konfransın keçirildiyi məkana gələr-gəlməz bəzi mətbuat nümayəndələrinin təzyiqinə məruz qalan Rüfət İsmayılov bunu çaşqınlıqla qarşılayıb. Jurnalistlərdən üzr istəyərək çıxışını rus dilində edəcəyini deyən Rüfət bunu deməyinə peşman olub. Mətbuat nümayəndələri Rüfəti və ailəsini Azərbaycan dilində danışmağa məcbur olduqlarını bildiriblər.

“Siz Azərbaycandasınız və Azərbaycan dilində də danışmalısınız”, - deyən mətbuat nümayəndələri Rüfəti Azərbaycan dilində danışdırıblar. Lakin Rüfət danışmağa başlar-başlamaz yenidən jurnalistlər öz iradlarını bildiriblər. Jurnalistlərin bu cür münasibətinə dözməyən Topşubaşovlar ailəsi belə olacaq təqdirdə mətbuat konfransını yarıda kəsəcəklərini bildiriblər. Ancaq jurnalistlər nə Dilbər Topşubaşovanın, nə Nigarın, nə Rüfətin, nə də mətbuat konfransının keçirildiyi məkanın rəhbərliyinin xəbərdarlığına əhəmiyyət veriblər.

Elə iki saata yaxın davam edən mətbuat konfransı bu abu-havada keçirilib. Mətbuat konfransında Faiq Ağayevin qohumlarının iştirakı isə media mənsubları tərəfindən olduqca maraqlı qarşılanıb. Tədbir başlayandan 15 dəqiqə sonra Nigarın qarşısına gələn Faiq Ağayevin xalası qızı Gülnarə Bəylərbəyova “Mən səni gəlin gətirmişəm. Xonça ilə evinizə daxil olmuşam. Hər halda mənim sənə bir pisliyim keçməyib, düzdür?” deyə bildirib. Nigar Gülnarə xanımın bu sözlərini təsdiqləyib. Bundan sonra sözlərinə davam edən Faiq Ağayevin qohumu “mən bilirəm ki, sən Faiqlə ailə qurmamışdan əvvəl kiminlə yaşamısan, nişanlı olmusan. Sən özün bilirsən ki, necə yaşamısan. Əgər bu gün iddia edirsən ki, Faiq ər vəzifəsini yerinə yetirə bilməyib, onda belə çıxır ki, sən hələ də qızsan”, - deyib .

G. Bəylərbəyovanın bu ittihamlarına cavab verən Nigar Faiqlə ailə qurmamışdan əvvəl nişanlı olduğunu da gizlətməyib: “Bəli, mən Faiqdən əvvəl nişanlı olmuşam. Bunu da çoxları bilir. Ancaq Faiqi sevdiyimdən hamıdan və hər şeydən imtina etdim. Nişanımı qaytardıqdan sonra Faiqlə ailə qurmuşam. Bunu danmıram, ancaq Faiqin ər vəzifəsini yerinə yetiməməsini mən bilirəm və bunu mən heç zaman açıqlamaq istəmirdim. Onun özümə və ailəmə qarşı şantajları məni buna məcbur etdi”.

Elə bu sözündən sonra ailə üzvləri bir-birinə dəyərək özlərindən çıxıblar. Nigarın qardaşı Rüfət İsmayılov bir qadının kişi ilə yaşamasında qeyri-adi heç nə olmadığını vurğulayıb. Bundan sonra dilə gələn Nigar həyatı barədə açıqlamalar verib: “Mən Faiq Ağayevi həqiqətən də sevdiyim üçün indiyədək susmuşam. Ancaq Faiq Ağayev valideynlərimə və qardaşıma qarşı çıxandan sonra və onların ünvanına xoşagəlməz sözlər işlətdiyinə görə danışmaq qərarına gəldim. 2004-cü ilin oktyabr ayında Faiq Ağayev mənə evlənmə təklifi edib və mən hər şeyə göz yumaraq onunla ailə qurmağa razılıq vermişəm. Düz bir il biz Faiq Ağayevlə gözəl ailə münasibətlərində yaşamışıq. Ancaq bir ildən sonra Faiq qardaşı Gürcüstanda əməliyyat olundu. Faiq Gürcüstana gedib gələndən sonra bütün münasibətlər soyuqlaşdı. Məhz bundan sonra mən Faiqdən bunun səbəbini soruşdum və o mənə daha ər vəzifəsini yerinə yetirə bilməyəcəyini söylədi”.

R. İsmayılov bir müddət əvvəl mətbuata Faiq Ağayevin qeyri-normal həyat tərzini əks etdirən video material nümayiş etdirəcəyinə söz versə də, bu istəyini həyata keçirə bilməyib. Onun sözlərinə görə, mətbuat nümayəndələrinin durmadan tələb etdiyi bu video görüntülərin nümayişinə mətbuat konfransının keçirildiyi məkanın rəhbərliyi icazə verməyib. R. İsmayılov anası ilə atası Əli İsmayılovun hələ də ailəli olduğunu bildirib və bunu təsdiq edən sənədi mətbuat nümayəndələrinə təqdim edib: “Bu mənim atamın və anamın ailəli olduğunu təsdiq edən sənəddir. Faiq Ağayev bir neçə gün əvvəl mətbuata verdiyi bəyanatında Əli İsmayılovu toydan sonra bir dəfə görməsi məsələsinə gəlincə, bütün şəkillər buradadır. Gördüyünüz kimi şəkillər müxtəlif vaxtlarda və müxtəlif yerlərdə çəkilib”.

Mətbuat konfransında çox əsəbi görünən və çıxışında da bunu bəlli edən Dilbər Topşubaşova isə Faiq Ağayevin şantajlarına görə rəsmi şəxslərə müraciət etdiklərini qeyd edib: “Bütün bunlardan təngə gəlmişik. Mənim oğluma şantajdan ibarət mesajlar göndərir. Nigarı və məni şantaj edir. Bütün bunların bir cavabı olmalıdır”.

Nigar Topşubaşova isə Faiq Ağayevin 2005-ci ildə onu evdən qovduğunu da açıqlayıb: “Biz Faiqlə 2006-cı ildə boşanmışıq. Bu boşanma işləri də evdə aparılıb. Bu günə kimi bunu açıqlamamağımın səbəbi isə Faiqin xahişləri olub. O, dəfələrlə məndən bunun açıqlamamağı xahiş edib. Mən də ona hörmət əlaməti olaraq və qorxduğum üçün bunu gizlətmişəm. Bu gün deyilir ki, mən Faiqlə onun var-dövlətinə görə ailə qurmuşam. Ancaq onu deyim ki, apardığım cehiz hələ də onun evindədir. Onun evindən mən bir köynəkdə, bir də şalvarda çıxmışam. Nə onun mənə verdiyi qızılları, nə də özümə aid olan əşyaları götürmüşəm. Bu da bu söz-söhbətlərə cavabımdır. Kərimlə Təranə ayrılması məsələsindən sonra Təranə ilə Faiq birləşib. Təranə onun əli mənə zəng edir. Bunu sübut da edə bilərəm”.

Dilbər Topçubaşova isə Faiq Ağayevin məhz xalq artisti fəxri adını aldıqdan sonra bu məsələni açıqlamasına münasibət bildirib: “Mən bunu çoxdan açıqlamaq istəyirdim. Ancaq Faiqin xahişləri mənə imkan vermirdi. Dəfələrlə məndən və hər birimizdən bunu açıqlamamaq üçün xahiş edib. Mənə dedi ki, Dilbər xanım sentyabrda mən bunu açıqlayacağam. Ancaq o bu sözünün də üstündə durmadı. Çünki xalq artisti adını almağı gözləyirdi”.

Müğənni Kərimin mətbuat konfransının keçirildiyi məkanda iştirakı və sonra da onun Nigarla birgə getməsi təəccüblə qarşılanıb. Mətbuat konfransında Faiq Ağayevin xalası qızı G. Bəylərbəyova ilə yanaşı onun həyat yoldaşı, oğlu da əks tərəf kimi iştirak edib. Tədbirdən sonra məkanda bir tərəfə çəkilən ailə üzvləri şoka düşdüklərini elan ediblər.

Xatırladaq ki, Dilbər Topçubaşova mətbuat konfransında mətbuat nümayəndələrinə dəfələrlə “Faiq sizə nə qədər verib” sualını da ünvanlandırıb. Bunun cavabı olaraq isə jurnalistlər dəfələrlə Dilbər Topşubaşovaya bu cür həqarətlər etməməyi məsləhət görüblər. Qalmaqalla yaddaqalan mətbuat konfransında bir çox məsələ qaranlıq qalıb. Tədbirdə iştirak edən Faiq Ağayevin qohumları isə onların da mətbuat konfransı keçirəcəklərini açıqlayıblar.

 

Fikirlərinizi bildirməyi unutmayın...!!!

Категория: Şou Biznes | Добавил: Yeni_Dunya
Просмотров: 1291 | Загрузок: 0 | Комментарии: 2 |
Всего комментариев: 2
17.01.2009
2. sabuhi777 [Материал]
sohbetin yeri yoxtur

05.10.2008
1. Nar-ciceyi [Материал]
Ehhhhhhh.. adam bilmir kime inansin.. axi aile ici sohbetlri gundeme getirmek neye lazimdir?????...Adam esebilesir.......

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Мини-профиль
Гость, мы рады вас видеть. Пожалуйста зарегистрируйтесь или авторизуйтесь!

Поиск по сайту
Faydali Programlar
Друзья сайта
    WwW.Azeri-Islam.Net

      WwW.AzeriMedia.Az

        WwW.Can.Az

Статистика сайта



При копировании материала с сайта, ссылка на сайт обязательна!
Copyright © 2009 | Создать бесплатный сайт с uCoz |Xayal Muazzin