Çakırla Elif Sevgililər Günündə evlənəcəklər
 “Kurtlar vadisi” serialından tanıdığımız Oqtay Qaynarca (Çakır) və Özgü Namal (Elif) bir neçə aylıq ayrılıqdan sonra barışıblar.
 Lent.az-ın məlumatına görə, barışdıqdan sonra Çakır Elifə evlənmək təklif edib və Elif bu təklifə müsbət cavab verib. Sevgililərin yaxın günlərdə evlənəcəyi barədə söz-söhbət yayılıb. Ancaq Oqtay Qaynarca nikahın yaxın günlərdə olmayacağını açıqlayıb. Onun sözlərinə görə, sevgililər 2009-cu il fevralın 14-də, Sevgililər Günündə evlənəcəklər.
Fikirlərinizi bildirmeyi unutmayin...!!!
|