Aygun Kazımova Telman Ismayılovun mehmanxasından qovulub
Telman Ismayılovun Antalyadakı “Mardan Palace” adl? mehmanxanasında pulsuz dincəlmək istəyən Aygun Kazımova, bu istəyinə nail ola bilməyib.
Belə ki, mehmanxanaya gələn müğənni inzibatçılara burada dincəlmək niyyətində olduğunu deyib. Lakin inzibatçılar onu içəri buraxmaq istəmiyiblər. Vəziyyətlə barışmaq istəməyən Aygun Kazımova: “Mən Azərbaycanın ulduz muğənnisiyəm, Telman müəllim də Məni yaxşı tanıyır, dəfələrlə onun təşkil etdiyi tədbirlərdə çıxış etmişəm”,- deyərək, təkid edib. Eyni zamanda, inzibatçılara “Mardan Palase” mehmanxanasına gəlməsi və istəyi barədə Telman Ismayılova məlumat vermələrini də tapşırıb. Inzibatçılar muğənninin dediklərini milyonçuya çatdırsalar da onun Aygün Kazımovaya olan cavabı heç də urək acan olmayıb. Belə ki, Telman Ismayilov inzibatçılar vasitəsilə muğənniyə çatdırıb ki, ya mehmanxananın pulunu versin, ya da gedib basqa bir yerdə yerləşsin. Bunu eşidən Aygun Kazımova, pərt halda mehmanxananı Tərk edib.