Sultanbəylidə
Məhəmməd Yazıçı (26) adlı gənc sevdiyi qız Zeynəb Y.-a qovuşa bilmək
üçün 65 gündür sevdiyi qızın qapısında yatıb qalxır. Yolları və
divarları 23 yaşındakı sevdiyi Zeynəb üçün eşq şeirləriylə yazıb
dolduran dəli aşiq məqsədinə çatana qədər qapısında yatmağa davam
edəcəyini söylədi.
Kameraya danışmaq istəməyən dəli aşiq,
ramazan ayı olmasına baxmayaraq qonşuların verdiyi yeməklərlə iftar
etdiyini söylədi. Məhəmməd, sevdiyi qız Zeynəblə daha əvvəldən 3 il
birlikdə olduqlarını ancaq, keçən il qızın ailəsinin vətəninə gedib
qayıtdıqdan sonra hər şeyin tərs getməyə başladığını izah etdi. Qızın
ailəsindən atanın bir az mülayim olduğunu, ancaq ananın razılığı
olmadığını söyləyən Məhəmməd yenə də sevdiyini buraxmayacağını
bildirdi. Dəli
aşiqə əllərindən gələn dəstəyi verdiklərini söyləyən məhəllə sakinləri,
"Tam 65 gündür burada yatıb qalxır, biz Məhəmmədin vəziyyətinə çox
kədərlənirik. Ailə heç cür qəbul etmir, Məhəmməd işi gücü olan bir
oğlandır, tezliklə qovuşmalarını istəyirik" dedi. Ayaqqabı təmiri ilə
məşğul olan Məhəmməd Yazıçı sevdiyi qızın evinin tam qarşısında yatıb
qalxarkən, qızın qaldığı evin pəncərələrinin bağlı olması diqqət çəkdi.
Mətbuat mənsublarını görən qızın ailəsi qapı zənginin çalmasına
baxmayaraq cavab vermədi. Eşqi uğruna hər şeydən keçən Məhəmməd Yazıçı
isə çəkiliş edilməsindən utandığı üçün çarəni uzaqlaşmaqda tapdı.