Bəziləri sevindi ki, məktəb başladı dərsə gedəcək!
Bəziləri ağladı ki, cənazə başladı qəbrə gedəcək!
Allah hamıya səbr versin.AMİN!
Bakı. Hafiz Heydərov – APA. Azərbaycan paytaxtında 13 yaşlı məktəbli intihar edib. Bu barədə APA-ya Binəqədi rayon Prokurorluğundan məlumat verilib.
Məlumata görə, hadisə bu gecə saat 02.30 radələrində baş verib. Rayon sakini, 1996-cı il təvəllüdlü Süleyman Kərimov yaşadığı evdə sanitar qovşağında özünü asaraq intihar edib.
S. Kərimovun özünə qəsd etməsinin səbəbləri barədə hələlik heç bir məlumat verilməsə də, onun əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilib.
Faktla bağlı Binəqədi rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.