Главная » 2009»Sentyabr»11 » Azərbaycanın 21 ali məktəbində kredit sistemi tətbiq edilir
Azərbaycanın 21 ali məktəbində kredit sistemi tətbiq edilir
10:59
Azərbaycanın 21 ali məktəbində kredit sistemi tətbiq edilir Hər kəsi yeni başlanan dərs ili münasibəti ilə təbrik edirəm
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycanın 21
ali məktəbində Boloniya prosesinin şərtlərindən biri olan kreditləşmə
tətbiq edilir. APA-nın məlumatına
görə, Təhsil Nazirliyinin ali və orta ixtisas təhsili şöbəsinin müdiri
İlham Mustafayev jurnalistlərə açıqlamasında bildirib ki, yeni dərs
ilində ali məktəblərdə kredit sisteminə keçən ixtisasların sayı
artırılacaq. Hazırda təxminən 30-40 min tələbə kredit sistemi ilə
təhsil alır.
Qeyd edək ki, Azərbaycanda 51 ali məktəb fəaliyyət göstərir. Onların 15-i özəl, 36-sı isə dövlət ali məktəblərdir.