Ermənistanın Baş naziri Qəzaya uğrayıb YAXŞI OLUB!
Onun idarə etdiyi traktor metal hasara çırpılıb
Ermənistanın baş naziri Tiqran Sarkisyan qəzaya uğrayıb. wWw.world-az.net-in
“İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, o, idarə
etdiyi traktoru döndərə bilməyərək, metal hasara çırpılıb.
İnsident İrəvanda keçirilən “Panarmenian Expo-2009” sərgisində baş
verib. Baş nazir erməni və belarus mütəxəssisləri tərəfindən hazırlanan
traktorun keyfiyyətini şəxsən yoxlamaq istəyirmiş.
İnsident nəticəsində heç kim yaralanmayıb. Məlumata görə, baş nazir
yolun dar olması səbəbindən traktoru idarə edə bilməyib.