Erməni ordusu silahı pivəyə dəyişib
Görəsən bu "Ermənilər" millət olmuyan
başqa nəylərini bir pivəyə dəyişirlər..
4 FOTO
Bu yaxınlarda Azərbaycanı müharibə ilə hədələyən Ermənistan müdafiə naziri deyəsən, öz ordusundan xəbəri yoxdur. Erməni forumlarından birində yerləşdirilən fotolar tərifli Ermənistan ordusunda heç də hər şeyin əla olmadığını göstərir. Şəkilləri foruma yerləşdirən userin özünün dediyi kimi faktlar özləri danışırlar: "Faktlar erməni əsgərlərinin öz prezidentlərinə və dövlət bayraqlarına neqativ münasibətini göstərir. Təriflənən ordu hardadır? Nizam-intizam və hökumətə inam hardadır?" Şəkillərdən də göründüyü kimi taxta qılınc, şüşə butulka və siqaret - erməni ordusu bax bununla döyüşəcək. Erməni əsgərləri sənin sağlığına içir Serjik! Qeyd edək ki, atəşkəs dövründən bu yana mütəmadi olaraq erməni əsgərləri aclıq üzündən Azərbaycan tərəfinə keçirlər. Bunu müşahidə etmiş zabit və əsgərlərin dediyinə görə, Azərbaycan tərəfinə keçən erməni əsgərlərinin ilk sözü yemək istəmək olur. Axırıncı dəfə Azərbaycan tərəfinə keçmiş üç erməni əsgəri də Xocalı qaçqını olan Azərbaycan qadınından bütün düşmənçilikləri unudaraq yemək istəmişdilər. Təbii ki, qadın onları bişirdiyi dovğaya qonaq etmişdi. Bu onu göstərir ki, böyük qardaşları ruslar erməni ordusuna pulsuz silah-sursat versələr də ordunun qarnını doyuzdurmaq Ermənistanın cılız büdcəsinin boynuna düşür. İqtisadi böhran nəticəsində isə həmin büdcəni doldurmaq gündən günə çətinləşir. Və erməni əsgərləri imkan düşəndə rus qardaşlarının boyunlarına yük elədiyi silahı pivəyə, siqaretə dəyişməyə hazırdırlar.
|