İlhamə Quliyeva VƏ Ruhəngiz Qasımova! Xalq artisti adından istifadə edənlərə www.world-az.net-ə xəbərdarlıq edib. Bir neçə gün bundan əvvəl bəstəkar Ruhəngiz Qasımova internet saytlarından birinə müsahibə verərkən xalq artisti İlhamə Quliyeva haqqında xoşagəlməz fikirlər səsləndirib! www.world-az.net-ə zəng edən İlhamə Quliyeva eksklüziv olaraq açıqlama verib. Xalq artisti deyib ki, onun mətbuat katibi Faiq Ələkbərli məsələyə münasibəti artıq bəzi media orqanlarında bildirsə də, özü www.world-az.net-ə açıqlama vermək istəyir: - “Mən Azərbaycanın və Dağıstanın xalq artisti İlhamə Quliyevayam! Adımı hallandıran Ruhəngiz Qasımovanın mənə yalvardığı günlər yadından çıxıb? Onun mahnısı oxumağım üçün məndən dəfələrlə xahiş edib. İndi sənətimi şübhə altına alır? Hansı əsasla? Bundan sonra reklam olunmaq üçün adımı hallandıranların cəzası ağır olacaq!” Olduqca əsəbi olan xalq artisti İlhamə Quliyeva hazırda bağ evindədir!
|